Şəmil Sadıq və Odərlər
Türkiyədə, kifayət qədər olmasa da, Azərbaycan
musiqisi və şeiri bilinir, amma Azərbaycan romanı və
hekayəçiliyi az bilinməkdədir. Təəssüf ki,
türk oxucusu İsa Muğannadan, Fərman Kərimzadədən,
İsmayıl Şıxlıdan bixəbərdir. Halbuki Azərbaycan
yazıçıları romanları, ssenariləriylə
Sovetlər Birliyi dönəmində Azərbaycandan kənarda
digər ölkələrdə də böyük rəğbətlə
oxunur və mükafatlar alırdılar. Yuxarıda
adlarını andığım üç
yazıçıdan İsa Muğanna o dönəmdəki bəzi
Sovet ədəbi mühiti tərəfindən dünyaca məşhur
yazıcı Çingiz Aytmatovla müqayisə olunur və
pıçıltıyla bəzi ədəbi çevrələrdə
Çingiz Aytmatovun onun təsiri altında yazdığı
söylənilirdi. Onun əsərlərindəki təmiz dil,
yetişkin dialoqlar, saf və rəngli təsvirlər oxucular tərəfindən
rəğbətlə qarşılanmış və gənc
yazıçıları uzun müddət təsiri altında
saxlamışdı.
Azərbaycan 1991-ci ildə
baxımsızlığına qovuşar-qovuşmaz
özünü acılı bir savaşın və
qarışıq bir keçid dövrünün içində
gördü. İnsanlardakı bezmişlik, yorğunluq,
yaralı ürəklər, bir milyonu aşmış savaş
qurbanları, itirilmiş Vətən torpaqları və ədalətsizliyə
qarşı yüksələn üsyan istər-istəməz
ədəbiyyatda da əksini tapdı. Kimi bu durumu şeirləriylə,
kimi də hekayə və romanlarıyla dilə gətirdi. Amma
bu əsərlər də, təəssüf ki, türk oxucusu
çevrəsindən uzaq qaldı. Türk oxucusu və nəşriyyatları
gözlərini bir dəfə qərbdən şərqə
doğru çevirib də o tərəfdə nələr
baş verir deyə baxmadı. Amma onlar baxmır deyə şərqdə
həyat və ədəbiyyat
durmadı.Yaralar sarıldıqca,coşqular artdıqca Azərbaycanda
həm düşüncə, həm də ədəbiyyat
yerli yerində oturmağa və yeni məcralarla yoluna davam etməyə
başladı.
İstədiyimiz
kimi olmasa da, indi Türkiyədə yavaş-yavaş Azərbaycan
ədəbiyyatından nümunələr çap olunmağa
başlayıb. Son olaraq, önsözünü mərhum
İsa Muğannanın yazdığı, gənc
yazıçı Şəmil Sadığın “Odərlər”
kitabı İstanbulda “2023 Yayınları” arasında
çıxdı. “Odərlər’
romanı həm günümüzün, həm də
keçmişin hesabını aparan bir roman və türkcə
oxucusu üçün də maraq yarada biləcək bir məzmuna
sahibdir.
Jean Frete
“Dəlilik” adı ilə türkcəyə çevrilən əsərində
”Böyük sənət hərəkatlarının və ya əsərlərinin
dərin ruhi və toplumsal böhranlar dönəmində
doğulduğunu” yazmaqdadır.
Azərbaycan
bu ruhi və toplumsal böhran içərisində və
sonrasında bir-birindən usta şair və romançılar
yetişdirdi. Bunlardan biri də gənc yazıçı
Şəmil Sadıqdır. Şəmil Sadıq ustadı
saydığı İsa Muğannadan dərin təsirlənsə
də, getdikcə öz üslubunu yaxalamağa başladı.
Onun “Odərlər” isimli romanı Azərbaycan türkcəsində
yeni bir söyləmə şəkli və perspektiv təqdim
etməsi baxımından önəmlidir. Romanı ilk
oxumağa başladığınızda klassik xalq hekayəsinin
dadını versə də, oxuduqca fərqli bir söyləniş
və fərqli bir üslubla qarşı qarşıya
olduğunuzu anlayırsınız. Cümlələr qısa
və vurucudur. Dialoqlar süni deyildir. Dil axıcı və həyəcanlıdır.
Uzun təsvirlər olmasa da bir cümlə içində verilən
təsvir oxucuya geniş bir pəncərə açmağa
nail olur:
“Cırcıramalardan
başqa kimsənin oyaq olmadığı bir gecə...”
Və ya
“Bir yanda mavi suları ilə insana gəl-gəl deyən Sərsəng su anbarı, digər tərəfdə sıra-sıra ağaclardan ibarət və sonu görünməyən meşə” kimi təsvirlər oxucunu bir anlıq dastan havasından ayırıb yeni bir səhnə təqdim edir.
Romanın quruluşu ustalıqla Qarabağ savaşı, günümüzün gerçəkliyi və əfsanələrlə iç- içə keçirilmişdir. Əslində “at nalı toplayıcısı” olaraq yola çıxan roman qəhrəmanı keçmiş türk tarixindən və əfsanələrindən bir gerçəyə varmaq istəyir. Bu gerçəyə varma yolunda əngəllər olduqca çox, amma ona görə bu çətinlikləri aşmanın bir tək yolu vardır, o da türk tarixini və fəlsəfəsini yaxşı başa düşməkdir. Milləti məğlubiyyətlərə uğradan, onu günümüzdəki acizliyə sövq edən bağrında saxladığı xəzinədən xəbərdar olmaması və öz keçmişinin, dininin və gələcəklərinin yorumunda yanlış mühakimələrə varmasıdır. Türk , İslam, Şərq kimi isim və qavramlardan bəhs edildiyində gerçək yorum və mühakimələr ortaya çıxdığında xalqın zəfəri də elan edilmiş olacaqdır. Bu səbəblə “nal toplayıcısı”nın məqsədi əslində naldan çox xalqın ürəyindəki gerçək “türk”ü tapmaqdır.
Bu gerçək “türk” sadəcə qəhrəmanlığı və qurduğu imperatorluqlarıyla deyil, dili, dini və fəlsəfəsiylə ortaya çıxmalıdır. Onun dininin bütün sirləri əslində dilində gizlənib. O sirləri ərəbcə deyimlər verə bilməməkdir. Məsəlçün,”yer haqqı”, “göy haqqı”, “işıq haqqı”, “Tanrı haqqı” kimi qavramlar dərin bir ədalət və paylaşma hüququndan bəhs etməkdədir. O biri yandan İslam öncəsi türk tarixi də “Odər” dilindədir və bütün dinlərin ortaq söyləmlərini yüzillər öncəsindən xəbər vermişdir. Türk təkrar “Odər” dilini anlamağa başladığında zehinsəl əskikliyi də ortadan qalxmış olacaq və öz yolunu tapacaqdır.
Şəmil Sadıq bir-birindən maraqlı və fərqli mövzuları oxucunu yormadan romana köçürməyi bacarıb. Günümüzün gəncliyinin problemləri ilə keçmiş insanların problemlərini yan-yana gətirmiş və özünəxas üslubda güncəl bir qarşılaşdırma edib. Hər oxucunun bu fərqli fikirlərdən özünə görə ayrı bir məna çıxaracağ şübhəsizdir. Hələ dinə baxışdakı fərqli söyləmlərlə qarşılaşıldığında diksinmə, etiraz da olacaqdır. Amma romanın üslubundakı istiqanlılıq və axıcılıq o etirazları xoş görülü bir münasibətə doğru götürəcək. Zatən bir yazıçının məqsədi də bilinəni təkrar etmək deyil, onu fərqli bir üslub və fərqli bir mənada söyləməsidir. İnsanların inandıqları və ya yüzdə yüz doğru sandıqları bəzi mövzuların müzakirəyə açılması hər dönəmdə çətin və ağrılı olub. Amma mübahisələr sona çatdıqdan sonra bəzən bizi hiddətləndirən etirazın gerçəyin özü olduğunu da görmüş oluruq.
Türklüklə, Turanla bağlı bütün yeni və bizə kimlik qazandıran söyləmlər Şərqdən, yəni ana yurd Türküstandan gəlib. Latın əlifbasını ilk olaraq İstanbulda saraya təqdim edən Mirzə Fətəli Axundov, turan fikrini sistemləşdirən Əli bəy Hüseynzadə, Cümhuriyyətin quruluşuna möhür vuranlardan Əhməd Ağaoğlu, Yusuf Akçura kimi aydınlar bizə Türküstandan gəldilər.
Məncə, türk oxucusu üzünü bir dəfə də başqa tərəfə, yəni öz qardaşlarının olduğu yönə çevirə bilsə, təkrar yepyeni fikirlərlə üz-üzə gələcək və getdikcə itirilən kimliyi mövzusunda yeni mühakimələrə varacaqdır. Şəmil Sadıq kimi yazıçıların bu mövzudakı əsərlərdə öncül rollar oynayacaqları şübhəsizdir.
Orxan ARAS
525-ci qəzet.-
2014.- 29 noyabr.- S.25.