Fikrət Əmirova həsr edilmiş kitabın təqdimatı olub

 

  Noyabrın 25-də Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli bəstəkarı, dünya musiqisində simfonik muğam janrının banisi Fikrət Əmirovun xatirəsinə həsr olunan kitabın təqdimat mərasimi və konsert keçirilib. Azərbaycan mədəniyyətinin yaşadılması, inkişafı təbliği məqsədi daşıyan bu layihə Heydər Əliyev Fondu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

 

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Mərkəzdə görkəmli bəstəkarın yaradıcılığını əhatə edən ekspozisiya ilə tanış olublar.

 

Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli layihənin əhəmiyyətindən söz açıb. Bildirib ki, Heydər Əliyev Fondunun çoxsaylı layihələri sırasında Azərbaycan mədəniyyətinin, tarixinin, musiqisinin təbliği xüsusi yer tutur. Bu layihələr çərçivəsində xüsusi nəşrlərin hazırlanaraq yerli beynəlxalq ictimaiyyətə çatdırılması böyük əhəmiyyət daşıyır. Dahi bəstəkar Fikrət Əmirovun zəngin yaradıcılığına həsr edilən, tarixi mənbələr əsasında hazırlanaraq nəfis şəkildə tərtib olunan kitab, CD əsərlərindən ibarət antologiya da sənətkarın yaradıcılığına bir töhfədir.

 

Vurğulanıb ki, bəstəkarın yaradıcılığını yüksək qiymətləndirən Ümummili lider Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları əsasında Fikrət Əmirovun 80 90 illik yubileyləri dövlət səviyyəsində qeyd olunub. Sənətkarın abidəsinin açılışında isə dövlət başçısı şəxsən iştirak edib.

 

Qeyd olunub ki, Heydər Əliyev Fondunun Heydər Əliyev Mərkəzinin müvafiq sahədə fəaliyyəti davam edəcək, eləcə Azərbaycan musiqisinin dünyaya çatdırılmasında Fikrət Əmirov dühasından hər zaman istifadə olunacaq.

 

Sonra çıxış edən mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev musiqi ictimaiyyəti adından nəşrin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.

 

Qeyd edib ki, Fikrət Əmirov bütün yaradıcılığı ilə xalqımızın min illərdən bəri süzülüb gələn əxlaqını, mənəviyyatını əsərlərində ən yüksək səviyyədə tərənnüm edən çox nadir sənətkarlardandır. Onun hər bir əsəri ayrılıqda xalqımızın tarixi yaddaşını min illərə daşımaq üçün kifayətdir. Təkcə "Azərbaycan kapriççiosu" bəstəkarın adının əbədi yaşamasına kifayət edər. Zəngin yaradıcılıq yolu keçən Fikrət Əmirov qısa ömrünə böyük musiqi lövhələri həkk edib.

 

Vurğulanıb ki, Fikrət Əmirovun yaradıcılığı Azərbaycan xalqı və dövləti tərəfindən hər zaman yüksək qiymətləndirilib, mahnı və rəqs ansamblı, Gəncədə Göygöl ansamblı, musiqi məktəb, paytaxtımızın küçələrindən biri onun adını daşıyır.

 

30 il əvvəl əbədiyyətə qovuşan Fikrət Əmirov artıq çoxdandır ki, tükənməz sənətkar ömrü yaşayır.

 

Mərasimdə çıxış edən bəstəkarın oğlu Cəmil Əmirov diqqətə çatdırıb ki, Heydər Əliyev Fondunun dəstəyi olmadan sözügedən layihəni həyata keçirmək mümkünsüz idi. O, Əmirovlar ailəsi adından Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.

 

Daha sonra tədbir iştirakçıları Fikrət Əmirovdan bəhs edən sənədli filmə baxıblar. Bəstəkarın abidəsinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakını, mərhum sənətkarın müsahibəsini, yetişdiyi mühitə dair kadrları əhatə edən film maraqla izlənib.

 

Qeyd edək ki, "Fikrət Əmirov" kitabı bəstəkarın şəxsi arxivi əsasında hazırlanıb. Nəşrə bəstəkarın "Sevil" operası və "Min bir gecə" baletinin CD-ləri, əsərlərindən ibarət antologiya daxildir.

 

Kitab Fikrət Əmirov musiqisinin köklərinin gedib çıxdığı Şuşa şəhərinin, XIX əsrin sonu XX əsrin əvvəllərində oradakı musiqi mühitinin təsviri ilə başlayır. Hadisələr xronoloji ardıcıllıqla davam etdirilir, musiqiçi Əmirovlar sülaləsinin həyat və yaradıcılıq yolu izlənilir, Fikrət Əmirovun ölməz əsərlərinin yaranma tarixçəsi, onların ərsəyə gəlməsinə səbəb olmuş mədəni mühit əks etdirilir. Kitabda görkəmli bəstəkar və onun əsərləri haqqında müxtəlif dövrlərdə mətbuat orqanlarında dərc olunmuş rəylər, tanınmış şəxsiyyətlərin fikirləri də toplanıb.

 

Heydər Əliyev Mərkəzində keçirilən tədbir çərçivəsində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Fikrət Əmirovun əsərlərindən ibarət konsert də təqdim olunub. Orkestri bədii rəhbər və baş dirijor, Xalq artisti Teymur Göyçayev idarə edib.

 

Azərbaycan musiqisinin korifeylərindən olan Fikrət Əmirov 1922-ci il noyabrın 22-də Gəncədə anadan olub.

Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin tələbəsi olmuş Fikrət Əmirovun yaradıcılığı müxtəlif janrları əhatə edib. Bəstəkar "Şur" və "Kürd ovşarı" simfonik muğamları ilə dünya musiqi tarixində yeniliyə imza atıb və simfonik muğam janrının əsasını qoyub. Şərq nağılları əsasında yaratdığı "Min bir gecə" baleti ona ölkə hüdudlarından kənarda da şöhrət qazandırıb. Fikrət Əmirov 1984-cü il fevralın 20-də dünyasını dəyişib.

 

525-ci qəzet.- 2014.-27 noyabr.- S.7.