Bəşəri
tövbə
I
Bəlkə
görüb bizi tanrı əfv edər,
Günahkar bəndələr növbəyə dursa.
Bir nəfər,
yüz nəfər, min nəfər nədir -
Qalxıb külli-aləm tövbəyə dursa.
Günahlar
yığışıb, bir-bir dərd olur,
"Dərdsiz insan olmur" - məsəli də var.
İnsan
dərdləriylə bağrı-badaşdı,
Çoxdan bir-birinə öyrəşib onlar.
Adəmdən,
Həvvadan başlanıbdı - bu!
Bir
artıb, üç olub, üç də üç -
doqquz...
Bu say, bu minvalla, nəsilbənəsil,
Çoxala-çoxala toplanıb sonsuz.
Dünya
yaranandan tanrı insanı
Cavabdeh
yaradıb, faili-muxtar!
Bu
ayrıseçkilik, sınaq üçünmüş,
Yıxılsan günahı özündə axtar.
Sərasər
- bu məkr yuvası yerdə,
Qapı-qapı
gəz, gör varmı bir adam.
Doğulanda
bakir, öləndə bakir,
Təmiz gəlib-getsin suçlu dünyadan.
Əvvəllər
dünyanı kim görmüşdü ki,
Mən də görməmişdim, ya bəxtə gəldim.
Gəlib
gördüm bura necə məkanmış,
Mən də hamı kimi yaşadım, öldüm.
II
Söz -
yerə insandan əvvəl gəlibdi,
Şeir də sonradan sözdən yoğrulub.
Dünya
gözəllərlə doluymuş, Allah!
Dünyanı yaşadan gözəllik olub.
Şeirə
bağlanmışam mən uşaq ikən,
Yaxşı
şeirlər də yazmışam az-maz
Bu yol
çətin yoldur, əzablı yoldur,
Yalnız şair olan dözər, yorulmaz.
Bu yolda şairlər azad, sərbəst, mərd.
Bu yola düşənlər geri qayıtmaz.
Bu yolda mənim
də günahlarım var;
Tövbə eləməyə ömür də
çatmaz.
Bu
ucsuz-bucaqsız yer kürəsində
Xeyli əyri bitən ağaclar varmış.
Desəm,
inanmazsan bu boyda orman
Qurtlu budaqlardan xali olarmış?!
Mən
ağac qədrini bilmirdim onda
Üstü tumurcuqlu budaq qırmışam.
Üzümə
qayıdıb - bir dəfə oğlum,
Doğma balama da əl qaldırmışam.
Mənim
də qəlbimi sındıran olub,
Mən də hərdən-birdən qəlb
sındırmışam.
Hətta
yazdığım ilk şeirləri də
Özüm öz əlimlə mən
yandırmışam.
Hərdənbir
şeirimi tərifləyiblər,
O
şeirdə mənim möhür xəttim var.
Bəlkə
bu mərtəbə şair olmazdım,
Əgər olmasaydı bu yaxşılıqlar.
Yaxşılıq
edənin adı o vaxtdan,
Çəkilib həmişə mənim adımnan.
Pisliklər
yadımda qalmayıb,
fəqət
Qalıb acıları, qalıb canımda.
Nə
illah elədim, başa düşmədim,
Niyə
bu surətdə ağıllı insan,
Əyilsin
sərvətə, uysun da nəfsə,
Bu dünya malına aldansın asan.
III
O
küçə, bu küçə evlər sıraynan,
Arı yuvasıtək qaynaşır şəhər.
Gecəyarısınadək
şıdırğı alver,
Gecənin xətrinə gecikir səhər.
Dünya
yaranandan bu yana, hər gün
Gecə ilə gündüz güləşib durur.
Qocalar
uşağı lağa qoyurlar,
Uşaqlar qocaya gülüşüb durur.
Səs-küylü
camaat şəhər əhlidir,
Çörək dustağıdır bu yerdə hər
kəs.
Burda
buralıtək ömür sürməyi,
Başqa yerdən gələn bacara bilməz.
Burda bir
papaqçı, orda qalayçı,
Burda bir başmaqçı - köhnə sənətkar.
Orda bir
pinəçi, böyründə nalbənd,
Nə yaxşı dünyada hələ sənət var.
Bu rəssam dizinin üstə nə çəkir?
Sultan Məhəmməddən gəlir bu əsər.
Çəkdiyi
şəkillər zərif, al-əlvan,
Baxırsan
miniatür xalçaya bənzər...
Bu memar
yorulmaq bilmədən, əsla,
Daşlardan özünə gələcək umar.
Səhrada
ucaldıb möhtəşəm saray,
Üzünə çəkibmiş kaşıdan tumar.
Bir xeyir əməl
var, bir də şər əməl
Bəs niyə xeyirdən xeyli çoxdur şər.
Burda yol
gedən kəs, döngə-dalanda
Kötüyə ilişər, quyuya düşər.
Günah çoxaldıqca, "ah"da çoxaldı.
Artdı ona nisbət dərd də, kədər də.
Xeyir-şər
insanı böldü-kiçiltdi,
İnsanlıq sınandı bu əməllərdə.
Varlı ilə yoxsul - iki əks qütb.
Dünyanı dolaşan daha bir təzad.
Bu - həyat
çarxının iki dişidir,
Varmı, bu təzada tapan təzə ad?
Bərabərlik
sözü küt bıçaq kimi
Daşı kəsdi, amma dərdi kəsmədi.
Lap qədimdən
gələn ikitirəlik
Ən böyük haqsızlıq deyil, bəs nədi?!
Ellər
inanmadı təzə sözlərə,
Get-gedə bu varlı-yoxsul çoxaldı.
Ayaq tutdu
hiylə, yalan yeridi,
Haqq-ədalət
ara yerdə yox oldu.
Varlı
göyə çıxan uca villada,
Yaşadı olmazın işrət içində.
Yoxsul yerə
girən soyuq daxmada,
Yaşamadı, öldü dəhşət içində.
Bu yandan
da dinlər böldü dünyanı,
Tanrı bir olsa da, inamlar fərqli.
Qərb
tanıdı şərqli peyğəmbərlə
ri,
Amma bəyənmədi qərblini şərqli.
IV
Görən
varmı ola düz, hamar sərhəd,
Cəm - bütün sərhədlər dilim-dilimdi.
Yaxşı qonşu dövlət nüdrətən
olur.
Torpağı qoruya bilmək zülümdü.
Qız
qalasına bax, məğrur dayanıb,
Qəddini əymədi yüzillər onun.
Bakını
həmişə qoruyub yaddan,
Gözətçisi olub doğma yurdunun.
Qədim
dövlətlərin ulu babası,
Dəclə-Fərat üstü - Beynəlnəhreyn.
Dünyada
ən ilkin türk nənnisidir,
Qoşa qapısıdır böyük taleyin.
Əflatun,
Ərəstun, Sokrat, Hippokrat,
Elmdə
möcüzə yaradan adlar!
Onların
dediyi ağıllı sözlər,
Keçib əsrlərdən bu günə adlar.
Ərəb,
fars, bir də türk - ağac-millətlər,
Hər yana uzanıb qol-budaqları.
Hər
qövmin tarixdə uğurları var,
Vardır hər qövmin də sinə dağları.
Gəldilər, getdilər, tarix yazdılar.
Bir zaman Atilla, bir zaman Mete.
Fikirləri
savaş, hökmləri sərt,
Döyüşdə gördülər hər həqiqəti.
Dünyanı
fəth etmək, bir yerə yığmaq,
Bu cür yuxu kimi şirin bəlkələr.
Dünyanı
daha da xaraba qoydu,
Böyük imperiyalar, müstəmləkələr.
Xalqları
bu başdan, o başa qovdu,
Davalar, qırğınlar, qanlı döyüşlər.
Atların
ayağı altında qaldı,
Qaralan zəmilər, solan örüşlər.
Dördnala,
dörd yana çapdı atlılar,
Çingizxan,
Batıxan, Teymurləng gəldi.
Uzaq
ölkələri çalıb çapdılar,
Gücsüz məğlub oldu, güclü yüksəldi.
İskəndər,
Napoleon - sərkərdə-əsgər,
Dərələrə enər, dağlara qalxar.
Dünyanı
- qılıncla diz çökdürdülər,
Onların zəhmindən Allah da qorxar.
Ya Babək,
Cavadxan, Mustafa Kamal,
Yurdun dar günündə döyüşçü ərlər.
Ölümə
güldülər hərb meydanından,
Onların
əzmindən yarandı hünər.
Bu yanda
Stalin, o yanda Hitler,
Milyonlar
qırdırdı - o tay, bu tayda.
Yenə
düzəlmədi dünya, yenə də
Hər hakim gətirdi yeni bir qayda.
Faşizm
misilsiz qəddarlıq imiş,
Erməni faşizmi ondan da betər.
Hara
soxuldusa qamarlayar o,
Gəlib sığındığı yeri zəbt edər.
Bu tayfa
dünyaya daraşıb çoxdan,
Əsli-kökü sual, yurdu dərbədər.
Yırtıcı
güvədir, yaxşı nə varsa,
Dağıdar, parçalar, gəmirər, didər.
Avropa -
ingilis, fransız, alman,
Qərbin elm-sənət qitəsi olub.
Həmin
bu qitədən düz iki kərə
Dünyanı dağıtmaq hədəsi olub.
V
Bu duracaq
yeri - qoca dünyadan,
Allah,
Allah, kimlər gəlib keçiblər.
Dünyanı
bu gündə görən şairlər,
Heyrət edə-edə bir-bir köçüblər.
Burda
söz söyləyib pir Dədə Qorqud,
Füzuli Məcnunla görüşüb burda.
Qılınclar
toqquşub şaqqaşaqla hey...
Dahilər doğulub bu vurhavurda.
Dilləndirdi
neyi Mövlana Rumi
Haqqı göydən yerə çəkib gətirdi.
Yalanı
doğrudan kəsdi, ayırdı,
Haqq deyən insanı haqqa yetirdi.
Firdovsi,
Nizami, Şekspir, Dante,
Hər biri dünyanın böyük övladı.
Yazdıqları
ulu həqiqətlərdə,
Ulduz olub yandı onların adı.
Sözə
çeviribdi əbədiyyəti,
Böyük
dastanların
ustadı Homer.
Onun
yazdıqları dirildi bir-bir,
Troya yoxsa da, dahi söz ölmür.
Böyük
Nizaminin özbək qardaşı,
Türkcə "Xəmsə" yazan şair Nəvai.
Özü
də çəkibdi mərd oğul kimi,
Şeirin başındakı cövri-cəfayi.
Puşkin
ərəb qanlı rus şairidi,
Qafqazı tutana şeir həsr edib.
İkili
qanından qaça bilməyib,
Şirvan gözəlini eynən vəsf edib.
"Hərb
və sülh"ü - yazdı böyük Tolstoy,
Hərbi də, sülhü də bizə tanıtdı.
İki
qanadı var insanoğlunun,
Hərb bir qanaddı, sülh bir qanaddı.
Mirzə
Cəlil gəldi, Sabir də gəldi,
Gördülər millətin acı halını.
Ağı
ağ, qaranı qara gördülər,
Yazdılar azadlıq istiqbalını.
Onların
fikrini nə bilsin nadan,
Dumanı çəkdilər, dağı gördülər.
Onlara
"görməyin" desə də dövran,
Özləri yaşayan çağı gördülər.
Məşum
"otuz yeddi", haqsızlığa bax!
Cavid də, Müşfiq də "xalq düşməni"ymiş.
Onda,
xalqın dostu kim olub, görən?!
İşıq da, şəfəq də xalq düşməniymiş.
O daş
ürəklərdə yoxmuş qanacaq,
Sənəti boğdular nahaq qanlarda.
Batdı
qazanılan ədəb-ərkanlıq,
İnsanlıq qərq oldu o tufanlarda.
Ya
"Heydərbabaya salam" göndərdi,
Ya da
köks ötürdü xeyli dərindən.
Yad dildə
Hafiztək yazdı Şəhriyar,
Amma türkcə yazdı elin dərdindən.
Külli-nəfs
öz külli-nəfsini görüb,
Utandı, qızardı öz əməlindən.
Dedi: -
Evimizi yıxdı ətalət,
Dünya dəyişilsin ta təməlindən.
VI
Əgər
mələk varsa, iblis də vardır,
Bənövşə üstündə ilan
sürünür.
Ağ qar
işığında par-par yanan dağ,
Hərdən də qaralır, çənə
bürünür.
Yamyaşıl
küdrüdə yovşanla bahəm,
Hər addım başında qaratikan var.
Yemlik
axtarırsan, ehtiyatlı ol!
Yemliyə sarmaşıb zəhərli otlar.
Yerdə,
"yer üzünün əşrəfi insan"
Həmişə ikilik arasındadır.
Burda
beçə bal var, orda zəhrimar,
Balı şirin dadır, zəhri qəm dadır.
İki
yol göründü gözünə hər gün,
İkisi də vacib, ikisi də sərt.
İnsanı
o yana, bu yana çəkdi,
Biri mərdanə-mərd, o biri namərd.
Elə
belə yaşa, sağ-salamat qal!
Gözəl dünya ilə sehrlənmisən.
Dərdiyin
qızılgül tez solacaqsa,
Qızılgül bağında nə hərlənmisən?!
İndi dua ilə bağışlanmazsan.
Bu qədər günaha tövbə bəs deyil.
Yaman ərköyünsən,
söz batmır sənə,
Dünya elə budur, dəyişməz deyil.
Böyük
mədəniyyət görsən də, yazıq,
Kamil bilik
alıb, aqil olsan da,
Tanrı
sınağından çıxa bilmədin,
Deməli, cahilsən hələ dünyada.
İyun, iyul,
avqust 2014
Fikrət SADIQ
525-ci qəzet.-
2014.- 1 oktyabr.- S.7.