Azərbaycanda Türkiyə Mədəniyyəti
Günləri keçirilir
MƏDƏNİYYƏT
GÜNLƏRİ ÇƏRÇİVƏSİNDƏ
BAKIDA “TÜRKYƏ RƏNGLƏRİ” ADLI SƏRGİ
AÇILIB
Azərbaycanda Türkiyə Mədəniyyəti
Günlərinə start
verilib.
Bu münasibətlə Azərbaycanda səfərdə
olan Türkiyənin mədəniyyət və
turizm naziri Ömər Çelikin rəhbərliyi ilə nümayəndə heyəti
Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət
edib və ulu öndəri ehtiramla anıb. Sonra qonaqlar
Şəhidlər Xiyabanında
olublar, Vətənin azadlığı və ərazi bütövlüyü
uğrunda mübarizədə
canlarından keçmiş
qəhrəman Vətən
övladlarının xatirəsini
yad ediblər.
Türkiyə Mədəniyyəti Günləri çərçivəsində
Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin
türkiyəli həmkarı
Ömər Çelikin
başçılıq etdiyi
nümayəndə heyəti
ilə görüşündə
ölkələrimiz arasında
mədəniyyət sahəsində
əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.
Əbülfəs Qarayev
ötən il
Türkiyənin üç
şəhərində keçirilmiş
Azərbaycan Mədəniyyəti
Günlərinin mədəniyyətimizə
və incəsənətimizə
böyük maraq doğurduğunu söyləyib.
Nazir ümidvar olduğunu bildirib ki, Azərbaycanda
Türkiyə Mədəniyyəti
Günləri də əlamətdar hadisəyə
çevriləcək, ölkələrimiz
arasında mədəni
əlaqələrin inkişafına
təkan verəcək.
Bu həm də
Türkiyə mədəniyyəti
ilə daha yaxından tanışlıq
üçün böyük
əhəmiyyət kəsb
edir. Bodrumda türkiyəli nazirlə
keçirdiyi görüşü
xatırladan Ə.Qarayev
mədəniyyətin və
turizmin inkişafına,
birgə layihələrin
həyata keçirilməsinə
dair aparılan fikir mübadiləsinin, imzalanan bir çox
sənədlərin önəmini
vurğulayıb. O, hər
iki tərəfdən
turistlərin sayının
ildən-ilə artdığını,
bir neçə birgə layihənin həyata keçirilməsinə
başlandığını diqqətə çatdırıb.
Türkiyənin mədəniyyət və
turizm naziri Ömər Çelik deyib: “Biz qardaş Azərbaycanda özümüzü
evimizdəki
kimi hiss edirik. Bizim dilimiz, dinimiz, tariximiz birdir, gələcəyə ümumi
baxışlarımız var. Demək olar ki, ümumi razılığa gələ
bilmədiyimiz heç
bir məsələ yoxdur. Biz öz
irsimizi hər zaman dəyərləndirməli,
qardaşlıq əlaqələrimizi
daha da dərinləşdirməliyik”.
Türkiyəli nazir hər iki ölkədə keçirilən mədəniyyət
günlərinin qardaş
xalqlarımızın bir-birinin
mədəniyyətini daha
yaxından öyrənmələri
baxımından önəmini
vurğulayıb. Görüşdə Türkiyənin Azərbaycandakı
səfiri İsmail Alper Coşqun da iştirak edib.
Mədəniyyət günlərinin açılış
mərasimi Heydər Əliyev Mərkəzində
keçirilib, əvvəlcə
Azərbaycanın və
Türkiyənin dövlət
himnləri səsləndirilib. Açılış
mərasimində çıxış
edən nazir Əbülfəs Qarayev Türkiyə Mədəniyyəti
Günlərinin keçirilməsinin
ölkəmiz üçün
əlamətdar hadisə
olduğunu bildirib: «Azərbaycan dövlət müstəqilliyini bərpa
etdikdən sonra ilk dəfədir ki, ölkəmizdə Türkiyənin
Mədəniyyət Günləri
keçirilir. Bu tədbir həm də xalqlarımızın
tarixi köklərinin
yaxınlığı və
gələcək münasibətlərimiz
baxımından əhəmiyyət
daşıyır. Belə bir
möhtəşəm məkanda
- Heydər Əliyev Mərkəzində ilk dəfə
bir ölkənin mədəniyyət günlərinin
açılış mərasimi
olur. Azərbaycan və Türkiyə
rəhbərlərinin dostluq
münasibətləri, ölkələrimizin
birgə platformalarda iştirakı əlaqələrimizin
daha da möhkəmlənməsinə
töhfə verir.
Bu yaxınlarda Azərbaycanın
Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunları üzrə Təşkilat
Komitəsinin sədri
Mehriban Əliyevanın
iştirakı ilə
İstanbulda “Bakı-2015” Avropa
Oyunlarının təqdimatı
keçirilib. Biz bu mühüm hadisəni maraqla izlədik və Türkiyə xalqının
Azərbaycanın bu uğuruna nə qədər çox sevindiyinin bir daha şahidi olduq».
Türkiyənin mədəniyyət və
turizm naziri Ömər Çelik mədəniyyət günlərinin
təşkilinin ölkəsi
üçün böyük
əhəmiyyət daşıdığını
deyib: «Azərbaycan xalqının Ümummilli
lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kimi müdrik kəlamı ölkələrimiz arasında
münasibətlərin bütün
sahələrində özünü
təsdiqləyir. Bakıda Türkiyə
Mədəniyyəti Günlərinin
təşkili Azərbaycan
ilə Türkiyə arasında təkcə siyasət və iqtisadiyyat deyil, mədəniyyət və
incəsənət sahələrində
də möhkəm münasibətlərin olduğunu
sübut edir. Mədəniyyət günləri
çərçivəsində əl işləri və fotosərgilər, folklor konserti, film və teatr nümayişi
nəzərdə tutulub».
Mərasimdə Türkiyə mədəniyyətinin
tanıtım videosu nümayiş etdirilib.
Sonra İstanbul Tarixi Türk Musiqisi Topluluğu Mehteran kollektivinin, Nilgün Kızılcının, Zafer
Albayrakın, Dövlət
Xalq Rəqsləri Ansamblının, Əməkdar
artist Azərinin çıxışları
olub.
Türkiyə Mədəniyyət Günləri
çərçivəsində Bakı Muzey Mərkəzində “Türkiyə
rəngləri” sərgisinin
açılışı olub.
Açılışa qatılan Türkiyənin Azərbaycandakı
səfiri İsmayıl
Alper Coşqun çıxış edərək,
Bakıda Türkiyə
Mədəniyyət Günlərini
mühüm mədəni
hadisə adlandıraraq
təşkilatçılara təşəkkürünü bildirib: “ Türkiyə
Mədəniyyət Günlərini
Azərbaycanda keçirilməsi
mühüm mədəni
hadisədir. Bildirmək istərdim ki,
hər başarılı
işin arxasında bir qəhrəman olur. Bu tədbirin
qəhrəmanı bizim
Mədəniyyət və
Tanıtma müşavirimiz
Seyit Ahmet Arslandır. Sözün əsl
mənasında Türkiyə
Mədəniyyət həftəsinin,
Azərbaycanda təşkilində
böyük əməyi
olan müşavir Seyit Ahmet bəyə
öz təşəkkürlərimi
bildirirəm”.
Onu da deyək ki,
açılış mərasimində
Türkiyənin Azərbaycandakı
səfiri Alper Coşqunla yanaşı, Mədəniyyət və
Tanıtma müşaviri
Seyit Ahmet Arslan və səfirliyin digər diplomatları, Azərbaycan
Mədəniyyət və
Turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Rəssamlar İttifaqının
katibi, Xalq Rəssamı Ağəli
İbrahimov və digər ictimai xadimlər iştirak ediblər.
Daha sonra qonaqlar, Türkiyədən Azərbaycana
gələn sənətçilərin
"Əl sənətləri"
və "Türkiyədən
Rənglər" adlı
foto-sərgilərinə baxış
keçiriblər.
“Türkiyə rəngləri”
adı altında keçirilən sərgi noyabrın 27-dək davam edəcək.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2014.- 26 noyabr.- S.7.