Bakıda "Unutsam, pıçılda" filminin
qala-gecəsi keçirilib
Nizami Kino Mərkəzində
"Unutursam fısılda"
filminin qala-gecəsi təşkil olunub. Bu münasibətlə
filmin rejissoru Çağan İrmak, aktyorlar Fərəh Zeynəb Abdullah, Kərəm
Bursin, İşıl
Yücesoy, Gözde Cığacı Bakıya
gəliblər.
Filmin nümayişindən
əvvəl səhnəyə
çıxan yaradıcı
heyət Bakının
və insanlarının
gözəl olduğunu
söyləyərək, burada
xoş enerji ilə qarşılandıqlarına,
onlara göstərilən
diqqətə görə
təşəkkür ediblər.
Sonra film nümayiş
olunub.
Türkiyənin məhşur "Taff
Pictures" studiyasında, dram janrında xüsusi imzası olan mahir rejissor Çağan İrmakın
lentə aldığı
bu film, qurduqları xəyalların dalınca
qəsəbədən İstanbula
qaçan Aypəri və gənc musiqiçi Tarıkın
həyat yolundan bəhs edir.
Aypərinin cavanlıq illərini bacarıqlı aktrisa Fərəh Zeynəb
Abdullah, Tarık rolunu
Mehmet Günsür, Ərhanı isə Kərəm Bursin oynayıb.
Filmi izlədikdən
sonra qonaqlar mətbuat konfransı keçiriblər.
Çəkdiyi filmləri ilə yaddaşlarda iz qoyan rejissor Çağan İrmak deyib ki, qazandığı
uğur sirri, yazdığı ssenarilərin
hər zaman beynində olmasındadır. Bildirib ki,
hekayələr beynimdə
hər zaman var. Onların artıq hazır olduğu qərarına gələndə
film çəkirəm.
Seriallardan tamaşaçılara yaxşı tanış
olan Kərəm Bursin uşaqlıqdan heyranı olduğu rejissorla işləmək
fürsəti qazandığını
söyləyib və ondan çox şey öyrəndiyini bildirib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 19 noyabr.- S.7.