Azərbaycan Vyanadakı festivalda "Yarasa" ilə təmsil olunub

 

 

Vyanada "LET'S CEE" Beynəlxalq film festivalı keçirilib. Festivalda Mərkəzi Şərqi Avropa ölkələrindən ən yaxşı bədii, sənədli, qısametrajlı digər formatlı filmlər nümayiş etdirilib. Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə ölkəmiz festivalda təmsil olunub. Mərkəzdən qəzetimizə verilən məlumata görə, festival çərçivəsində keçirilən "Retrospektiv-25" xüsusi layihə proqramında isə son 25 ildə Mərkəzi Şərqi Avropanın 25 ölkəsində çəkilmiş dünyanın 40 tanınmış kino tənqidçisi tərəfindən seçilmiş ən yaxşı filmlər iştirak edir.

Festivalın tənqidçilərinin seçimi əsasında 1989-cu ildən bu günədək Azərbaycanda çəkilmiş filmlər arasından rejissor Ayaz Salayevin "Yarasa" bədii filmi seçilərək nümayiş etdirilib. Vyananın mərkəzində yerləşən "Urania" kinoteatrında nümayiş olunan film tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Sonra rejissor Ayaz Salayev filmin ərsəyə gəlməsi, ideyası, süjet xətti məzmunu ilə bağlı sualları cavablandırıb. Qeyd edək ki, "Yarasa" filmi 1995-ci ildə istehsal olunub. Filmin ssenari müəllifləri Kamal Aslanov Ayaz Salayev, rəssamı Şamil Nəcəfzadə, bəstəkarı Nazim Mirişlidir. Rollarda Mariya Lipkina, Rasim Balayev, Tolib Xamidov başqaları çəkiliblər. Festival çərçivəsində, həmçinin rejissor Mikayıl Mikayılovun 1930-cu ildə ekranlaşdırdığı "Lətif" bədii filmi bəstəkar cazmen Salman Qəmbərovun rəhbərlik etdiyi caz triosunun müşayiəti ilə təqdim edilib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 15 oktyabr.- S.7.