45 yaşlı Jurnalistika
fakültəsi
Şərqin ilk dünyəvi təhsil ocaqlarından olan Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır. 1919-cu ilin
sentyabrında parlament
universitetin təsis olunması haqqında sənəd qəbul etdi. Universitetin ilk rektoru Vasili İvanoviç Razumovski parlamentdə çıxış
edərək bu tarixi hadisəyə yüksək qiymət verdi: "Siz
böyük və tarixi iş gördünüz... Mən çox
şadam ki, darülfünunun təsisinə
bütün partiyaların
vicdanlı münasibət
bəslədiyinin şahidi
oldum. Azərbaycanda,
hətta müsəlman
dünyasında bu böyük hadisə-darülfünunun
təsisi mərasimi təntənəsini qeyd etməyə, nəinki parlamentin, buraya toplaşan kütlələrin
şəxsində ictimai
fikri gördüyümə
də hədsiz xoşbəxtəm..."
Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin möhtəşəm
məbədi olan Bakı Dövlət Universiteti 95 ildir ki, respublikanın bütün sahələrinə
yüksək ixtisaslı
kadrlar hazırlayır. Universitetin
rektoru akademik Abel Məhərrəmov BDU-nun 90 illik
yubileyindəki çıxışında
bu barədə demişdi: "XX əsrin
əvvəllərindən başlayaraq,
Azərbaycan xalqının
maariflənməsində, ziyalı
təbəqəsinin formalaşmasında,
elmi ənənələrin
zənginləşdirilməsində Bakı Dövlət Universitetinin əvəzsiz
rolu danılmazdır".
Bu gün respublika
alimlərinin əksəriyyətinin
cəmləşdiyi Bakı
Dövlət Universitetinin
sükanı etibarlı
əldədir. Rektor akademik Abel Məhərrəmov
Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində
universitet əməkdaşlarının
apardığı işlərə
böyük önəm
verir. Və ona nail olmağa çalışır ki,
rəhbərlik etdiyi
elm ocağı dünyanın
aparıcı universitetləri
sırasında öz
layiqli yerini tutsun.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti bu gün də
respublikamızda elmin inkişafına öz töhfəsini verir, təhsil islahatlarının
həyata keçirilməsində
başlıca rol oynayır.
Mən 1969-cu ildən
indiyədək yüksək
səviyyədə keçirilən
yubileylərin iştirakçısıyam. Söz yox ki, universitetin
95 illiyi də adına layiq
səviyyədə keçiriləcək...
lll
Azərbaycan Dövlət Universitetində
Jurnalistika fakültəsi
yaranmamışdan hələ
çox əvvəl,
dəqiq desək,
1928-ci ildə jurnalizm
kafedrası mövcud olmuşdu. O vaxtlar Sovet İttifaqında jurnalistika təhsili iki məktəbdə həyata keçirilirdi: Moskva Jurnalist İnstitutu və Leninqrad Mətbuat Texnikumunda.
1945-ci ildə Azərbaycan
Dövlət Universitetinin
filologiya fakültəsinin
nəzdində jurnalistika
şöbəsi açıldı. Yeni yaranan
partiya-sovet mətbuatının
nəzəriyyəsi və
təcrübəsi kafedrasının
ilk müdiri, tarix elmləri namizədi, dosent Həsən Şahgəldiyev oldr.
"Yeni yol",
"Nuxa fəhləsi"
qəzetlərinin redaktoru
olmuş təcrübəli
qəzet işçisi
H.Şahgəldiyev 1952-ci ilə
kimi bu vəzifədə
çalışıb.
H.Şahgəldiyevlə bağlı 1958-ci ildə
olmuş bir hadisəni yada salmaq yerinə düşər. Həmin ildə H.Şahgəldiyevin
rəhbərliyi altında
rus dilində kitabı nəşr olundu. Kitabın nəşri Moskvanı
razı salmadı, onu millətçilikdə
suçladı. Kitabın müzakirəsində
Moskvadan gələn nümayəndə öz narazılığını gizlətmədi.
Yığıncaqda iştirak
edən Şıxəli
Qurbanov Şirməmməd
Hüseynovdan (o vaxt onun 34 yaşı
vardı) xahiş etdi ki, çıxış
edib fikrini bildirsin. Ş.Hüseynov da çıxış
edərək, Moskvadan
gələn nümayəndənin
narazılığının səbəbini qorxmadan, çəkinmədən yığıncaq
iştirakçılarına çatdırdı. Sən
demə, kitabda Nəriman Nərimanovun adı 220, Şaumyanın
adı isə on dəfə az
çəkilmişdi. Moskvanı da
narahat edən bu imiş.
Jurnalistika şöbəsində Nəsir
İmanquliyev, Nüsrət
Bağırov, Qılman
Musayev (İlkin), Cümşüd Əzimov,
İsrafil Nəzərov
kimi jurnalistlər dərs deyirdi. Fəxrlə
deyə bilərik ki, elm aləmində tanınan: Məmməd Arif, Mir Cəlal, Əli Sultanlı, Feyzulla Qasımzadə, Məmməd Hüseyn Təhmasib, Məmməd Qazıyev və bir çox digər görkəmli şəxslər gələcək
jurnalistlərin müəllimləri
olmuşlar.
1950-ci ildə jurnalistika
şöbəsinin ilk buraxılışı
olmuşdur. Azərbaycan jurnalistlərinin ağsaqqalı, mətbuat
tariximizin yorulmaz tədqiqatçısı, bizim
hamımızın müəllimi,
Prezident təqaüdçüsü,
N.Zərdabi və Y.Məmmədəliyev mükafatları
laureatı, "ömrü
boyu vətəninə,
millətinə, doğma
ana dilinə səcdə qılan, onların taleyini öz şəxsi taleyi bilən və bu əqidəsi
yolunda qələmi ilə çarpışan
əsl vətəndaş
jurnalist" (Bəxtiyar
Vahabzadə) Şirməmməd
Hüseynov şöbənin
ilk məzunlarındandır.
Böyük Vətən Müharibəsindən
sonrakı illərdə
jurnalist təhsilinə
dövlət tərəfindən
diqqət artırıldı. 50-ci illərin sonunda əyani şöbə ilə yanaşı, qiyabi şöbənin Azərbaycan və rus bölmələri açıldı. Rus bölməsi
uzun illər fəaliyyət göstərmiş,
90-cı illərin əvvəllərində
məlum hadisələrlə
bağlı fəaliyyətini
dayandırmışdır. Sonralar rus bölməsi fəaliyyətini bərpa
etdi.
1969-cu il jurnalist
təhsili tarixində
əlamətdar ildir. Belə ki, həmin ildə şöbə müstəqil fakültəyə
çevrildi. Həmin
ildən nə az, nə
çox düz 45 il keçir. Onun ilk dekanı, yazıçı-publisist, professor
Nurəddin Babayev olmuşdur. Bilik və təcrübəsini
tələbələrə həvəslə öyrədən
N.Babayev Azərbaycanda
bədii oçerkin inkişafına həsr olunmuş "Mübariz janr", "Oçerk sənətkarlığı", "Elə yaz ki..."
kimi kitabların müəllifidir. Jurnalist etikasından
mühazirələr oxuyan
N.Babayev tələbələrə
aşılayırdı ki,
jurnalist etikası bütün etikaların ən mütərəqqi,
ən insanpərvər,
ən zərif etikadır. Gərək elə yazasan
ki, qüsurlar, əyintilər sənin yazında hamarlanıb düzəlməsin, həyat
həqiqətləri təhrif
edilib saxtalaşdırılmasın.
1971-ci ilə kimi
fakültədə bir
kafedra - Partiya-sovet mətbuatının nəzəriyyəsi
və təcrübəsi
(sonralar Jurnalistikanın
nəzəriyyəsi və
təcrübəsi adlanıb)
kafedrası fəaliyyət
göstərirdi. 1973-cü ilədək ona professor Nurəddin Babayev, həmin ildən
2003-cü ilədək Azərbaycanda
jurnalistika elminin inkişafında böyük
xidmətləri olmuş,
jurnalistikaya dair kitabların müəllifi,
şair, publisist prof. Famil Mehdi
başçılıq etmişdir.
Keçən əsrin 70-80-ci illərdində fakültə əməkdaşları jurnalistikanın əsas janrlarının tədqiqinə, onun nəzəri əsaslarının yaranması və inkişafı, televiziya və radio jurnalistikasının əsasları, tərcümə problemlərinə, mətbuat tariximizin öyrənilməmiş sahələrinə həsr olunmuş 21 kitab yazmış və elmi məcmuələrdə 300-ə yaxın məqalə dərc etdirmişlər.
Respublikamız müstəqillik əldə etdikdən sonra fakültədə jurnalist kadrların hazırlanmasına xüsusi diqqət yetirilir. Əslində, Azərbaycanda yeni jurnalistikaya keçid müstəqillikdən sonra daha geniş vüsət aldı. Müstəqilliyin ilk aylarında özəl sektorun yaranması da özünü mətbuatda göstərmişdir. İlk özəl qəzetlər, ilk kommersiya televiziya kanalları meydana gəlmişdir. Cəmiyyətdəki dəyişikliklər, hər təzə tədbir əvvəl mətbuatda öz əksini tapır. Bir sözlə, müstəqillik kütləvi informasiya vasitələrini inkişaf yoluna çıxardı. Belə bir şəraitdə müasir dövrün tələblərinə cavab verən jurnalist kadrları hazırlamaq müəllimlərin daha məsuliyyəti olmasını ön plana çəkir.
Jurnalist peşəsi çətin, həm də məsuliyyətli peşədir. Bu gün jurnalistlərin səsi dünyanın hər yerindən gəlir. Onlar həyatın qaynar nöqtələrində olarkən onun ağırlıqlarını öz çiyinlərində daşımalı olurlar.
Fakültənin əyani və qiyabi şöbələrində təhsil Azərbaycan və rus dillərində aparılırdı. Bu ildən əyani şöbədə ingilis dilində də tədrisə başlanmışdır. Fakültədə 400-ə yaxın tələbə təhsil alır. Onların arasında qardaş Türkiyə vətəndaşları da var.
2006-2007-ci tədris ilindən təhsil Boloniya bəyannaməsinin müddəaları
əsasında həyata keçirilir. Təhsil iki pilləlidir: Bakalavr və magistratura. Bakalavr pilləsini bitirənlərə
"Jurnalist" ixtisası
diplomu verilir. Magistrantlar 5 ixtisas üzrə hazırlanır:
Publisist-jurnalist; jurnalistikanın
nəzəriyyəsi; radio-televiziya
jurnalistikası; mətbuat
tarixi və beynəlxalq jurnalistika.
Tədris
televiziya və radio studiyası, "Jurnalist"
elmi araşdırma və qəzet laboratoriyaları, kompüter
mərkəzi, Amerika səfirliyi, multimedia mərkəzi,
həmçinin universitet
rektorunun maliyyə dəstəyi ilə yaradılmış internet TV studiyası
jurnalist tələbənin
ixtiyarına verilmişdir.
"525-ci qəzet" və "Şərq"
qəzeti fakültə
tələbələrinin təcrübə
bazasıdır. Hər iki qəzet ayda bir dəfə
qoşa səhifələrini
tələbələrin hazırladığı
"Jurnalist" qəzetinin
ixtiyarına verir.
Bu gün Bakı
Dövlət Universitetinin
jurnalistika fakültəsində
4 kafedra fəaliyyət
göstərir. Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi
(müdir, professor C.Məmmədli),
mətbuat tarixi (müdir, professor Ş.Vəliyev),
televiziya və radio jurnalistikası (müdir, dosent A.Kərimova), beynəlxalq jurnalistika (müdir, professor H.Vəliyev).
Qarabağ müharibəsinin vurduğu
yaralar fakültəmizdən
də yan keçmədi. Müharibə bölgəsində şəhid
olmuş iki məzunumuz - Alı Mustafayev və Kazımağa Kərimov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşlər.
Kafedraların əməkdaşları bir
sıra xarici ölkələrin jurnalistika
fakültə və şöbələri ilə
əlaqə saxlayır. Məsələn, Fransanın Lil jurnalistika məktəbi ilə yanaşı, Moskva, Kiyev, Lvov, Daşkənd,
Astana, Tiflis universitetləri ilə əlaqələr qurulmuşdur.
Kütləvi informasiya vasitələri
üçün kadrların
hazırlanmasında xidmətləri
olmuş müəllimlər
- Nurəddin Babayev, Nəsir İmanquliyev, Famil Mehdi, Qulu
Xəlilov, Tofiq Rüstəmov, Ceyran Əbdürrəhimova, Nəriman
Zeynalov, Əliş Nəbili və digərləri universitetin
95, jurnalistika fakültəsinin
45 illiyində bir daha böyük ehtiramla yad edilir.
Fakültənin professor-müəllim heyəti həmişə şərəfli
tarixə malik milli mətbuatımızın
ənənələrinə sadiqliyi ilə seçilmiş və indi də bu
ənənələri gələcək
jurnalistlərə aşılayır.
Akif RÜSTƏMOV
BDU-nun dosenti
525-ci qəzet.-
2014.- 14 oktyabr.- S.2.