“Balacaların
ürəyinə yol tapan şair”in 80 yaşı
Nazim Hikmət adına uşaq kitabxanasında tanınmış uşaq
şairi İlyas Tapdığın 80 illik yubileyinə həsr olunmuş “Balacaların ürəyinə yol tapan şair” adlı tədbir keçirilib.
Kitabxananın foyesində şairin kitablarının sərgisi
nümayiş olunub.
Görüşdə kitabxananın direktoru Ç.Əliyeva şairin
həyat və yaradıcılığından söhbət açıb. Bildirib ki,
İlyas Tapdıq müasir Azərbaycan uşaq ədəbiyyatının
tanınmış nümayəndələrindəndir.
Şairin balacaların ürəyinə
yol tapan şeirləri ilə yanaşı, yurdumuzun təbiətinə, gözəlliklərinə
həsr olunmuş əsərləri də vardır.
Tədbirdə şair oxucuları ilə gənclik və uşaqlıq xatirələrini bölüşüb.
Kitabxananın fəal oxucuları
şairin “Əvvəlim
gəlincə axırım
gəlsin”, ”Anam”, “Bəxtəvərdir”, “Özümə
xitab”, “Mənim adım Babəkdir”, “Qalır”, “Sən naxışla”, “Sən kimə bənzəyirsən?”
və digər şeirlərini səsləndiriblər.
Sonda, fərqlənən
iştirakçılara diplom
və fəxri fərmanlar təqdim olunub.
525-ci qəzet.-
2014.- 22 noyabr.- S.17.