“Kitab bizim
həyatımızda” nəşrinin
təqdimatı olub
Azərbaycan Xalça Muzeyində Namiq Səfixanovun şüşə sənətinə aid “Kitab bizim həyatımızda” əsərinin təqdimatı keçirilib. SİA-nın verdiyi məlumata görə, mərasimdə çıxış edən muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva rəhbərlik etdiyi mədəniyyət müəssisəsinin fəaliyyətindən söhbət açıb. Bildirib ki, mədəniyyətimizin inkişafına, onun çiçəklənməsinə öz töhfələrini verən Azərbaycan Xalça Muzeyi yarandığı gündən maddi irsimizin, adət-ənənələrimizin qorunub saxlanmasında, gələcək nəsillərə ötürülməsində mühüm addımlar atıb, onun dünya miqyasında tanınmasında əsas rol oynayıb.
Qeyd edilib ki, muzeyin missiyası dünya mədəniyyətinin özülü və zəngin parçası olan Azərbaycan xalçasını, xalq tətbiqi sənətini dünyanın özü üçün qorumaq, bərpa, təbliğ və nümayiş etdirməkdir. Həmçinin xalçalarımızla gənclərimizi özünüdərkə, soy kökümüzə, özünəqayıdış tərbiyəsinə yönəltmək və bütün dünyaya sirayət etmək, ənənəvi incəsənət məbədi sayılan muzeyi geniş kütlələr üçün maarif mərkəzinə çevirməkdir. Bununla yanaşı, muzey qapılarını bütün sənətkarların da üzünə açır, onlara dəstək olur, ərsəyə gətirdikləri nümunələri xalqımıza təqdim edir.
Bu baxımdan “Kitab bizim həyatımızda” əsərinin təqdimatının məqsədi xalqımızın və respublikamızın qonaqlarını şüşə sənətinin növü ilə tanış etməkdir.
Bildirilib ki,
əsərin kompozisiyası maraqlıdır. Səmadan Yer üzərinə kitab enir. Həqiqətən də kitab hamımızın
həyatında önəmli
yer tutur. Əsəri daha da maraqlı
edən cəhət isə onun şüşədən
hazırlanmasıdır. Şüşənin eramızdan
2000 il əvvəl
meydana gəlməsinə
baxmayaraq, bir neçə əsr bundan əvvələdək
ondan çox cüzi şəkildə istifadə edilib.
Diqqətə çatdırılıb ki,
bədii şüşə
- dekorativ əşyaların,
virtuajların interyerdə
öz əksini tapmasıdır. Təsviri sənətin qədim
nümunələri arasında
Mingəçevirdən, Şamaxıdan
tapılmış müxtəlif
tipli və formalı bədii şüşə məmulatı
nümunələri – dekorativ
qablar, piyalələr,
qadın bəzəkləri
Azərbaycanda şüşə
sənətinin ta qədimdən mövcud olduğunu göstərir.
Maraqlı kompozisiyaya malik
Şəki Xan Sarayının tikilməsində
də şüşə
sənətkarlığından istifadə olunub.
Qeyd edək
ki, Namiq Səfixanovun bu əsəri itirilmiş ənənələri yaşatmaq,
bərpa etmək və cəmiyyətdə
tanıtmaq istiqamətində
atdığı addımdır.
S.Abdullayeva
525-ci qəzet.-
2014.- 16 oktyabr.- S.7.