Nifrət nitqinə yox!..

 

QƏBƏLƏDƏ 47 ÖLKƏNİN NÜMAYƏNDƏLƏRİNİN İŞTİRAKI İLƏ “NİFRƏT NİTQİNƏ YOX HƏRƏKATI” BEYNƏLXALQ GƏNCLƏR FORUMU KEÇİRİLİB

 

Oktyabrın 2-də QəbələdəNifrət Nitqinə Yox Hərəkatı” (No Hate Speech Movement) Beynəlxalq Gənclər Forumu işə başladı. Azərbaycanın hökumət rəsmilərinin Avropa Şurası (AŞ) təmsilçilərinin iştirak etdiyi forumun açılış mərasimi rayondakı Heydər Əliyev Konqres Mərkəzində baş tutdu.

 

Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev açılış mərasimində çıxış edərək belə bir mötəbər tədbirin Qəbələdə keçirilməsini yüksək qiymətləndirdi: “Belə beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın dünyadakı imicinin daha da yüksəldiyini, eyni zamanda sabit ölkə olduğunu bir daha təsdiqləyir. S.Abdullayev rayonda turizm sektorunun inkişafı üçün həyata keçirilən layihələr haqda məlumat verərək bildirdi ki, Azərbaycan qədim tarixi ənənələrə malik olan öz maddi-mənəvi dəyərlərinə sahib çıxan ölkədir: “Bölgələrdə aparılan infrastruktur layihələr, restavrasiya yenidənqurma işləri bunu bir daha sübut edir”.

 

Gənclər idman nazirinin müavini İntiqam Babayev bildirdi ki, tədbir Azərbaycanın münaqişələrlə bağlı sülhsevər mövqeyini nümayiş etdirir: “Təəssüf ki, hələ dünyada nifrət amilləri var bu hallar azalmaq bilmir. Hamımız bilirik ki, dünyanın bir çox nöqtələrində milli, dini, irqi zəmində münaqişələr mövcuddur. Heç kimə sirr deyil ki, iki insan ya iki dövlət arasında münasibətlər danışıqlar yolu ilə qurulur. Yaşanan problemlər qərəzli ünsiyyətdən yaranır. Bu baxımdan dözümlülük təbliğ olunmalı bu sahədə maarifləndirici tədbirlər davam etdirilməlidir. Hər kəs öz ölkəsində nifrət nitqinin aradan qaldırılması üçün təbliğat aparmalıdır”. Azərbaycan dövlətinin bu istiqamətdəki siyasətinə toxunan nazir müavini ölkə başçısının təşəbbüsü ilə bu mövzuda əhəmiyyətli tədbirlərin həyata keçirildiyini vurğuladı.

 

Avropa Şurasının Gənclər Departamentinin sektor müdiri, “Nifrət Nitqinə Yoxkampaniyasının rəhbəri Rui Qomeş dedi ki, Avropa Şurası bu proqramla gənclərin bərabər hüquqlarının təmin olunmasına töhfə verir: “Bu kampaniya insan hüquqlarının bərqərar olunmasında böyük rol oynayacaq. Çünki bu hüquqlar dünyanın heç bir ölkəsində tam bərqərar olmayıb. Bu baxımdan prosesin gücləndirilməsi yönümündə addımların atıldığının şahidi oluruq. Xüsusən bu sahədə gənclərin əməyindən istifadə olunmalıdır”.

 

Azərbaycanda qanunun aliliyinin tam təmin olunduğunu deyən R. Qomeş insan hüquqlarının qorunması sahəsində görülən tədbirlərin əhəmiyyətini bildirdi. O qeyd etdi ki, buradakı çağırışı Avropa Şurasının Nazirlər Komitəsinin səsi kimi dünya ölkələrinə çatdıracaqlar: “Nifrət nitqi insanların hüquqlarını pozur. Müxtəlif fobiyaların əmələ gəlməsinə zəmin yaradır. Ümumiyyətlə, biz fundamental insan hüquqlarının erroziyaya uğramasının qarşısını almalıyıq. Əlbəttə ki, söz ifadə azadlığı demokratik cəmiyyətin əsas prinsiplərindən biridir. Biz öz hüququmuzdan istifadə edərkən qarşımızda dayanan insanın da haqlarını tapdalamamalıyıq. Avropa Şurası hər zaman açıq müzakirələrə hazırdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi məhz insanlara fərq qoymadan onların hüquq azadlıqlarının təmin olunması üçün yaradılmışdır”.

 

Nifrət Nitqinə Yox Hərəkatı”nın səbr hörmətlə bir-birinə yanaşan insanların kampaniyası olduğunu deyən R.Qomeş bu hərəkatı, xüsusən təhsil sahəsində gənclərin davamlı inkişafına yol açan əsas amillərdən biri kimi qiymətləndirdi: “Demokratiya yolunda qarşımıza çıxan əngəlləri aradan qaldırmalıyıq. Əks təqdirdə biz tam demokratikləşməyə nail ola bilməyəcəyik. Bu kampaniya gənclər tərəfindən keçirilsə , əldə olunan uğur nəticələrindən bütöv cəmiyyət faydalanmalıdır. Düşünürəm ki, yalnız insan hüquqları sahəsində təhsilli kadrlar yetişdirməklə hüquq azadlığının tam təmin olunmasına nail ola bilərik”.

 

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə sektorunun müdiri Vüsal Quliyev bildirdi ki, hazırda Azərbaycanda 300-ə yaxın gənclər təşkilatı fəaliyyət göstərir. Bu qurumlar ölkə həyatının bu ya digər istiqamətlərində layihələr həyata keçirərək, gənclərin ictimai tədbirlərdə fəal iştirakını təmin edirlər. O, Azərbaycanda gənclər siyasətinin formalaşdırılması və inkişafı, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi işinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğuladı.

 

Avropa Şurasının gənclərlə iş üzrə Şurasının sədri xanım Aleksandra Knezeviç “Nifrət Nitqinə Yox Hərəkatı”nın uğur qazanmasına çaılşdıqlarını, hökumət qurumları ilə QHT-lərin bu istiqamətdə birgə fəaliyyət göstərmələrinin xüsusi əhəmiyyət daşıdığını söylədi. O, kampaniyanın insan hüquqlarına xidmət etdiyini, buna görə də Avropa Şurası tərəfindən dəstəkləndiyini vurğuladı. A.Knezeviç kampaniyanın 2015-ci ildə başa çatacağını xatırladaraq bu hərəkatın sonra da davam edəcəyinə, Azərbaycanın bu sahədə Avropaya dəstək olacağına ümid etdiyini bildirdi.

 

Avropa Şurasının Bakı ofisinin rəhbəri, səfir Draqana Filipoviç Azərbaycanda müxtəlif layihələrin həyata keçiriməsində Avropa Şurasının daim dəstək olduğunu qeyd etdi: “Avropa Şurası Nazirlər Komitəsində Azərbaycanın sədrliyi digər ölkələrin sədrliyindən kəmiyyət və keyfiyyət baxımından xeyli fərqlənir. Bu kampaniyanın əhəmiyyəti gənclərin iştirakı ilə həyata keçirildiyindən daha əhəmiyyətlidir”. Azərbaycanın qısa müddət ərzində böyük uğurlar qazandığını bildirən səfir, bu baxımdan yaxın tarixdə Azərbaycanın həm müstəqilliyinin, həm də əsrin ən böyük neft kontraktının 20 illiyini qeyd etdiyini vurğuladı. Xanım Draqana Filipoviç hesab edir ki, real həyatla, yanaşı virtual aləmdə – müxtəlif portallarda, sosial şəbəkələrdə insanlar qurduqları ifadələrdə nifrət hissini biruzə verməməli, qarşısındakına səbr və hörmətlə münasibət bəsləməlidir.

 

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə Forumun mahiyyəti haqda danışaraq bildirdi ki, tədbirin məqsədi “Nifrət Nitqinə Yox Hərəkatı” çərçivəsində milli və Avropa səviyyəsində fəal gəncləri, eləcə də digər iştirakçıları bir yerə toplayıb, təcrübələrini, nailiyyətlərini və gözləntilərini bölüşmək, hərəkatın davamlılığına və məsləhətləşmələrinə töhfə verməkdir: “Azərbaycan artıq dünya gənclərinə dəstək verən ölkə kimi tanınır. Bu gün ölkənin gəncləri təkcə daxili mühitdə deyil, eyni zamanda Avropada öz fəallığı ilə seçilirlər. Bu, Azərbaycan hökumətinin uğurlu siyasətinin nəticəsidir”. O, əlavə etdi ki, forumda nifrət nitqi və ayrıseçkilik kimi məsələlər üzrə yerli və xarici iştirakçılarla birlikdə qrup işləri, müzakirələr aparılacaq, eləcə də iştirakçıların fikir və təklifləri dinləniləcək: “Yalnız gənclər deyil, eləcə də bütün insanlar bu kampaniyanın bir üzvü kimi fəal çalışmalıdır. Nifrət nitqinə insanlar özləri etiraz etməlidir. Bu anlayış bizdə formalaşmalıdır. Biz təşkilatçı olaraq hər bir iştirakçının təkliflərini və iradlarını dinləməyə və dəyərləndirməyə hazırıq”.

 

Qeyd edək ki, Qəbələdə keçirilən “Nifrət Nitqinə Yox Hərəkatı” Beynəlxalq Gənclər forumuna Ermənistan nümayəndələri də dəvət olunmuşdu. Bu barədə məlumat verən Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirdi ki, Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi öz üzərinə götürəndə bir sıra öhdəliklər də qəbul edib: “Azərbaycan sədrliyi dövründə bəyan edib ki, milli, dini və irqi zəmində heç bir ölkə arasında ayrı-seçkilik aparmayacaq. Bu forum Avropa Şurasının bayrağı altında keçirildiyinə görə, burada heç bir ölkənin iştirakına məhdudiyyət qoya bilmərik. Tədbirə dəvət olunan 47 ölkə iştirakçıları içərisində Ermənistan nümayəndəsi də var”.

 

Daha sonra bu məsələylə bağlı açıqlama verən Rui Qomeş bildirdi ki, Ermənistan nümayəndələrinin foruma dəvət  edilməsi Azərbaycanın humanistliyini, sülh və barışığa əsaslanan siyasət yürütdüyünü sübut edir: “Bu forumun keçirilməsinin əsas məqsədlərindən biri də məhz müharibə şəraitində yaşayan gəncləri aktiv iştiraka dəvət etməkdir. Bunu müsbət addım kimi qiymətləndiririk. Çünki gənclər sülhün bərqərar olmasında vacib rola malikdir”.

 

Sonra Forum panellər üzrə müxtəlif mövzular istiqamətində davam etdirildi.

 

Qeyd edək ki, tədbir Azərbaycanın Avropa Şurasına sədrliyi çərçivəsində Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, Gənclər Təşkilatları Milli Şurası, Avropa Şurası, AŞ-nın Demokratik Vətəndaşlıq və İştirak Direktoratının Gənclər Departamenti tərəfindən həyata keçirilir. Foruma Avropanın 47 ölkəsindən 250 nəfərə yaxın nümayəndə qatılıb. Forumda nifrət nitqi və ayrıseçkilik kimi məsələlər üzrə yerli və xarici iştirakçılarla birlikdə qrup işləri və müzakirələr aparılacaq. Müzakirələr zamanı iştirakçıların fikirləri və təklifləri dinləniləcək.

 

“Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyası Avropa Şurası tərəfindən həyata keçirilir və onun üzvü olan ölkələrdə təşkil olunan kampaniyalara əsaslanır. Kampaniya 2012-2014-cü illər üzrə həyata keçirilən “Gənclərin nifrət nitqinə qarşı onlayn mübarizəsi” layihəsinin bir hissəsidir. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası “Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyasının Azərbaycan üzrə əlaqələndiricisidir. Gənclər Təşkilatları Milli Şurası 2013-cü ilin aprel ayından etibarən Avropa Şurasının “Nifrət Nitqinə Yox Hərəkatı”na qoşulub və bu çərçivədə bir sıra fəaliyyətlər həyata keçirib. Bunlar sırasına Beynəlxalq Gənclər Gününə həsr edilən Gənclər Həftəsi, “Nifrət Nitqinə Yox Hərəkatı” fotosərgisi və bir sıra müxtəlif tədbirlər aiddir. Bundan başqa Kampaniyanın andı Azərbaycan tərəfindən hazırlanıb və Avropa Şurasına təqdim edilib.

 

Forum öz işini oktyabrın 5-də yekunlaşdırıb.

 

Ceyhun ABASOV

525-ci qəzet.- 2014.- 4 oktyabr.- S.11.