Turan Cavid Qadın Mərkəzi İctimai Birliyində Ərtoğrul Cavid anılıb

 

Oktyabrın 21-də istedadlı bəstəkar, Hüseyn Cavid ocağının varisi Ərtoğrul Cavidin 95 illik yubileyi ilə bağlı "Turan Cavid Qadın Mərkəzi” İctimai Birliyində anım günü keçirilib.

Adalet.az xəbər verir ki, birliyin sədri Sevda Cəfərova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi Zümrüd Dadaşzadə, bəstəkar Rəşid Şəfəq və digər çıxış edənlər Ərtoğrul Cavidin həyat və yaradıcılığından danışıb, onun musiqi irsindən və tədqiqat obyekti olan digər araşdırmalarından söhbət açıblar.

Ərtoğrul Cavid təkcə musiqişünas və bəstəkar deyil, həm də çox istedadlı bir tədqiqatçı olub. O, böyük bəstəkar Üzeyir Hacıbəylinin rəhbərliyi və tövsiyəsi ilə Azərbaycan dastanlarını, folklorumuzu toplamış, aşıq yaradıcılığını tədqiq edib, ilk dəfə aşıq musiqisini nota köçürüb.

Tədbirdə Ərtoğrul Cavidlə bağlı xatirələr söylənib, onun musiqisi səsləndirilib.

 

S.Abdullayeva

525-ci qəzet.- 2014.- 23 oktyabr.- S.7.