Londonda "Muğam gecəsi"

 

 

Buta" İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda ikinci Beynəlxalq "Buta" Azərbaycan İncəsənəti Festivalı çərçivəsində "Muğam gecəsi" keçirilib. Məşhur "Soutwark" katedralında keçirilən gecədə diasporumuzun təmsilçiləri, yerli xarici ictimaiyyətin nümayəndələri daxil olmaqla xeyli sayda sənətsevər iştirak edib.

"Soutwark" katedralının dekanı Andru Nun dünyada məşhur olan məkanın tarixi haqqında məlumat verib. Belə tarixi məkanda Azərbaycan "Muğam gecəsi"nin keçirilməsindən şad olduğunu bildirib. Azərbaycanın dünyanın ən dilbər guşələrindən olduğunu qeyd edən dekan, ölkənin mədəniyyətinin incəsənətinin beynəlxalq ictimaiyyət tərəfindən sevildiyini vurğulayıb. İştirakçılara xoş gecə keçirmələrini arzu edib.

"Buta" İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev Azərbaycanın incəsənətinin bütün dövrlərdə daim inkişafda olduğunu bildirib. Dünyada ölkəmizin mədəniyyətinin, musiqisinin incəsənətinin özünəməxsus yeri olduğunu diqqətə çatdırıb.

Muğamın Azərbaycanın milli sərvəti olduğunu bildirən N.Piriyev ölkəmizdə milli-mənəvi dəyərlərin, o cümlədən muğamlarımızın qorunub saxlanması, onların inkişafı sahəsində görülən işlərdən, həyata keçirilən layihələrdən bəhs edib.

Daha sonra konsertdə azərbaycanlı sənətkarlar-Nurlan Növrəsli, Munis Şərifov, Gülşən Ağayeva, Hüseyn Hüseynov, Vüqar Şərifzadə, Cəbi Mahmudzadə başqa musiqiçilərdən ibarət Muğam ansamblının ifasında "Laçın-Bayatı Şiraz", "Dilkeş", "Sarı Gəlin" "Çahargah", "Qarabağ Şikəstəsi" digər təsnif muğamlarımız səsləndirilib.

Konsert çərçivəsində azərbaycanlı sənətkar Teymur Rüstəmovun "Qırmızı Buta" əsəri nümayiş olunub.

"Muğam gecəsi" iştirakçılarda böyük maraq doğurub.

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 21 noyabr.- S.7.