Şair Əli Tudə anılıb
Rəşid Behbudov adına
Dövlət Mahnı
Teatrında ictimai xadim, Azərbaycan mühacir ədəbiyyatının
tanınmış nümayəndəsi,
Əməkdar İncəsənət
Xadimi, şair Əli Tudənin 90 illik yubileyinə həsr edilmiş mərasim keçirilib.
Yubiley tədbirində
Xalq şairi Nəriman Həsənzadə
şairin həyat və yaradıcılığından
söhbət açıb.
Bildirilib ki, Ə.Tudə Təbrizdə mətbuatın
inkişafında böyük
rol oynayıb, bu şəhərdə
ilk dəfə Milli Filarmoniya yaradıb, onun ilk və son rəhbəri olub. Yaradıcılığını, yüksək əqidəsini,
mütərəqqi fikirlərini
mübarizə yollarında
məşələ çevirən
gənc Əliyə Təbrizin şairlər məclisində müdriklər
tərəfindən "Tudə",
yəni, "Xalq"
təxəllüsü verilib.
Qeyd edilib ki, 50 poemanın, 40-a yaxın kitabın müəllifi olan şairin əsərləri
özbək, qırğız,
hind, Ukrayna, rus, ingilis və s. dillərə tərcümə
olunub.
Tədbirdə Ə.Tudənin öz
səsində xatirə
lent yazıları dinlənilib,
incəsənət ustalarının
ifasında şeirləri
və şeirlərinə
bəstələnmiş mahnıları
səsləndirilib.
Şairin oğlu Natiq Cavadzadə tədbirin təşkilatçılarına və iştirakçılarına
minnətdarlığını bildirib.
525-ci qəzetş.-
2014.- 28 noyabr.- S.7.