Mədəniyyət və İncəsənət
Universitetində "Mənim sənətim" sərgisi
açılıb
Dünən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Kino rejissoru və televiziya rejissoru sənəti" kafedrası II kurs, operator ixtisası tələbələrinin "Mənim sənətim" adlı fotosərgisi keçirilib.
Fotosərgi kurs rəhbəri əməkdar incəsənət
xadimi Amin Novruzovun rəhbərliyi ilə təşkil edilib. Açılışda prorektor Məryəm
Əlizadə, Xalq artisti Zamiq Əliyev,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru Rafiq Sadıqov, Əməkdar incəsənət xadimi Fikrət Sultanov iştirak ediblər.
M.Əlizadə çıxışında bildirib ki, tələbələr
seçdikləri obyektin
fotosunu bədii əsər səviyyəsinə
çatdırıb tamaşaçılara
təqdim etməyə
səy göstərirlərsə,
bunun özü bir uğurdur: "Çünki hər bir sənət əsərinin mənbəyi
həyatın öyrənilməsidir".
Amin Novruzov deyib ki, sərgidəki fotolar müxtəlif mövzuları əhatə
edir:
"İlyarımdır ki, bu işlərin üzərində çalışırıq. Demək olar ki, müəyyən nəticələr əldə eləmişik. Sərgidə 11 tələbənin 41 işi nümayiş olunub. Bu şəkillər yeni texnologiyalar vasitəsilə ərsəyə gəlib". A.Novruzov belə sərgilərin müntəzəm keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Vəfa
MƏMMƏDLİ
525-ci qəzet.-
2014.- 27 noyabr.- S.7.