Məktub yazmaq istədim
Bu
şeirləri – yaradıcılığımı yüksək
qiymətləndirən, sözün əsl mənasında məndən
daima təzə yazı (istəyən yox) tələb edən,
şeir söyləyəndə hər bəndin sonunda deyəcəyim
fikirə xüsusi diqqət və sayğı ilə qulaq
asan, qədrimi bilən, xətrimi əziz tutan, çox da
böyük olmayan oxucu auditoriyama – bacı və
qardaşlarıma bağışlayıram.
Burda hava
soyuyub,
Orda yəqin istidir.
Yaxşı
ki, xatirən var,
Məni hərdən isidir.
Məktub
yazmaq istədim,
Öyrənməkçün havanı.
Heyif tapa
bilmədim
Yaşadığın ünvanı.
Heç
onu da bilmirəm,
Ölüsən, ya dirisən.
Məndən
ötrü lap çoxdan
Ölülərin birisən.
Onu deyim,
özüm də
Əzrayılın yemiyəm.
Bu ki
yaşamaq deyil,
Mən də ölü kimiyəm.
Orda bir
ölü görsən,
Mən boyda, mən biçimdə.
Soruşarsan,
neynirsən
Ölülərin içində.
Deyəcəm
ömür boyu,
Axtarmışam mən səni.
Tapmamışam
heç yanda,
Gəzib eli-ölkəni.
Bu
zülmət dünya nədir,
Ölülərin vətəni.
Yaxşı
ki, bu zülmətdə,
Tapmaq olur itəni.
...
Sizin
evinizə baxmıram daha,
Eləcə yanından ötüb keçirəm.
Tuş gəlməyim
deyə tanışa, yada,
Kölgətək, xəyaltək itib keçirəm.
Dünən
gördüyüm ev dəyişib bu
gün,
Qapı-pəncərəsi gözümdən
düşüb.
Hasarın
üstündə bitən o gülün,
Toxumu bir çılğın sözümdən
düşüb.
Qapınız
açıqdır qohuma, dosta,
Mən bu səadəti haradan tapım.
İçəri
keçməyə imkanım yoxsa,
Mənimçün bağlıdı o açıq
qapı.
Nə var, nə yox, kapitan...
Nə
var, nə yox, kapitan,
De, dəniz yerindəmi?
Orda
ağ-ağ gəmilər
Dayazda, dərindəmi?
Biz dənizi
görmürük
Dəniz qala içində.
Yəqin
xəstə balıqlar
Qalıb bəla içində.
Biz dənizi
görmürük
De, havalar necədi?
Qağayılar
var idi,
Qağayılar necədi?
Səndən
yaxşı bilən yox,
Həm dayazı, dərini.
Günəş
hayandan çıxır,
Çaşmayıb ki, yerini.
Uzaq-uzaq səfərdə,
Doğulan olurmu de.
Çimərlik
adlı yerdə,
Boğulan olurmu de.
Biz dənizə
baxırıq,
Qala
böyrü qapıdan,
İşin-gücün
necədir,
Nə
var, nə yox, kapitan..
Mənim
ürəyimə toxunur hamı
Mənim
ürəyimə toxunur hamı
Toxunur
hüzürdə,
toyda,
mağarda.
Ürəyim
bir köhnə sınıq külqabı,
Hamı əsəbini söndürür orda.
Neçə
acı kəlmə, tikanlı kəlmə,
Böyrümdən-başımdan ox olub keçir.
Evdə
arvadıyla sozü çəp gələn,
Mənim ürəyimə toxunub keçir.
Ölür
ürəyimin inam, həvəsi,
Gileylər dayanmır, dördnala çapır.
Ünvanı
səhv salan, ünvan əvəzi,
Mənim ürəyimi axtarıb tapır.
Ürəkdə
ağlayır, üzdə gülürəm,
Mənim ürəyimə toxunur hamı.
Nə
itirmişəmsə, tapa bilirəm,
Mən tapa bilmirəm öz günahımı.
Fili
qarışqaya oxşatmamışam,
Özgə
bostanına daş atmamışam,
Sinəmdə
xəbislik yaşatmamışam,
Mən tapa bilmirəm öz günahımı.
Başa
torba tikən pulum olmayıb,
Nökərim
olmayıb, qulum olmayib,
Öz
yolumdan özgə yolum olmayıb,
Mən tapa bilmirəm öz günahımı.
Ürəyimə
bir az su gərək olsa,
Tapıb həkimlərə köz yazdırarlar.
Toy etsəm,
toyuma nəmər əvəzi,
Bir kəlmə tikanlı söz yazdırarlar.
Ömür
çox ucuzdu, ölüm çox baha,
Yoxuşlar dirənib Əcəl dağına.
Qardaşlar
axtarıb gəzməyin daha
Atdım ürəyimi yol qırağına.
Yurda
şəhid gələndə...
Düşmən
gendən baxmasa,
Qoca, cavan
ağlayar,
Gözlərdə
yaş görünməz,
Ürəklər
qan ağlayar,
Yurda şəhid gələndə.
Qolda lentə
bənzəyər
Bu yerlərin cığırı.
Xatirə
sükutunda,
Susar
çalı-çağırı,
Yurda şəhid gələndə.
O gün
bir rəngə çalar,
Yeddi rəng göy qurşağı.
Burda
bayraq yerinə,
Başlar
enər aşağı,
Yurda şəhid gələndə.
İlan
Qəzetlərin yazdığına görə
İrlandiya yeganə ölkədir ki, orda ilan yoxdur.
Belə
bir ölkə də var,
Millət çəkir kefini.
Orda
tanıyan yoxdur,
Koramalı, əfini.
Gecə
çöldə yatanlar,
Çöldə açır səhəri.
Nə bir
ilan tanıyır,
Nə də ilan zəhəri.
İstəsən
piyada gəz,
Dağı, düzü, obanı.
Orda ilan nə
gəzir,
Qəfil sanca dabanı.
Orda qorxan
da yoxdur,
Nə gürzədən, kobradan.
Orda
tütək səsinə,
İlan çıxmır torbadan.
Orda adam da çoxdur,
Hərənin öz yeri var.
Görən
necə adlanır,
Orda ilan adamlar.
Zibil
Sən
zibil yığırsan burda hər səhər,
Vecinə
də alma, baxan nə deyir.
Dünyanı
o qədər zibilləyiblər,
Sənin yığmağınla qurtaran deyil.
Siqaret
kötüyü, ya boş su qabı,
Bunları süpürüb yığmağa nə var.
Töküb-toküşdürüb
dərdi-əzabı,
Dünyanı korlayır zibil adamlar.
Bir zibil
niyyətli yanından ötər,
Tanıya bilməzsən görürkən onu.
Ağızdan
söz düşər, zibildən betər,
Heyif tapa bilməz süpürgən onu.
Daha vaxt dəyişib,
zaman ötüşüb,
Bərk yapış tapdığın o
iş-gücündən.
Çox
qızıl ölüsü zibilə düşüb,
Qızıl çıxa bilən zibil içindən.
Biri
narahatdi, gecəni yatmır,
Nəsə duyuq düşüb sancır dalağı.
Haçandır
zibili qutuya atmır,
Gəzir sinəsində zibil qalağı.
Qəfil
vəzifəyə qalxıb bu insan,
Ağzı var timsahın ağzından iri.
Otüb-keçənlərdən
onu soruşsan,
Cavab sadə
olar: Zibilin biri.
Qandal
vurun əlimə
Əlimi
görəmmirəm,
Əlim mənimki deyil.
Əlim
köhnədən qalıb,
Əlim bugünkü deyil.
Əlim
cibimə girmir,
Köhnə dəbimdən küsüb.
Əlimi
dindirməyin,
Əlim cibimdən küsüb.
Əlimdə
də günah yox,
Çox şey ağıla gəlmir.
Sığal
çəkmək istəyir,
Başlar sığala gəlmir.
Tikanlar
qoymur gülü,
Əlimlə dərə bilim.
Qandal
vurun əlimə,
Əlimi görə bilim.
Bu
dünyanı yaxşı görə bilmədim
Tale mənə
paltar etdi dözümü,
Bu dünyanı yaxşı görə bilmədim.
Əllərilə
xəlvət tutdu gözümü,
Bu dünyanı yaxşı görə bilmədim.
Ulu
adlı çox adətə uduzdum,
Min sifətli
siyasətə uduzdum,
Yalan
dedim, həqiqətə uduzdum,
Bu dünyanı yaxşı görə bilmədim.
Ev
tikirdim, min əzaba tuş oldum,
Mismar
oldum, taxta oldum, daş oldum,
Böyür-başa
baxa-baxa çaş oldum,
Bu dünyanı yaxşı görə bilmədim.
Bir
sözümü yüz ünvana çəkdilər,
Gah o yana, gah bu yana çəkdilər,
Çörək
ilə imtahana çəkdilər,
Bu dünyanı yaxşı görə bilmədim.
Sevgi
adlı bir yuxuya sıyıldım,
Şirin
idi, ləzzətindən bayıldım,
Ömür
keçdi, yuxudan gec ayıldım,
Bu dünyanı yaxşı görə bilmədim.
Gün
çıxanda çatammadım sirrinə,
Baş
vurmuşam çox dayaza, dərinə
Günbatandan
bəlkə babat görünə
Bu dünyanı yaxşı görə bilmədim.
Ətraf
Hərdən
genişlənir, hərdən kiçilir
Gah adi bir
cığır, gah hündür qala.
Görən ətrafımız nəynən
ölçülür?
Metrlə, litrlə, yoxsa ki kubla.
Ətrafda
nə varsa könül oxşayır
Bəs nədən danışıb, gülmək
çətindir.
Bizim ətrafımız
hardan başlanır,
Harada qurtarır-bilmək çətindir.
Bir təmiz
kəlmənin söz ətrafı var,
Bir anda dünyanı dolaşa bilər.
Elə ətrafın
da öz ətrafı var
Birləşə bilsələr, elə dönərlər.
İynələr,
tikanlar-gülün ətrafı
Soyumuş
ocaqlar-külün ətrafı,
Geniş
asimanlar-quşun ətrafı,
İlanlar, çiyanlar- daşın ətrafı.
Mənim
də ətrafım qayadı, daşdı
Bir quru yarpaq da ətrafdı bəzən.
İmkanım
var ikən qohum-qardaşdı,
İmkanım yox ikən – quruca vətən.
Arılar
necə də verib səs-səsə
Min cür çiçək açıb bu yaz çəməndə.
Mənim ətrafımdan
şirə çəkirsə,
Arının nə işi uzaq çəməndə.
Giley
eşitməsə ürək şad olar
Təpə
təpədirsə, dağ ola bilməz.
Şahbuzun
ətrafı Ordubad olar
Lerik ola bilməz, Qax ola bilməz.
Ömür
keçə bilməz xəyal içində
Dərd var ki, əbədi yük olar bizə.
Yaxın ətrafımız
yağ-bal içində,
Uzaq ətarfımız toz içindəsə.
Boylan ətrafına,
bax, gözaltı ol,
Gör necə sovuşub illər içindən.
Ətrafın gül versə, ehtiyatlı ol,
Güllə çıxa bilər güllər içindən.
Mənə bu sevgini çox görmə...
Dostların üstümdə nəfəsi varkən,
Bir quşun sınası qəfəsi varkən,
Sinəmin qabarmaq həvəsi varkən
Mənə bu sevgini çox görmə, Allah.
Üfüq yerindəsə, dan yerindəsə,
Ürək yerindəsə, can yerindəsə,
Damarlar dolaşan qan yerindəsə
Mənə bu sevgini çox görmə, Allah.
Erkən saçlarıma ələnsə qar
Hələ başımdadır köhnə sevdalar.
Səndən nə gizlədim, elə bu yaşda
Durub
qız dalınca baxmağım da var,
Mənə bu sevgini çox görmə, Allah.
O sevgi bir
ömrü heyif eyləməz
Söz desən könlümə dəyib eyləməz.
Qoy sevim,
aldanım, eyib eyləməz
Mənə bu sevgini çox görmə, Allah.
O sevgi
gözümdən sürüşüb qalar
Bir qız dodağına ilişib qalar.
Oxunub
atılan məktublar kimi
Bir gül budağına ilişib qalar.
Mənə bu sevgini çox görmə, Allah.
Tofiq HÜSEYN
Əməkdar
jurnalist
525-ci qəzet.-
2014.- 4 oktyabr.- S.29.