Yapon pianoçu
Bakıda konsert verib
Dünya şöhrətli musiqiçi, yapon pianoçu Çisato Kusunoki Bakıda konsert proqramı ilə çıxış edəcək. Konsert noyabrın 19-da Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində baş tutacaq. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə gerçəkləşəcək konsertdə pianoçu Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tanınmış məzunu - SSRİ Xalq artisti Murad Kajlayevə həsr olunan konsertlə çıxış edəcək. Eyni zamanda M.Kajlayevlə Ç.Kusunoki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında və Bülbül adına Orta İxtisas Musiqi Məktəbində görüşlər keçirəcək. Qeyd edək ki, yapon pianoçu Almaniyada doğulub və uşaq yaşlarından musiqi ilə məşğul olub.
S.Abdullayeva
525-ci qəzet.- 2014.- 21 noyabr.- S.7.