TAMARZI
Şəklini sulara, güzgüyə verib,
Möhnəti yüz yerə, yüz göyə verib.
Sevgisi od olub,
özgəyə verib,
Qoyub mən yazığı külə
tamarzı.
Gözümün yaşıtək ələnir
günlər,
Ürəyim elə hey "yar" deyib inlər.
Niyə
demirsiniz siz, ay sevənlər:
"Görməyib bu
dünya belə tamarzı"?!
Dərdim
bircə ağız söhbətlik deyil,
Çəkdiyim əzablar minnətlik deyil.
Allah haqqı, Sahib cənnətlik
deyil,
Ölsə o çiçəyə, gülə
tamarzı.
GÖRÜM
Neyləyim daşın dəyirsə,
Dərd göynədib, qəm döyürsə.
Sən vuran yara deyilsə,
Gəl, yaramı
bağla görüm.
Qəhərləndim el köçünə,
Təzə çiçək, gül
köçünə.
Qoşuldum ay, il köçünə,
Məni köçdən saxla görüm.
Dünya,
min cür kələyin
var,
Yaman gəliş
gəlməyin var.
Sahib kimi gülməyin
var,
Sahib kimi ağla
görüm.
BİRİSİ
Oylağıdır bu dağ, meşə qızların,
Adı düşüb
dilə-dişə qızların.
Təzə açan tər
bənövşə qızların
Məndən ötrü boyun bura birisi.
Təklik
məni üşüdübdür
qış kimi,
Kaş bir gözdə azam ağıl, hüş kimi.
Bu qızları perikdirəm
quş kimi,
Taleyimdə yuva qura birisi.
Allah, məni məndən ala dinəndə,
O sevdasız günlər qala dünəndə.
Baxışlarım kəpənəyə
dönəndə,
Bir baxışla
məni vura birisi.
Onu dünyam, onu ömrüm bilim mən,
Toy gözləyəm üzə gülən ilimdən.
Dilləndirə, bir söz uma dilimdən,
Məni elə sözlə yora birisi.
Tənə vura, tuta ağı qaraya,
İncimərəm bağrım başı qanaya.
Bu Sahibi yüzü oda qalaya,
Bu Sahibə yiyə
dura birisi.
QUŞ
Məni
də bir duyan olaydı barı,
Yanır
köksüm altda bir od, bir ocaq.
Bir gün bu dünyadan
köçəndə,
Tanrı
Adımın önünə bir quş qoyacaq.
Quşlar
qoyub məni çətində, darda,
Sən demə,
quş imiş söykəndiyim dağ.
Mən bütün mötəbər
siyahılarda
Adımı quş ilə tapıram ancaq.
Bir ömür yaşadım kədərdə, qəmdə,
Quş varsa mən necə gedim dərinə?
Mənim
giley dolu hər ərizəmdə
Bir quş qoyubdular cavab yerinə.
Mən də bir insanam,
daş ki, deyiləm,
Kimə bel bağlayım görəsən, kimə?
Hər gün öz balama yüz söz deyirəm.
Balam da quş qoyur dediklərimə.
Açım ürəyimin qoy
bir sirrini,
Mən quş qoymamışam, vallah, heç kimə.
Bir vaxt könül verib sevdim birini,
O da bir quş
qoydu mənim sevgimə.
Yazdım
dərdlərimi...Bilinməz
sayı,
Yazdım...Neçəsi də hələ dururmuş.
Eh, kimdir oxuyan?..Vallah, havayı
Yazdım bu şeiri...Buna da bir quş.
MƏNİ KƏDƏR
ÖPÜR...
(Oxucularla bir az zarafat)
Məni
kədər öpür,
məni dərd qucur,
Axır üz-gözümdən tər
puçur-puçur.
Adamlıq adlanan o qala uçur,
Adamlıq torpağa las-las tökülür.
Dünənin hayına, harayına
bax,
İtən özümüzü bəs
hardan tapaq?
İndi
oğlanların başından
papaq,
Qızların əynindən libas tökülür.
Üzlər tük gətirib
şeytan üzütək,
Namərdlik ağlayır timsah gözütək.
Köhnə zibilliyə ata sözütək
Qızıldan qiymətli miras tökülür.
Min ömrə qılıncdır
bir qəzəb, allah,
Nə ürək tablayır, nə əsəb, allah.
Ölüb qurtarmadım nə
əcəb, allah,
Ətim
gündə bir az-bir az
tökülür.
Əlim
var, dizimə döyə bilirəm,
Daş olub özümə dəyə
bilirəm.
Bilmirəm, sözümü deyə
bilirəm,
Yoxsa səbət altdan gilas tökülür?!.
PAYIZ
LÖVHƏLƏRİ
Ora bax, zirvəsi göy dələn dağlar
Əsirdir dumanın, çənin əlində.
Vallah, hərflərdir əyri budaqlar,
Oxuyun, şeirdir
payız dilində.
Şimşəklər buludu vurdu gözündən,
Buludlar ağladı səhərə
kimi.
Çiçək ölümünə göylər köksündən
Asdı
durnaları qara lent kimi.
Yenə
salxım söyüd
boynunu burub,
Deyərsən ki, köçdən qalıbdı bir qız.
İki-üç ağacı baş-başa
durub
Şəkil çəkdirməyə qoymur
bu payız.
Şəlalə bir sarı sim olub daha,
Sən demə,
"Sarıtel" üstdə
ötürmüş.
Bir zülmət dərədə
indi tək-tənha
Qalıb körpə bulaq - anası ölmüş.
Çay
da haray salıb Xançoban təki,
O sular Saranı gəzir deyirlər.
Külək elə lovğa
dolaşır, sanki
Ona babasından
qalıb bu yerlər.
Bir az da çoxalıb eşqin
bal dadı,
Cığırlar qovuşdu Aylı gecədə.
Sevənlər bir yaşıl
ağac tapmadı,
Öpüş xəzəl oldu dərsdə,
küçədə.
Nədir
məni döyən?!.Yağış, dolumu?!.
Gedirəm, o başda balam dayanır.
Qırmızı yarpaqlar kəsdi
yolumu,
Ay aman, yolumda "Qırmızı" yanır!..
SARI
Sənə sevgimdirmi saxladığın
sirr?!.
Səsin səadətdir, sükutun
sehr.
Saçın səhər-səhər sığalı sevir,
Sözlərim sənədir, saçları
sarı.
Silahtək sarsıdan söz
səninkidi,
Susdum son saatda,
səsim səngidi.
Sitəmin sinəmdə solmaz
sərgidi,
Sinəm simləyibdir sinəmi sarı.
Səslən: "Sellərdəki Sarayam sənsiz!"
Sevincə susayan sarayam
sənsiz.
Səması saralan səhrayam
sənsiz,
Salginən səmtini Sahibə sarı.
Sahib İBRAHİMLİ
525-ci qəzet.-
2014.- 23 oktyabr.- S.7.