Vyana Ştraus
Festival Orkestri Heydər
Əliyev Mərkəzində
konsert verib
Noyabrın 26-da məşhur Vyana
Ştraus Festival Orkestrinin Bakıda ilk dəfə konserti olub. Heydər Əliyev Mərkəzində
keçirilən konsertdə
dünya şöhrətli
avstriyalı bəstəkar,
"Valsın kralı"
İohan Ştrausun, eləcə də digər Vyana klassiklərinin ölməz
əsərləri səslənib.
Orkestrin yaradıcısı və
bədii rəhbəri,
məşhur dirijor, virtuoz skripkaçı
Peter Qut ilk ifadan sonra səmimi ünsiyyəti ilə də tamaşaçıların
diqqətini cəlb etdi. O, Bakıda olmaqdan
və nadir memarlıq
nümunəsi olan Heydər Əliyev Mərkəzində konsert
verməkdən böyük
şərəf duyduğunu
bildirdi. Vyanada möhtəşəm tikililərin olduğunu diqqətə çatdıran
Peter Qut bu Mərkəzin daha geniş və möhtəşəm olduğunu
etiraf etdi.
Konsertin maraqlı məqamlarından
biri isə Peter Qutun orkestrin müşayiəti ilə
skripkada ifası oldu. İohan Ştraus ənənəsinin
davamçısı olan
sənətkar skripka ifası və dirijorluğu ilə dinləyiciləri valeh etdi.
Orkestrin solisti Monika Mozerin (soprano) operettalardan səsləndirdiyi
parçalar isə tamaşaçıları ifa
olunan əsərlərin
qəhrəmanlarına qısa
zaman kəsiyində də olsa yaxınlaşdırdı. Monika Mozerin yüksək ifası ilə yanaşı, artistik məharəti isə tamaşaçıları ayaq
üstə alqışlamağa
sövq etdi.
Vyana Ştraus Festival Orkestri 1978-ci ildən fəaliyyət göstərir
və Vyana şəhərinin musiqi mədəniyyətinin qoruyucusu
rolunda çıxış
edir.
Orkestr müxtəlif festivalların,
həmçinin Avropada
hər il
keçirilən Ştraus
Festivalının daimi
iştirakçısıdır. Hər il
yanvarın 1-də məşhur
Vyana bal festivalı bu orkestrin iştirakı
ilə açılır.
Orkestr
35 illik fəaliyyətində
Yaponiya, Çin, Koreya Respublikası, Rusiya, Türkiyə, Rumıniya və digər ölkələrdə
çıxış edərək
böyük tamaşaçı
auditoriyasının qəlbini
fəth edib.
525-ci qəzet.-
2014.- 28 noyabr.- S.7.