Salam, 525  

 

 

 

Hər yer yaşıllıq olduğu üçün payızda bir anda o yaşıllıqlar xəzana dönər, yerlər göylər sapsarı, hüznlü yarpaqlarla dolar. Xüsusilə axşam gəzintilərini sevdiyim üçün axşamları təkliyin qürbət verdiyi narahatlıqla uzun gəzintilərə çıxar, daha çox meşə yollarını tərcih edərdim. Ayağımın altında sapsarı yarpaqların xışıltısı məni bambaşqa aləmlərə götürürdü. Bu aləmlərin başında da Azərbaycan gəlirdi. Uşaqlığımdan bəri ürəyimi qucaqlayan həsrət duyğuları məni doğulduğum, böyüdüyüm yerdən daha çox Azərbaycana bağlayardı. Haraya getsəm qarşımda hey Azərbaycan olurdu.Türkiyədə nəşr olunan ikinci kitabım "Azərbaycan Davamız"ın üz qabığında da uzun bir yolda yeriyən bir adam qarşısındakı dağlarda da Azərbaycan bayrağı vardır. isə ...

2005-ci ilin payızında "525-ci qəzet" ilk yazım yayınlanmışdı. Həmin yazı o dönəmlər çox müzakirə olunan "Ortaq türkcə" mövzusunda bir yazıydı, amma içində payızın hüznlü yarpaqlarından rənglər olduğu kəsindir.

Əslində, "525" adını çoxdan eşitmişdim. Hollandiyada təşkil olunan Azərbaycanla bağlı toplantılarda tanış olduğum Elman Mustafazadə yeri gəldikcə bir Rəşad Məciddən, bir "525" adlı mənə adı qəribə gələn bir qəzetdən bəhs edərdi. Elman Mustafazadəyə görə Rəşad Məcid ağcabədiliydi çox yaxşı oğlandı. Sonradan mənim mənsub olacağım qəzetin sahibi haqqında eşitdiyim ilk cümlə bu cümləydi.O təqdimatdan sonra Elman Mustafazadə bir onun atası seyidliyi haqqında məlumat vermişdi. Bu qısa məlumat görmədiyim Rəşad Məcid simasını mənə bir az daha yaxından tanıtmışdı. Çünki bizim İğdırda seyidlərə çox böyük hörmət ilə baxardılar.

1991-ci ildə Ağcabədi Ağdam tərəflərinə getmişdim. Amma o sıralar hələ Rəşad Məcidi, digər dostları tanıyırdım.Tanımadığım Rəşad Məcid adı mənə qəribə gələn "525"i internetdən təqib etməyə başladım. Çap olunan yazılar, verilən məlumatlar uzaqdan da olsa, mənə Azərbaycan həsrətini bir az olsun unutdururdu. Qəzetin yazarlarından mərhum Tofiq Abdinin bir yazısı məni bir xeyli sevindirmişdi. Sonradan çox yaxın dostum böyük qardaşım olacaq mərhum Tofiq abi o yazısında ortaq türkcə mövzusunda çox gözəl fikirlər irəli sürürdü. Bu yazını Türkiyə türkcəsinə köçürmədən buradakı Türkiyədəki dostlara göndərmişdim. O dostlar da o gündən sonra internetdən "525"i oxumağa başlamışdılar. O yazının təsiri ilə Tofiq abiyə bir məktub yazdım. Məktubumu ertəsi gün "525-ci qəzet"də oxuyunca təəccüblənmişdim. Məni təəccübləndirən məktubumun yayınlanması deyildi. Təəccübümün səbəbi mərhum Tofiq bəyin məktubda yalnız ona yazdığım ev  telefon nömrəsindən başlayaraq ona şəxsi yazdığım hər şeyin qəzetdə yayınlanmasıydı. Təbii ki, çox hirsləndım. Amma iş-işdən keçmişdi.  Ona yazdığım ikinci məktubun başlığında böyük qara hərflərlə "Lütfən bu məktubumu qəzetdə yayınlamayın" deyə yazdım. Sonra bu məktublaşmalar gözəl bir dostluğa çevrildi.

Tofiq abi məni o dövrlər "525-ci qəzet"də redaktor müavini olaraq çalışan Qalib Toğrulla tanış etdi. Onun təşviqi ilə yazılar yazmağa başladım.

2007-ci ildə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi məni Bakiya dəvət etdi. Sanıram mart ayı idi. Böyük bir həyəcanla getdim. Çünki 10 ildən çox bir müddət idi  Azərbaycana getməmişdim. Axşam Bakıya endik. Uzaqdan dost olduğum Qalib Toğrul gəlib bizi hava limanında qarşıladı. Gənc səmimi dostumdan dərhal "525-ci qəzet"i Rəşad Məcidi soruşdum. Az qala iki ildir hər həftə ən azı bir yazı yazdığım qəzeti onun qurucusu mənə maraqlı gəlirdi. Qalib bəy: "Sabah gəlib sizi alaram, gedib görüşərik" - dedi.

O gecə eynilə 1990-cı ildə Azərbaycana ilk getdiyim gecə kimi, səhərə qədər yatmadım. Bakının işıqlarına baxıb, ölənə qədər Azərbaycanın oradakı qohumlarının həsrətini çəkən babam Molla Həmzəni, göydə Arazın o tayından gələn durnalara baxıb ağlayan Hacı Hüseyni digərlərini düşündüm. Onların yerinə 80 ilin həsrətini mən gətirmişdim buraya ...

Səhər  Qalib bəy gəldi məni avtomobillə o dövrlər Fəthi Gədiklinin Bakıda işlədiyi ofisə  apardı. "Rəşad bəy buraya gələcək",  dedi. Fəthi bəylə beş dəqiqə söhbət etmişdik ki, Rəşad bəy içəri girdi. Qırx illik tanışlar kimi qucaqlaşdıq. Deməli Elman Mustafazadənin minlərlə kilometr uzaqdan mənə tanıtdığı "çox yaxşı oğlan" bu adamdı. Xoş, şən, səmimi sakit rəftarları ilə qarşısındakını dərhal təsir altına alırdı. Hərəkətləri ağır danışığı oturaqlıydı. Onunla birlikdə iki gün Bakını gəzdik, söhbət etdik. Sonra çox maraq etdiyim "525-ci qəzet"in binasına getdik. Mən Almaniyadakı kimi görkəmli, cazibədar bir qəzet binası gözləyirdim. Amma tam tərsi oldu. Qəzetin binası olduqca sadə bir bina idi qəzet sahibinin otağını belə orada çalışanların otağından ayırmaq mümkün deyildi. Orada Tofiq abi ilə yaxından tanış olduq. Daha özünü görmədən səmimi hekayələrini oxuyub təsiri altında qaldığım Yaşarın otağında gözləriylə gülən Yaşarı, hər sözünə bir gülüş əlavə ədən Yusifi, gənc çalışqan Aydını, Seyfəddini digər dostları tanıdım. Ən əhəmiyyətlisi ilk dəfə orada hər həftə yazı yazdığım, amma daha əlimə belə almadığım "525- ci qəzet"i əlimə alıb mürəkkəbini qoxladım.

Bu gün "525-ci qəzet"in quruluşunun üzərindən 22 il keçir. Bu xəbəri alınca yuxarıda yazdığım sözlər simalar  xatirələrimin içində bir film kimi axıb getdilər. Sonra da bunları düşündüm: "10 ilə yaxın bu dostluq mənə verdi?" Bu həqiqətən çox əhəmiyyətli bir sualdı.10 illik dostluq, 10 illik xatirələr yüzlərlə yazı ...

Birincisi, "525-ci qəzet" Rəşad Məcid o günə qədər az-çox tanıdığım Azərbaycanın bugünkü ədəbi mühitini mənə yaxından tanıtdı. Çünki dostun düşmənin dediyi kimi "525-ci qəzet" yalnız bir qəzet deyil, sanki bir məktəbdir bu məktəb Azərbaycan intellektuallarının ən əhəmiyyətli nümayəndələrini sinəsində saxlayırdı.

İkincisi, bu qəzet vasitəsi ilə Moskvadakı Kərimi, onun qürbət duyğularını, Amerikadakı Tarıyeli onun Vətən həsrətini, Türkiyənin Ərzurum şəhərindəki Aydını onun Azərbaycan sevgisini öyrəndim tanıdım. Onlar kimi mənə dünyanın dörd tərəfindən yazan yüzlərlə insanın məktublarını bir sevgili məktubu kimi saxlayarkən, bütün bu yazılanların könlünə "525"in bir ayna tutduğunu da anlamış oldum.

Yazdığım yazılar səbəbiylə bəzən ağır tənqidlərə məruz qaldım, bəzən təhdid edildim, bəzən hirsləndim, yoruldum. Amma heç bir zaman "525-ci qəzet"ə olan bağlılığım sevgim azalmadı. O qəzet vasitəsilə gələn bir cümləlik gözəl söz bütün yorğunluğumu bitirib məni yeni yazılar yazmağa təşviq etdi.

İndi payızı bitirib qışa girmək üzrəyik. Burada hər yer yenə sapsarı yarpaqlarla dolu.Yenə eynilə 2005-ci ilin payızında olduğu kimi səhər oyanıb kompüterimi açır, "525-ci qəzet"i  oxuyur orada yazılan yazılanların sevgi dolu duyğularıyla yollara düşürəm. Sapsarı yarpaqların səsi mənə melodiya oxuduqca ağlıma həmişə 2005-in payızı, "525-ci qəzet"ə yazdığım yazılar artıq yalnız Rəşad Məcidin deyil, mənim, Azərbaycanın, bütün Türk dünyasının qəzeti olan "525-ci qəzet"in uğurunu düşünürəm. Gələcəyə olan ümidim artdıqca artır. Könlümdəki ölkə böyüdükcə böyüyür uzaqda da olsa dostlarımın təmiz, gülər üzləri məni bir az olsun qürbətin təkliyindən çəkib qurtarır.

Salam, uzaqdakı dostlar! Salam, 22 yaşlı cavan "525"!

 

 

Orxan ARAS

Almaniyada payız ayları çox rəngli olur.

525-ci qəzet.- 2014.- 19 noyabr.- S.2.