"Təxəyyül və şəxs"
adlı foto sərgi açılıb
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində Sənətşünaslıq
fakültəsinin teatrşünaslıq
ixtisası üzrə
təhsil alan
IV kurs tələbəsi
Babək Novruzovun
"Təxəyyül və
şəxs" adlı
fotosərgisi təşkil
edilib.
60-a yaxın iş nümayiş olunan sərgidə Universitetin rektor, prorektor, müəllim-professor heyəti
və tələbələri
ilə yanaşı, Azərbaycan kino və teatr
sənətinin tanınmış
nümayəndələri, Xalq artisti Ramiz
Novruzov, Əməkdar
artisti Münəvvər
Əliyev, Vidadi Həsənov, Aslan Şirin və aktyor Hikmət Rəhimov da çıxış edərək
gənc fotoqrafın işlərini yüksək
qiymətləndiriblər.
525-ci qəzet.- 2014.- 20 noyabr.- S.7.