Emirqanda bir köşk
var...
Dördüncü Murat əslində uğursuz bir hökmdar idi. Qardaşı Gənc
Osman yeniçərilər
tərəfindən vəhşicəsinə
öldürüləndən sonra əvvəlcə əmisi Mustafa taxta çıxmış və
3 ay hökmdarlıq etmiş,
o da taxtdan endirilincə 1623-cü ildə 11 yaşında
taxta çıxmışdı.
Amma bütün iplər anası Kösəm Sultanın əlindəydi.
Bu durum, yəni qadının dövləti
idarə etməsi Osmanlı İmperatorluğunda
ilk dəfə görülürdü.
Bu səbəblə her yerdə üsyanlar çıxdı, ölkənin
müxtəlif yerləri
başqa dövlətlər
tərəfindən işğal
edildi. Əsgərlər, xüsusilə yeniçərilər
tamamən azmış,
nə savaşa gedir, nə də İstanbulda rahat dururdular.
Dördüncü Murad qorxular içində böyümüşdü. Qardaşı Gənc Osmanın öz əsgərləri tərəfindən necə
rəzilcə və alçaldılaraq öldürüldüyünü
unutmamışdı.
Güclü təhsil almışdı.Tarixçilər onun fiziki cəhətdən də çox güclü olduğunu yazırlar. On səkkiz yaşına gəldiyində bütün gücü öz əlində toplamaq istədi. Bu səbəblə əsgərləri nizama salmağa çalışdı. Özbaşınalığa alışmış yeniçəriləri yoxlamağa gedərkən bir yeniçəri onun yeniyetmə olmasını ələ salıb güldü. Anında qılıncıyla yeniçərini atıyla bərabər ikiyə böldü. Bu hərəkəti və gücü əsgərlər arasında qorxuya səbəb oldu. Bütün paşalar və əsgərlər çox keçmədən ona baş əymək məcburiyyətində qaldılar.
Ölkədəki qarışıqlığı düzəltdi, rüşvət alanları, tütün və spirtli içki yasağını dinləməyənləri dar ağacından asdırdı. Bu cəzalandırmanı birbaşa özünün etdiyini də söylərlər. Gecələri qiyafət dəyişdirərək qarışıqlığa səbəb olan qəhvəxanaları, meyxanaları yoxladı. Əmrinə uymayanları anında cəzalandırdı.
Onun dönəmində Hezarfen Əhməd Çələbi, Leqari Həsən Çələbi, Bəkri Mustafa, Övliya Çələbi, Şeyxulislam Yəhya kimi ünlü elm adamları yetişdi. Hezarfen Əhməd Çələbi indi hələ də İstanbulda duran Qalata Qülləsindən qanad taxaraq Üsküdara qədər uçan bir elm adamıydı.
Osmanlıların ən ünlü həcv şairi Nəfi də onun dönəmində yaşadı. Hər kəsə qorxmadan həcv yazan Nəfi padşahın yasaq etməsinə rəğmən yenidən həcv yazınca Dördüncü Murad onu əfv etmədi və öldürtdü.
Dördüncü Muradın qəzəbi və gücü Osmanlı tarixçiləri tərəfindən bir az da şişirdilərək qələmə alınır. Məsələn, Bağdad savaşı sırasında yüzlərcə kiloluq topu qaldıraraq Fırat çayına atdığını yazarlar. Bundan başqa yabançı tarixçilər də onun fövqəladə gücündən bəhs etmişdilər.
Qanuni Sultan Süleymandan sonra tərk edilən Padşahın özünün savaşa getmə adəti Dördüncü Muradla yenidən canlandı. 28 mart 1635-ci ildə Dördüncü Murad ordunun başına keçərək İrəvan və Bağdad səfərlərinə çıxdı.
Ordu yeddinci ayda İrəvana vardı. İrəvan qalasının komandiri Əmir Mirgün oğlu Yusif idi. Qalanı tam on gün Dördüncü
Muradın 200 min nəfərlik
ordusuna qarşı qəhrəmanca müdafiə
etdi. Ətrafdan yardım ala bilməyincə
on gündən sonra avqustun səkkizində qalanı Dördüncü
Murada təslim etdi. Dördüncü Murad bu qəhrəman və xoş söhbət qala komandirini çox sevdi. Onu yanına aldı. İstanbula dönüncə də Əmir Mirgün oğlu Yusifi yanında götürdü.
Önündə hər
kəsin qorxudan titrədiyi Muradla Yusif ayrılmaz iki dost oldular. Padşah, Yusifə İstanbul boğazının ən gözəl yerlərindən
birini hədiyyə etdi. Əmir Mirgün oğlu
Yusif o şahanə mənzərəli yerdə
özünə gözəl
bir köşk tikdirdi. O köşkdə
dəfələrcə padşahı
və digər vəzirləri, paşaları
qonaq etdi. İstanbullular Əmir Mirgün
adını Əmirqan
etdilər və bu gözəl səmtə o adı verdilər.
Əmir Mirgün Yusif ölüncə onun varislərinə qalan Əmirqan qoruğu (meşəlik) və köşkü zamanla əl dəyişdirdi və başqaları tərəfindən satın
alındı.
1871 -1878 tarixləri arasında
Hıdiv sülaləsindən
İsmayıl Paşa
tərəfindən qurulan
parkın içindəki
Sarı köşk Şalə üslubundadır. Bir quş
evi görünümündədir.
İstanbulun hələ də yaşıl qala bilən bir neçə yerindən biri olan Əmirqan
1943-cü ildə xalqın
ziyarətinə açılıb. Təpədən Boğaza çox gözəl bir mənzərə vardır.
Qoruq içində bir neçə yerdə köşklər
var. Bunlardan ən önəmlisi gölün
tam üstündəki Zərif
Ahşab(taxta) köşkdür. Bu son dövr düzənləmələriylə
tikdirənin təsiri
və zamanın tutqusuyla Avropa stili açıq görülməkdədir. Romantik ingilis bağça anlayışı buraya da yol tapıb.
İndi İstanbul Böyük Şəhər Bələdiyyəsi
tərəfindən qorunan
və park halına gətirilən bu gözəl məkanı hər gün minlərcə insan ziyarət etməkdədir.
Osmanlı padşahlarının ov və dincəlmək üçün getdikləri
Əmirqanda bir azərbaycanlının əməyi
və ruhu vardır. O yerləri maraqla və bilərək gəzdiyinizdə
bizdən olan o izləri yaxından görə biləcəksiniz.
Mən nə zaman İstanbula,
ordan da Əmirqana getsəm orada həmin an ağlıma Dördüncü
Muradın İrəvan
səfəri və Əmir Mirgün oğlu Yusif gəlir və oradakı ağaclara, evlərə daha diqqətlə baxıram.
Unutmadan...
Dördüncü Murad
sadəcə 28 il yaşadı.1640-cı ildə
anidən öldü.
İçkini və tütünü
yasaq etməsinə rəğmən özünün
də çox içdiyini yazır tarixçilər. On il içində Osmanlı İmperatorluğunu
yenidən dirildən və keçmiş gücünə qovuşduran
bu hökmdar indi hər gün
minlərcə turistin
ziyarət etdiyi və avropalıların mavi məscid dedikləri Sultan Əhməd
Camisinin yanındakı
türbəsində qardaşı
Gənc Osmanla yan-yana yatmaqdadır.
Orxan ARAS
525-ci qəzet.-
2014.- 23 oktyabr.- S.7.