Görkəmli xalça ustasını anarkən...

 

 

Noyabrın 19-da Dövlət Azərbaycan Xalçası Muzeyində 16 noyabr Azərbaycan Xalçası Gününə Azərbaycanın Xalq rəssamı, muzeyin əsasını qoymuş bənzərsiz xalça ustası Lətif Kərimovun doğum gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə mükəmməl xalça ustası, Lətif Kərimovun şagirdi, uzun illər onunla birlikdə işləmiş Sona Şirinovanın qızı nəvəsi - Solmaz Haqverdiyeva Vəfa Fazilova iştirak ediblər. Vəfa xanım AzərTAc-a açıqlamasında nənəsi barədə xatirələrini bölüşüb: "O, qeyri-adi, istedadlı qadın, gözəl ana, qayğıkeş nənə idi. 1932-ci ildə anadan olub. 14 yaşında ikən müharibədən sonrakı ağır illərdə Lətif müəllimin rəhbərliyi altında xalça toxumağa başlayıb. Bir neçə ildən sonra o özü 70 kvadratmetrlik böyük bir xalçanı müstəqil toxuyub həmin xalça 1950-ci ildə Azərbaycan tərəfindən SSRİ hökumətinə hədiyyə verilib. Bu əməyinə görə, o zaman gənc bir qız olan nənəm dövlət mükafatına layiq görülüb, böyük şöhrət hörmət qazanıb.

 

Nənəm onun sənətkarlığı haqqında sənədli film çəkilib. Sonradan o, Moskvada xalçaçılıq ixtisası üzrə təhsil alıb uzun illər Lətif Kərimovla bir yerdə işləyib. Onlar çox sayda şedevr xalçalar yaradıblar.

 

O illərdə həmin xalçalar Ümumittifaq sərgilərində, xarici ölkələrdə nümayiş etdirilib. Ailə qurduqdan sonra Sona xanım işindən uzaqlaşıb bütün həyatını uşaqlarına nəvələrinə həsr edib. Təəssüf ki, lap bu yaxınlarda o, dünyasını dəyişdi, ailəmiz sevimli yaxın adamını itirdi. Biz onun xatirəsini daim əziz tuturuq".

 

525-ci qəzet.- 2014.- 21 noyabr.- S.7