"Gürcü arzusu" və gürcülərin arzusu...
Gürcüstanda hakimiyyətdə olan koalisiya
hökumətində "Milli Hərəkat"
partiyasını təmsil edən müdafiə naziri
Alasaniyanın istefası və onun ardınca xarici işlər
naziri xanım Pancikidzenin dörd müavini ilə birlikdə
istefa verməsi hökumətdən daha çox, əhali arasında
çaşqınlıq yaradıb. Gürcüstan
Avrointeqrasiya yolunu seçmiş,öz gələcəyini
Avropa ailəsində gördüyünü çoxdan elan
etmiş və bu istiqamətdə müəyyən
addımlar atmış müstəqil bir dövlətdir.
Mixeil Saakaşvilinin hakimiyyətə gəlişi ilə bu
mövqeyin dövlət səviyyəsində rəsmən təsdiq
edilməsi onsuz da Rusiyanı narahat edir və onu
qabaqlayıcı tədbirlər görməyə tələsdirirdi.
2008-ci
ildə NATO-nun Buxarest sammitində Gürcüstanın bu
quruma üzv qəbul olunacağı barədə
açıq məsləhətləşmələrdən
sonra Rusiya artıq qəti hərəkətlərə
keçərək Gürcüstanı təxribata
sürükləyə və onu əvvəlkindən daha
ağır asılılığa salmağa müvəffəq
oldu.
Cənubi
Osetiya və Abxaziyanı işğal etdikdən sonra da intiqam
hisslərini cilovlaya bilməyən Rusiya onları müstəqil
dövlət kimi rəsmən tanımaqdan da çəkinmədi
və bununla da geriyə addım atmağa yer qoymadı, necə
deyərlər, "qırmızı xətti" keçdi.
Ağır itki bütün Gürcüstanı
sarsıtdı, hərbi məğlubiyyət
"Milli Hərəkat"ın və onun rəhbəri
M.Saakaşvilinin öz mövqelərini itirməsi ilə nəticələndi.
Sonrakı seçkilərdə hakimiyyətə gələn
siyasi qüvvələr" status-kvo"nu
Gürcüstanın xeyrinə dəyişə bilməsələr
də, yenicə qədəm qoyduqları siyasi səhnədə
ehtiyatlı davranmaq, xüsusilə də Rusiya ilə
münasibətləri yeni səhifədən
başlamağa meylli olduqları barədə siqnallar göndərməyə
başladılar.
Özünə
"Gürcü arzusu" kimi romantik bir adseçmiş
siyasi partiya və seçkilərdə onu dəstəkləyən
gürcülər az sonra siyasətin romantika ilə bir araya
sığmadığını hiss etdilər.Əldə
etdiyi hakimiyyətlə nə edəcəyini o qədər də
aydın təsəvvür etməyən "Gürcü
arzusu"nun Gürcüstan üçün edə biləcəyi
ən zəruri addım, əlbəttə, ilk növbədə
ümumxalq konsolidasiyasına nail olmaq idi. Lakin Prezident
seçkilərindən az sonra M.Saakaşvili barəsində
cinayət işinin açılmasına qərar verilməsi
"Gürcü arzusu"nun heç də gürcülərin
arzusu olmadığını göstərdi. Hakimiyyətin
birinci arzusu gələcək seçkilərdə potensial rəqib
kimi görünən "Milli Hərəkat"
partiyasını və onun liderini siyasi səhnədən
uzaqlaşdırmaq oldu.Təəssüf ki, hakimiyyət
bütün siyasi qüvvələri ölkə
üçün taleyüklü problem ətrafında birləşdirmək
əvəzinə diqqətini ilk növbədə
qarşıdakı illərdə öz hakimiyyətlərini
möhkəmlədib onun uzunömürlülüyünü
təmin etmək istiqamətində siyasi rəqibləri
sıradan çıxarmaq üzərində cəmləşdirdi.
Azsaylı
və milli təəssübkeşliyə sadiq olan
gürcülər üçün və eləcə də, əhalisinin
əhəmiyyətli hissəsini azərbaycanlıların təşkil
etdiyi bütün Gürcüstan vətəndaşları
üçün prioritet isə siyasi qarşıdurma deyil, ilk
növbədə,ölkənin ərazi
bütövlüyünü bərpa etmək məsələsi
idi. On il hakimiyyətdə olmuş, Gürcüstanda dövlətçiliyin
və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi
üçün mühüm addımlar atmış "Milli
Hərəkat" partiyasına və onun liderinə
qarşı ədalətsiz davranış digər siyasi
qüvvələri də hakim partiya ilə münasibətdə
daha ehtiyatlı mövqe tutmağa sövq etdi,
"Gürcü arzusu"nun Rusiyadan idarə edilməsi
haqqında ehtimallar daha açıq səsləndirilməyə
başladı. Baş nazir Qaribaşvilinin noyabrın 12-də
Qazaxıstana səfəri və N.Nazarbayevlə
görüşü hakim partiyanın ölkəni
Rusiyanın təsir dairəsinə salmağa
çalışması barədə şübhələri daha da
artırdı və nəticədə
cəmiyyətdə müxaliflik ruhu bir az da artmış oldu.
Bu
arada NATO-nun yeni seçilmiş Baş katibi İyens
Stolntonberqin Gürcüstanın mütləq NATO-ya üzv
olacağı barədə verdiyi bəyanatın əks-sədası
isə Gürcüstandan daha çox Azərbaycanda eşidilməkdədir.
Qonşu
dövlətin NATO-ya üzv olacağı halda Cənubi Qafqaz
Rusiya-Qərb qarşıdurmasının döyüş səhnəsinə
çevrilə bilərmi və belə bir vəziyyət Azərbaycana
nə vəd edir? Ölkəmizdə
hadisələrin gedişini diqqətlə izləyən siyasi
şərhçilər bu sual ətrafında heç də
birmənalı olmayan proqnozlar səsləndirirlər. Lakin
NATO Baş katibinin bəyanatının reallıqdan daha
çox Rusiyaya ünvanlanmış siyasi mesaj olduğunu sezmək
o qədər də çətin deyil. Əslində NATO-ya
münasibətdə Gürcüstanın niyyəti və
NATO-nun da bu məsələ barəsində mövqeyi
heç kim üçün sirr deyil.Lakin həm NATO, həm də
Gürcüstan mövcud şəraitdə bunun mümkün
olmadığını yaxşı anlayırlar.
Birincisi,
bu gün NATO-nu ən çox məşğul edən məsələ
Rusiya-Ukrayna müharibəsidir.Tarixən slavyanların ilkin
"ana" dövləti hesab olunan Ukraynanın nəhayət
ki, Rusiyanın təsir dairəsindən çıxaraq Avropa
ailəsinə qoşulması Rusiya üçün təkcə
mənəvi sarsıntı deyil. Bu həm də Rusiya siyasətində
iki yüz ildən çox aparəcı olan Avrasiyaçılıq
ideyasınınbirdəfəlik məğlubiyyəti və
bununla da Rusiyanın Avrasiya hökmranlığının və
nəticə etibarilə qlobal hökmranlıq
iddialarının sonu deməkdir. Ona görə də Rusiya bu
savaşa "olum ya ölüm" məsələsi kimi
yanaşır.Ukrayna-Rusiya münasibətlərinin hansı məcraya
yönələcəyi NATO-nun gələcək
planlarını şərtləndirən əsas amildir.
Ukraynanın minimum itki ilə Rusiyanın caynağından
çıxıb Avropa Birliyinə qoşulacağı halda,
Rusiya özünün regional və qlobal hakimlik
iddiasını birdəfəlik dəfn etməli olacaq və nəhayət,
sonun başlanğıcı erasına qədəm qoyacaq.
Digər
tərəfdən, Yaxın Şərqdən dünyaya meydan
oxuyan terrorçu İŞİD-ə qarşı ilk əks-hücumu
ABŞ başlasa da, hal-hazırda NATO ölkələrinin
böyük əksəriyyəti bu hərbi aksiyaya qoşulub
və real müharibə vəziyyətindədirlər. Belə
bir şəraitdə Gürcüstanın NATO-ya üzvlük
məsələsi onların gündəliyində ən
sonuncu yerdə ola bilər.Bir qayda olaraq, ərazi mübahisələri
olan ölkələrin bu mübahisələr həll olunmadan
NATO üzvlüyünə qəbulunun mümkün
olmaması və qonşu ölkənin bir hissəsinin faktiki
işğal altında olması da Gürcüstanın NATO
perspektivini vaxt baxımından daha da uzaqlaşdırır.
Bu məsələnin
bizim üçün daha çox maraq kəsb edən tərəfi
isə regional təhlükəsizliklə bağlı olan
geo-siyasi faktordur.
Belə
ki,Azərbaycan və Gürcüstan təkcə eyni
coğrafi koordinatlarda deyil, həm də eyni" siyasi
koordinatlar"da yerləşir.Qafqaz kimi həssas bir bölgədə
qonşu ölkələrdən birinin NATO kimi vacib bir quruma
üzv olması digər qonşu dövlətlərlə
müvafiq razılaşmalar olmadan mümkün deyil.
Xüsusilə, Azərbaycanın səyləri nəticəsində
yaranmış Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlıq
vektoru hər üç ölkənin siyasi taleyinin məhz
birlikdə baxılması zərurətini meydana gətirib.Ona
görə də region ölkələrinin -xüsusilə,
Türkiyə və Azərbaycanın razılığı
olmadan belə hadisələrin baş tutması
qeyri-mümkündür.Son on ildə Azərbaycanın
Gürcüstana yatırdığı sərmayələrin,
ən çətin zamanlarda Gürcüstana göstərilən
siyasi və iqtisadi dəstəyin fonunda qonşu ölkənin
belə mühüm bir məsələdə Azərbaycanla
razılaşdırılmadan hər hansı bir addım
atması mümkün deyil.
Əslində,
NATO-ya üzv olub-olmamaq gürcü xalqı üçün
məruz qaldıqları təcavüz şəraitində,
şimal qonşusundan və onun "for-postu" sayılan xəyanətkar
qonşusundan gözlənilən təhlükələr
qarşısında özünümüdafiə etmək
vasitəsi kimi taktiki məsələdir."Gürcü
arzusu" partiyasının NATO və Rusiya arasında
etdiyi manevrlərin mənası
və məqsədi aydın olmadığından baş verənlər
gürcü xalqını narahat edir. Bu da
başadüşüləndir, çünki gürcülərin
əsl arzusu -dünyanın proqressiv cəmiyyətlərinə
qoşularaq öz ölkəsini məntiqi təkamül yolu
ilə inkişaf etdirib çiçəkləndirmək,
sağlam həyat və yüksək rifah cəmiyyətinə
nail olmaqdır.Bu gün hakimiyyətdə olan
"Gürcü arzusu" partiyasının gələcək
siyasi gedişlərinin gürcülərin və
bütövlükdə Gürcüstan vətəndaşlarının
arzularına nə dərəcədə uyğun
olub-olmamasını isə zaman göstərəcək.
Cavanşir Feyziyev
525-ci qəzet.-
2014.- 26 noyabr.- S.5.