Hərfi dodaqdəyməz təcnis
"d"
Dərdinin dərdini dildardan
dilə,
Dağ-dağ dağlansan da dağı daldala.
Dirəşəndə dağ dərdinlə dil-dilə,
Dərdin döyənəyi döyər
dal-dala.
Dağ döşündə dərdə
dava dağdağan,
Dava düşsə dərdə
dönər dağda qan,
Davasız dərdinə dava
dağda - qan,
Dərər dağ dalından dava dal-dala.
Dəryalarda dalğıc dalar
dərinə,
Dərdinə darılsan dərdin
dəri nə?!..
Dərd
dirənsə, Nadiroğlu,
dərinə,
Dərdlərini daraqlayar dal-dala.
Güllü qafiyə
Dedim: gözlərində ocaq alışır,
Dedi: bənd olanın canı alışar.
Dedim: yanağınla günəş
yarışır,
Dedi: çox baxanın ağlı qarışar.
Dedim: zalım, gözəl sevmək xatamı?!..
Dedi: yadlar alsın mənim qadamı.
Dedim: dodaqların püstə-badamı,
Dedi: nübarlıqdır, dişin
qamaşar.
Dedim: qoy əllərim dəysin əlinə,
Dedi: sən ağıl ver, Allah, dəlinə.
Dedim: Şakir, qadağa ver dilinə,
Dedi: yox!...yox!... Küsən yarın
barışar.
Güldü
(Dodaqbüzən-dodaqdəyməz təcnis)
Gül güldü güllükdə
gülü görüncə,
Güllükdə güllərin gözləri
güldü.
Gözləri gülləndi gülü
gəlincə,
Gördü gözəllərin gözəli
güldü.
Gözəl gözlər gözəllikdi
güləndə,
Görən görür: gül
gözəldi güləndə...
Gözəllikdə gül gəzən də, gülən də,
Gördülər güllükdə gözəl
də güldü.
Gözəllərin gözlərində
gül gülə,
Gözəl gündə, Şakir, gülər gül-gülə.
Göz güləndə gözəl
gülə, gül gülə,
Gözəl gülən gözlər
gözələ güldü...
Dəyə
(Cığalı təcnis)
Bülbül bağda cəhcəh
vurar intizar,
Meh vura, budaqda gül-gülə dəyə.
Gülə
dəyə,
Yarpaqlar gülə dəyə.
Boylanıram
bayaqdan,
Bəlkə yar gülə
dəyə?!...
Ürək həsrət çəkər,
qalar intizar,
Könül istər gedib yargilə dəyə.
Yar elə yandırdı, can alışmadı,
Yarın
eşq yolunda can alışmadı.
Alışmadı,
Od-ocaq alışmadı.
Yara qurban demişəm,
Bu canım alışmadı.
Yarın
həsrətinə can alışmadı,
Elə
hey gözlədi:- yar gələ dəyə...
Şakir,
əllə, ya külünglə daşı
yar,
Vüsal gəzən həsrət yükü daşıyar.
Daşı
yar,
Al külüngü daşı
yar.
İnanma əğyar sözünə,
Sirrimin sirdaşı yar.
Sirrimin ortağı, can sirdaşı
yar,
Elə et hər görüş
bir ilə dəyə...
Dilimdi, dilim
Sən gedən yollarda uzana qalıb,
Çiynimnən asılan əlimdi, əlim.
Sən
de: bu atəşdən
bizə nə qalıb?
Ocaqda səngiyən
külümdü, külüm.
Eşqin
dərd başında
cilova dönüb,
Həsrətin saçımda qırova
dönüb,
Dilim-dilim
yanan alova dönüb,
Ağzımda titrəyən dilimdi, dilim.
Şakir,
hikkəsini gözündən
alan,
Yar yolu gözləyib gözləri dolan,
Gizlicə alışan, gizlicə
yanan,
Sənsiz gözlədiyim ölümdü,
ölüm.
Dərdinə
Qəm yerində şum eyləyib, dərd əkən,
Yetirdi nə, becərdi nə, dərdi nə?!...
Naxırı itirib dana gəzənin,
Atdığı nə, tutduğu nə, dərdi nə?!....
Qarabağın vuran qəlbi Qaladı,
Həsrəti od oldu ocaq qaladı...
Kərkük də, Dərbənd də bizim qaladı,
Könül ağlar Borçalının dərdinə.
Qalıb Ələsgərin yurd yeri qərib,
Sazımda inləyən "Yurd yeri", qərib,
Urmiya
can üstə, yurd yeri qərib,
Kim dərman eyləyər, Şakir, dərdinə?...
Bir hərf üstə dodaqdəyməz
"a"
Ağıllıya ağılları arxadır,
Ağılsıza arxaları arxadır.
Ağıllılar arxalıya ad alar,
Arxalılar ağıllını aldadar.
Arxalıya arxaları Ağrıdır,
Ağıllını arxasızlıq ağrıdır.
Arxalının arxasında arxası,
Ağıllının arxasında ağlıdır.
Ağıllılar arxalını arxalar,
Ağılları arxalıya arx olar.
Arxasızlıq ağıllını ağladar,
Arxalıysa, Nadiroğlu, ad alar.
Şakir Nadiroğlu
525-ci qəzet.-
2014.- 17 oktyabr.- S.7.