Maddi problemlər elmdə yeniləşməyə ciddi mane olur

 

Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyevanın “525”-ə müsahibəsi

 

 

- Gövhər xanım, ötən həftə parlamentdə 3 günlük büdcə müzakirələri keçirildi qeyd edək ki, ayın 28-də büdcə zərfinin səsverməyə çıxarılaraq qəbulu nəzərdə tutulur. Bəs Siz bir millət vəkili olaraq növbəti ilin büdcə zərfi barədə düşünürsünüz?

 

Azərbaycan Respublikasının  dövlət büdcəsi zərfi  onun əsas istiqamətlər üzrə əsaslandırılması ildən- ilə təkmilləşir. Milli Məclisin müzakirəsinə təqdim olunan 2015-ci ilin  büdcə layihəsi əslində çox ciddi elmi-analitik sənəddir ki, bu da ölkədə çox təkmil büdcə sisteminin yaranmasına dəlalət edir. Dünyada istər siyasi, istər sosial-iqtisadi sahədə baş verən proseslərə nəzər salsaq, Azərbaycanın bu gün sözün əsl mənasında sabitliyi davamlı inkişafı təmin edən çox nadir ölkələrdən olduğunu etiraf etməliyik. Bu isə Prezidentimizin, Azərbaycan iqtidarının apardığı çox düzgün, hərtərəfli ölçülüb biçilmiş, bütün riskləri, dünya bazarının konyukturasını  nəzərə alan uzaqgörən siyasətin nəticəsidir. Odur ki Azərbaycanın iqtisadi reytinqi ildən-ilə artır bunu beynəlxalq təşkilatlar da etiraf edirlər.  Büdcə layihəsində təqdim olunan çoxsaylı statistik rəqəm məlumatlar sübut edir ki, bu gün Azərbaycan dünyada ən sabit dinamik inkişaf edən ölkələrdəndir.

 

Mən konkret elm sahəsi haqqında danışmaq istərdim. Təqdim olunan layihədə elmin inkişafının əsas istiqamətləri kifayət qədər dəqiq ətraflı müəyyənləşdirilib. Bunlar əsasən elmi-texniki potensialın qorunub saxlanılmasından, elm təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasından, cəmiyyətdə elmi işçilərin nüfuzunu yüksəldilməsinə nail olmaq üçün məqsədyönlü tədbirlər həyata keçirilməsindən sairədən ibarətdir. AMEA-da, digər elmi-tədqiqat müəssisələrində ali təhsil müəssisələrində aparılan fundamental tədqiqatların səmərəliliyinin artırılması, onların nəticələrinin sosial-iqtisadi digər sahələrdə tətbiqinin təmin edilməsi, ölkədə elmi-texniki potensialın qorunması inkişaf etdirilməsi, dövlətin informasiya ehtiyatlarının artırılması innovasiya proseslərinin surətləndirilməsi, elmi müəssisələrdə ali məktəblərdə aparılan elmi-tədqiqatların əlaqələndirilməsi  üzrə işin gücləndirilməsi alimlərinin yaradıcılıq potensialının tam reallaşdırılması üzrə şəraitin yaradılması elm sahəsində qarşıda duran əsas məqsədlərdəndir. Bu məqsədlərə nail olmaq üçün layihədə bir sıra tədbirlər nəzərdə tutulub. Düşünürəm ki, tezliklə onların reallaşmasının şahidi olacağıq...

 

Elmi tədqiqatların səmərəliliyi haqda deyərdiniz? Parlamentdə bu məsələ ətrafında birmənalı olmayan fikirlər səsləndi...

 

Mən bu məsələdə həmkarlarım İsmayıl Hacıyev, İsa Həbibbəyli Əhliman Əmiraslanovla tamamilə həmrəyəm. Çünki elm mənəvi fəaliyyət sahəsi olduğundan burada ilk stimul rolunu, təbii ki, mənəvi amillər oynayır. Yəni, qəlbinin hökmü ilə elmə gələn hər bir kəs onun vurğunu, müəyyən mənada fanatı olur. Amma biz maddi dünyada yaşayırıq maddi təminat olmadan hər hansı bir fəaliyyət, o cümlədən elmi fəaliyyət qeyri-mümkündür. Bu bir həqiqətdir ki, fundamental elm böyük məsrəflər tələb edən bir sahədir. bu məsrəflər heç dərhal öz bəhrəsini  vermir, yalnız perspektivdə özünü doğruldur. Amma güclü olmaq istəyən hər bir dövlət, gələcəyini düşünən hər bir millət bu məsrəflərə getməlidir. Maddi problemlər elmdə yeniləşməyə, varislik ənənələrinə qorunmasına  ciddi əngəl törədir. Bu gün mövcud maliyyə təminatı gənclərin elmdə qalmasına stimul yaratmır. Nəsillər arasında əlaqə qırılır, bu isə elm üçün böyük təhlükədir. 

Məsələnin ciddiliyi onunla izah olunur ki, bu təkcə elmi intellektual problem deyil, həm mənəvi-əxlaqi bir məsələdir. Belə ki, bu, gənclərin elmə, biliyə həvəs ruhunda tərbiyəsinə mənfi təsir göstərir indi haqqında çox danışılan mənəvi dəyərlərin itirilməsinə gətirib çıxarır. Halbuki elmə qiymət, alimə hörmət tarixən milli ənənə mentalitetimizin ayrılmaz xüsusiyyəti olmuşdur. Odur ki, bu vəziyyətin aradan qaldırılması birbaşa milli dəyərlərin qorunmasına, gənclərin mənəvi tərbiyəsinə dəxli olan məsələlərdir.

 

 

Osmanlı dövlətinin banisi Osman qazinin oğlu Orhan qaziyə vəsiyyəti mənbələrdə zəmanəmizə qədər gəlib çatıb. O oğluna elm sənət adamlarına hərtərəfli qayğı diqqət göstərməyi tapşırır fikrini belə əsaslandırır: “Çünki onlar (yəni elm sənət adamları) dövlətin bədəninin gücüdür!”.  Bəzən elmə qoyulan vəsaitlərin gəlir gətirməməsindən danışılır. Düşünürəm ki, elmə biznesmen təfəkkürü ilə yanaşmaq qətiyyən yolverilməzdir. Əvvəla, elə elm sahələri var ki, onların gətirdiyi mənfəət heç bir maliyyə vahidi ilə ölçülmür.

 

Məsələn, humanitar ictimai elmlər. Ziya BünyadovunAzərbaycan VII-IX əsrlərdə”, yaxudAzərbaycan Atabəylər dövlətiəsərlərini hansı pul ekvivalenti ilə ölçmək olar? Bu əsərlər qiymətsizdir! Eləcə Milli Elmlər Akademiyasında yazılmış nəşr olunmuş yüzlərlə digər fundamental əsərlər. Məhz belə əsərlər bütün tətbiqi araşdırmaların, təhlillərin, dərsliklərin, tədris vəsaitlərinin, ensiklopedik əsərlərin bünövrəsini təşkil edir. Bünövrənin itirilməsinin demək olduğu isə hər kəsə aydındır. Yadıma 2007-ci ildə Ankarada keçirilən Şərqşünasların 38-ci Dünya Konqresi düşür. Belə konqreslər XIX əsrin ortalarından etibarən dörd ildən bir dünyanın müxtəlif ölkələrində keçirilir dünya şərqşünaslarının ən ali məclisi hesab olunur.

 

Ankaradakı konqresçox yüksək səviyyədə keçdi. Konqresin birinci günü iştirakçılar qarşısında Türkiyənin o vaxtkı Prezidenti Abdullah Gül çıxış etdi, ikinci gün isə baş nazir Rəcəb Tayyib Ərdoğan. O zaman onların alim zəhmətinə verdiyi yüksək qiymət, alimlərə göstərdikləri böyük ehtiram  məni valeh etdi. Ərdoğanın alimlərə müraciət edərək dediyi sözləri isə həmişəlik yaddaşımda həkk olundu: “Sizlər ömrünüzü elə işə sərf etmisiniz ki, bu bilavasitə sizin özünüzə böyük gəlir gətirmir. Amma sizin gördüyünüz bütövlükdə insanlığa, bəşəriyyətə, sülhə, barışa böyük mənfəət gətirir”.

 

– Büdcə müzakirələrində televiziya kanallarının fəaliyyəti, xüsusilə, milli teleseriallarla da bağlı tənqidi fikirlər yer aldı. Siz də həmin tənqidlərlə razısınızmı, yoxsa?..

 

Söz yox ki, milli televiziya efir məkanı bu gün təkmilləşmə prosesini yaşayır, axtarışlar və eksperimentlər mərhələsindədir. Amma razılaşaq ki, bu mərhələ bir qədər uzanıb və bu gün efir məkanımızda orta səviyyəli tamaşaçının zövqünü oxşayan verilişlər azdır. Hələ onu demirəm ki, bəzən çox xoşagəlməz məqamların şahidi oluruq. Məsələn, bu yaxınlarda ailə münasibətləri haqda bir veriliş gedirdi. Mən bilərəkdən kanalın adını çəkmirəm. İştirakçılardan biricavan müğənni uzun-uzadı müzakirədən sonra belə nəticəyə gəldi ki, “arvadı hərdən vurmaq lazımdır”. Bu sözlər sivil, dünyəvi bir dövlətin efir məkanında səslənir! Kim zəmanət verə bilər ki, sağlam məntiqə sığmayan bu sözlər həmin verilişə baxan gənclərə təsirsiz ötüşəcək? Xüsusən nəzərə alsaq ki, ailə-məişət zorakılığı bu gün ölkəmiz üçün hələ də aktualdır. Nə qədər qadınlar bu zorakılığın qurbanı olur.

 

Düşünürəm ki televiziyaların ilk vəzifəsi həyatımızda yer alan eybəcərliklərlə, mənfi hallarla mübarizədir, geniş maarifləndirmə işinin aparılmasıdır. Teleefirin təsir gücünü nəzərə alsaq, düşünürəm ki televiziyalar işi düzgün qursa, bu sahədə tezliklə böyük uğurlara imza atıla bilər. Müəyyən maarifləndirici roliklərin-narkomaniyaya qarşı, qız uşaqlarının ana bətnində tələf edilməsinə qarşı, ailə-məişət zorakılığına qarşı və sair mütəmadi nümayişi qısa zamanda bu problemlərin həllində müsbət effekt verə bilər. Dünyəvi həyat tərzinin üstünlükləri, qadınlara, ahıllara hörmət və ehtiram, uşaqlara qayğı və sevgi, dini radikallığa, cəhalətə, mövhumata qarşı mübarizə-bunlar hamısı televiziyaların bilavasitə üzərinə düşən vəzifələrdir.

 

İnanmaq istərdim ki, televiziya kanallarımız bu istiqamətdə yaxın gələcəkdə dönüş yaradacaqlar.

 

Digər müzakirə mövzusu isə təbii ki,  milli teleseriallardır. Onların tamaşaçı zövqünü oxşamaması, ideya-mövzu bədii-estetik cəhətdən zəif olması cəmiyyətimizdə sübuta ehtiyacı olmayan aksiom kimi qəbul olunur. Halbuki bu gün ölkəmizdə seriallara, xüsusən xalqımızın şanlı tarixini işıqlandıran seriallara böyük ehtiyac var. Onlardan biri hazırda  şəxsiyyəti fəaliyyəti geniş müzakirə olunan, bəzən isə qonşu ölkələrdə insafsızcasına təhrif olunan, xalqımızın böyük oğlu Şah İsmayıla həsr olunmalıdır.

 

Kamil HƏMZƏOĞLU

525-ci qəzet.- 2014.- 29 noyabr.- S.8.