Gəlin halallaşaq
Yazar yaşıdlarıma
Gəlin halallaşaq bir-birimizlə,
Dünyanın işini bilmək olmur ki.
Hesab var, kitab var
hər birimizlə,
Quş da yuvasından uçur, qalmır ki.
Gəlmişik getməyə, niyəsi
yoxdu,
O yaşda, bu yaşda, bunu kim bilir?
Gələn ki, gəlir ha, yiyəsi yoxdu,
O gözdə, bu qaşda, bunu kim bilir?
Ayağı daş qırır
daşda gəzərin,
Vaqiflər, Zakirlər nəsilləriyik.
Bir millət adlanan böyük əsərin
Hərəmiz ayrıca fəsilləriyik.
Mən sizə gəlməyim, sən bizə gəlmə,
Bu, özü-özündən qayıb deyilmi?
Bir ömür uzadır bəzən bir kəlmə,
Xəbərsiz ölümlər ayıb deyilmi?
Dünyada söz qalır
– mənim, sənindi,
Ürəkdə özgə hiss nə
bəsləyək ki?
Nizami, Füzuli oxunmur indi,
Cibini güdəndən
nə gözləyək
ki?
Fikir yolçusuyuq, daşıyasıyıq,
Qanadlı sözlərdən söz
alır ümid.
Onsuz da bir nəsil
yaşayasıyıq,
Bir nəsil
keçdimi – sozalır
ümid.
Quş da yuvasından uçur, qalmır ki,
Sorğular olacaq hər birimizlə.
Dünyanın işini bilmək
olmur ki,
Gəlin halallaşaq bir-birimizlə.
Uzaqdan boylandım dağlarımıza
Uzaqdan boylandım dağlarımıza,
Ürəyim uçundu, səsim titrədi.
Göz yaşım gözümdə
döndü ulduza,
Özüm yalan oldum, hissim
titrədi.
Hər biri kimsəsiz qocalar kimi...
Elə bil bir azca yapıxmışdılar.
Qayalar dumanda bacalar kimi...
Elə bil bir göz də
qıpıxmışdılar.
Tamam dəyişmişdi görü-görkəmi,
Solmuşdu mən görən al yamacları.
Həsrətdən göynəyən dodağım
kimi,
Duman yalayırdı
yal-yamacları.
Çör-çöpə dönmüşdü
döşdə gülləri,
Sarala qalanlar sozalırdılar.
Əsən küləkləri, ötən
yelləri
Qayalar saxlayıb
söz alırdılar.
Nisgildi,
göynəkdi bu seyrə dalmaq,
Gör məni
qoynuna çağırdı
necə.
Əsir
dağlarına boylanıb
qalmaq
Dağların özütək ağırdı
necə.
Şimşəyə dönmüşəm,
yerdə çaxıram,
Halımı anlayan aşina gəlsin.
Mən ki dağlarıma belə baxıram –
Görüm düşmənimin başına
gəlsin.
Elə oxşayıram...
Elə oxşayıram millətimə
mən,
Elə bil burnundan düşüb gəlmişəm.
Heyranam səbrimə, taqətimə
mən –
Yüz ildi, min
ildi bişib gəlmişəm.
Dözümü dözümüm, sözü
sözümdü,
Birdir diləyimiz,
birdir qəlbimiz.
Tükü tükdən seçən
gözü gözümdü,
Örtülü sandıqdı, sirdi qəlbimiz.
Minnət
götürmürəm, söz
götürmürəm,
Vaxt olur küsürəm, dalğınlaşıram.
Gül kimi zərifəm, göz götürmürəm,
Bir köntöy
kəlmədən çılğınlaşıram.
Üzlərə deyirəm kəskin
sözümü,
Yanana su verib içirməyim var.
Elə unuduram bəzən özümü,
Qonağı yuxarı keçirməyim
var.
Ürəyim süfrədi – açıq
və təmiz,
Bozaran sifətim
tərs olmayır heç.
Başıma gələni unuduram
tez,
Başıma gələnlər dərs
olmayır heç.
Təpədən dırnağa təpərəm,
heyəm,
Kim dözər çəkdiyim
bir zillətimə?
Ürəyi ovcunda ana kimiyəm,
Elə oxşayıram öz millətimə...
Çətin gələrəm
Lahıclı dostum Valehə
Daha bu dağlara çətin gələrəm,
Bu həsrət içimdən
üşüdər məni.
Axşamlar atımı yəhərləyərəm,
Səhərlər qocalıq düşürdər
məni.
Uzaqlıq birləşər qocalığımla,
Nə oğul
qımzanar, nə mən dinərəm.
Qəlbimdə min həsrət, gözümdə
damla,
Dönərəm şimşəyə, çaxıb
sönərəm.
Həvəsim obaşdan durquzar
məni,
Həyətdə-bacada gəzərəm elə.
Yollarda qalmağım qorxuzar məni,
Hirsimdən otları əzərəm
elə.
Mürgülü ayağım sözümə
baxmaz,
Açılan səhərim gün olar gedər.
Soyuyan qəzəbim çaxmaz ki, çaxmaz,
Gün doğan
üfüqüm qaralar
gedər.
Bürüyər ahımtək çən
bu dağları,
Dumanı ruhuma bəlgə bilmərəm.
Qoy yığım gözümə
mən bu dağları,
Aparım özümlə, birdən...
gəlmərəm.
Gətirin
Dağlara gəlmişəm, qonağam
yenə,
Elə sınıxmışam
– sınığam yenə.
Dərman
çiçəklərə sığınnam yenə,
Dərmanım hansıdı, baxın gətirin.
Zirvələr buludla sarğılanırlar,
Şeh düşür,
çiçəklər sırğalanırlar.
Yel vurur, nazlanıb yırğalanırlar,
O nazlı güllərdən
yığın gətirin.
Çağırın aşığı
çalsın-çağırsın,
Dağlara səs-səda salsın çağırsın.
Elə bu dağlarda qalsın çağırsın,
Damağa dünyanın çağın
gətirin.
Yamacda otlayan o
maraldımı?
Danışdım, səsimdən hənir aldımı?
Xalları qəlbimə düşən
xaldımı?
Duz qoyun, gələndə sağın
gətirin.
Gör necə sığınıb
oymaq-oymağa,
Nə var ki, oymaqda dəyə
saymağa.
Səhərlər yaz balı
qatın qaymağa,
Qaymağı yuxaya yaxın gətirin.
Könlünü dağlara salıbdı
Cavad,
Dağlardan şah vüqar alıbdı Cavad.
Desələr, dağlarsız qalıbdı
Cavad,
Dönün ildırıma, çaxın
gətirin.
Böyürtkən
Hər tikanı bir qarmaq,
Hər qarmağı
bir cırmaq.
Nə böyüyü böyüktək,
Nə də uşağı sayır.
Sahibsiz arvad kimi
Yapışdı – buraxmayır.
Tanrı
sınağı
Tanrı
sınağıdı dövlət
də, var da,
Tanrı sınağıdı qəm
də, kədər də.
Çaşmalar, azmalar dövlətdə,
varda,
Ən gizli mənalar bəzən hədərdə.
Ömür də sınaqdı,
gün də sınaqdı,
Verilən imkan da, gündəliyin
də.
Günahın hasili yalnız qınaqdı,
Deməli, “iki”n var gündəliyində.
Atalar sözüdü: iman, din yarı,
Yazılan yazılar varaq üstədi.
İnsanlıq insanın möhrü,
əyarı,
Qanunlar, qaydalar
maraq üstədi.
Quran da qanundu, yasa
da qanun,
Yüz yasa cəmindən bir ayə çıxmır.
Yasalar həm onun, həm də ki bunun:
Vurursan, bölürsən
bir qayə çıxmır.
Dəyərdi, qiymətdi hər
bir hərəkət,
Hərəkət niyyətdən sonra başlanır.
Kiməsə nemətdi, kiməsə
şöhrət,
Mərəkə qiymətdən sonra başlanır.
Kimsə
günahını üzə
danmasın,
Onsuz da hər şeyi bilən, görən var.
Bir kimsə dünyanı xali sanmasın,
Aşkara cəzanı gizli verən var.
Nələrdən qaçırıq, usanırıq
biz,
Hər şeyi
eləyən öz əlimizdi.
Günah
da, savab da qazanırıq biz,
Günah da, savab da
özəlimizdi.
Günahı olanın yanıltmağı
var,
Günaha batanlar güman yandırır.
Günahın geriyə qayıtmağı
var,
Qayıdan günahlar yaman yandırır.
Bəhrəsiz əməllər qınaqdı
ancaq,
Aşkarda gizlini daşıyırıq
biz.
Bu ömür Tanrıdan sınaqdı ancaq,
Tanrı sınağında yaşayırıq
biz.
Quma yazmışam
Adını, sevgini quma yazmışam,
Adından, sevgindən qalmayıb heç nə.
Külək əllərimlə elə
pozmuşam,
Elə bil əzəldən olmayıb
heç nə.
Elə bil ömrümə gəlməmisən heç,
Elə bil günümdə yaşamamısan.
Mənimlə bir deyib-gülməmisən
heç,
Qəlbində sevgimi daşımamısan.
Necə
bilməmişəm kimliyini
mən,
Necə aldanmışam, yazıqlar
mənə.
İçimin, çölümün təmizliyindən
Hecə aldanmışam, yazıqlar
mənə.
Zərrəcə əsər yox dəyanətindən,
Xatırla nəfsinə qul olduğunu.
Andına,
eşqinə xəyanətindən
Ayaqlar altında
çul olduğunu.
Çağlayan, köpürən selə
dönərdim,
Elə soyuyubdu
qəzəbim indi.
Haraylar qoparan yelə dönərdim,
Elə sakitləşib
əsəbim indi.
İnanma
bir kimsə sənə inansın,
Harayın, həşirin saxlasın məni.
Bacı
istəyirəm halıma yansın,
Ana istəyirəm ağlasın
məni.
Hiylələr qoynunda gələn
məhəbbət
Beləcə qumlara yazılmalıydı.
Qumlara yazılan, ölən məhəbbət
Küləklər əlində pozulmalıydı.
Ağ dünya
Bu yol məni bir
də geri gətirməz,
Aparandı, qaytarmağı yox ki, yox.
Səni
mənə, məni sənə yetirməz,
Bəlaları, müşkülləri çox
ki, çox.
Hər ağaran zirvələrdə
qar olmur,
Hər açılan
bəhər olmur, bar olmur.
Yar deyilən hər gözəldən yar olmur,
Dön sulara ha dalımca ax ki, ax.
Gedən
kəslər geri dönməz–bilirsən,
Bulud gələr,
Günəş sönməz–bilirsən.
Bir ruham, göydən enməz –bilirsən,
Bundan belə
ulduzlara bax ki, bax.
Nəmlər çəkdim, nəmliyimi
bilmədin,
Qəmlər çəkdim, qəmliyimi
bilmədin.
Bir dam altda kimliyimi bilmədin,
Dön şimşəyə
öz-özünə çax
ki, çax.
Qəm yeriyər, çarəsizə
dağ gələr,
Görməmişə adi kol da
bağ gələr.
Haqq dananın gözlərinə
ağ gələr,
Baxarsan ki, dünya elə ağ
ki, ağ.
Cavad Zeynal
525-ci qəzet.- 2014.- 29 noyabr.- S.29.