Tarixdə türk adları

 

 

Qədim uyğur türklərinin Mərkəzi Asiyanın ən mədəni xalqlarından biri olduğu hamıya məlumdur. Bu baxımdan uyğur türklərinin özünəməxsus zəngin onomastikaya malik olduğunu, onomastik vahidlərin mürəkkəb, amma kifayət qədər dəqiq mütəşəkkil bir sistem təşkil ediyini xüsusi olaraq vurğulamaq yerinə düşür. Qeyd edək ki, uyğur türklərinin onomastikası dedikdə VIII yüzilliyə qədər Çin mənbələrinə qədərki lüğətlərdə digər yazılı mənbələrdə öz əksini tapmış bütün xüsusi adların toplusu başa düşülür. Bu məsələ türkologiyada ciddi əhəmiyyət kəsb etdiyi aktual olduğundan həmin dövrün onomastikasının formalaşması işlənməsi xüsusiyyətlərinin tədqiqinə bir sistem kimi yanaşılması da vacib məsələdir.

Bugünlərdə işıq üzü görən AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru, professor Əbülfəz Quliyevin "Qədim uyğur türklərinin onomastikası" adlı monoqrafiyası mühüm mənbə olmaqla yanaşı, həm dilçilik elminə, türkologiyaya layiqli bir töhfədir. AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə çap olunan bu monoqrafiyanın elmi redaktoru AMEA-nın müxbir üzvü Nizami Cəfərov, rəyçiləri AMEA-nın həqiqi üzvü Tofiq Hacıyev filologiya üzrə elmlər doktoru, professor Əbülfəz Rəcəbovdur. Professor Əbülfəz Quliyevin gərgin zəhməti çoxillik yorulmaz tədqiqatları sayəsində ərsəyə gəlmiş bu monoqrafiyada ilk dəfə qədim uyğur türklərinin onomastikası leksik-semantik baxımdan sistem halında tədqiq edilmişdir.

Monoqrafiyanın girişində müəllif qeyd edir ki, qədim uyğur türkləri göy türklərin davamçıları olduğu kimi özlərinə məxsus mənəvi-mədəni irslərini, ənənələrini, o cümlədən yazı ənənələrini  qoruyub saxlamışlar. Buna görə əsərdə qədim uyğur onamastikası üç bölmə üzrə - "Ötükən uyğurlarının (745-840) onomastikası", "Turfan uyğurlarının onomastikası (840-1206)"  "Kutadqu bilig"in onomastikası"  bölmələri üzrə araşdırılmışdır. Kitabda eyni zamanda qədim uyğur onomastik vahidlərində özünü göstərən göy türk onomastikası ilə oxşar fərqli xüsusiyyətlər təhlil edilmişdir.

Müasir türkologiya üçün dəyərli mənbə olan bu monoqrafiya giriş, səkkiz bölmə, nəticə, ədəbiyyat siyahısı əlavələrdən ibarətdir. Müəllif zəngin dil faktları ilə yanaşı son illərin nəşri olan 200-ə yaxın elmi ədəbiyyatdan da istifadə etmişdir. Əsərdə qədim uyğur türklərinin onomastikası təsviri şəkildə ümumtürk dillərinin onomastikası ilə müqayisəli planda tədqiq edilmişdir. Əsərdə professor Ə.Quliyev indiyə qədərki uyğur türklərinin onomastikasının tədqiq olunma səviyyəsinə öz mövqeyi münasibətini bildirmişdir.

Professor Əbülfəz Quliyevin "Uyğur türklərinin onomastikası" adlı  monoqrafiyasının əhəmiyyət kəsb edən tərəflərindən biri V-XI əsrlərdə yazılmış qədim türk abidələrinin onomastikasını sistemli şəkildə araşdırmanın nəticəsi olaraq əsərin sonunda 19 ümumiləşdirilmiş nəticə verməsidir. Nəticə bu əhəmiyyəti daşıyır ki, əsəri ayrıca oxumadan belə qeyd edilən ümumiləşmiş, yığcam qənaətlər hesabına bəhs edilən mövzu ətrafında konkret məlumat, bilik əldə etmək olur. Müxtəlif dövrlərdə yaranıb dilin tarixinə daxil olmuş xüsusi adlar - onomastik vahidlər o dövr cəmiyyətinin vəziyyəti, ictimai quruluşu haqqında müəyyən informasiyanı özündə əks etdirir.

Qədim onomastik layın tarixi-etimoloji tədqiqi XI yüzillikdə türk dilində gedən leksik prosesləri izləməyə, bu prosesin etnolinqvistik tərəflərini aşkarlamağa, tarixi fonetika, leksikologiya, morfologiya, etnonimika, etnotoponimika məsələlərinə işıq salmağa, həmçinin qədim uyğur türklərinin dövrü mühitinin, onların etnik tarixinin, etnogenezinin ətraflı elmi şərhini verməyə imkan yaradır. Tarixi onomastik layın məhz bu cür tədqiqi qədim türk tayfalarının ərazicə yayılma arealını onların dil xüsusiyyətlərini dəqiq təyin etmək imkanı da yaradır ki, bu da monoqrafiyanın mövzusunun aktuallığını əhəmiyyətini şərtləndirir.

Beləliklə, adıgedən əsər türk dillərinin onomastik layının üzə çıxarılması öyrənilməsində böyük əhəmiyyət kəsb edən bir mənbədir. Tətbiqi baxımdan əsər tarixi onomastik (antroponimik toponimik) lüğətlərin hazırlanmasında olduqca faydalı ola bilər. Tarixi onomastikadan xüsusi kursların tədrisində, proqram, dərslik dərs vəsaitlərinin yazılmasında, həmçinin, onomologiya sahəsi üçün, türk dillərinin dialektologiyası,  lüğətçilik, bütünlükdə türk xalqlarının soykökü, etnoqrafiyası, tarixi, coğrafiyası üçün xüsusilə fayda kəsb edəcəyi şübhəsizdir.

 

Zülfiyyə İSMAYIL,

Filologiya üzrə fəlsəfə doktoru, AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi

525-ci qəzet.- 2014.- 21 0ktyabr.- S.7.