Nabatfilmi beynəlxalq festivalda 3 mükafat alıb

 

C. Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasının istehsalı olanNabatbədii filmi 63-cü Mannheym-Heydelberq Beynəlxalq Film Festivalında (International Filmfestival Mannheim-Heidelberg) 3 mükafata layiq görülüb. Kinostudiyadan Lent.az-a verilən məlumata görə, filmimizMüstəqil Beynəlxalq Münsiflər Heyəti”nin (Independent International Jury) rəyinə əsasən insan əzmliliyinin hekayəsini təsirli ümumdünyəvi şəkildə əks etdirən ən yaxşı film kimi festivalınMannheym-Heydelberq mükafatı”nı (Mannheim-Heidelberg Award) alıb. Bu festivalın üç əsas mükafatından biridir.

 

 

Filmi həmçininMüstəqil Beynəlxalq Münsiflər Heyəti”nin  nüfuzluBeynəlxalq Kinotənqidçilər Mükafatı”na (International Film Critics’ Prize) layiq görülüb. Münsiflər heyətinin rəsmi rəyinə görə bu mükafat rejissorun müharibə zamanı yaşlı qadının sədaqətli, mərhəmətli təkbaşına müqavimətini xüsusi şəkildə göstərməklə yanaşı həm kənd mənzərəsini alleqoriyaya poetik inkişafını əks etdirməklə film dilinin təkrarolunmaz üslubundan istifadə etdiyi üçün təqdim olunub.

 

Bunlardan başqa filmimiz Fransa, Almaniya, İsveç Avstriyadan olan münsiflər heyətinin rəyinə əsasən “Ecumenical Jury Award" mükafatını da alıb.

 

 

Qeyd edək ki, Mədəniyyət Turizm Nazirliyinin sifarişi iləAzərbaycanfilmkinostudiyasında 2014-ci ildə istehsal olunanNabatfilminin ssenari müəllifləri Elxan Nəbiyev Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov digərləri canlandırıblar.

S.Abdullayeva

525-ci qəzet.- 2014.- 20 noyabr.- S.7.