III Bakı Beynəlxalq Teatr Konfransına hazırlıqlar gedir

 

Dünən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında III Bakı Beynəlxalq Teatr Konfransının təşkilat komitəsinin yığıncağı baş tutub. Yığıncaqda 4-6 noyabr tarixlərində keçiriləcək Teatr Konfransının təşkili ilə bağlı məsələlər müzakirə olunub. Yığıncaqda teatr rəhbərləri, Teatr Xadimləri İttifaqı, Mədəniyyət Turizm Nazirliyinin aidiyyatı şöbələrinin təmsilçiləri iştirak ediblər.

Mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev Bakıda Teatr Konfransının artıq üçüncü dəfə baş tutacağını bildirib:

 

"Bundan əvvəlki konfranslar 2010    2012-ci illərdə keçirilib xeyli yaxşı mənada əks-səda doğurub.  Bu konfranslardan sonra teatrlarımız gələn qonaqlarla, xarici ölkə teatrları ilə əlaqələr qurublar, əməkdaşlıq ediblər. Ötən illərdə Teatr Konfransı Akademik Milli Dram Teatrı binasında keçirilirdi, bu dəfə isə Musiqili Komediya Teatrının binasında keçirməyi nəzərdə tuturuq. deyim ki, bu dəfə tədbir daha ciddi, daha irimiqyaslı olacaq. Tədbirə 40-dan çox ölkədən 125 qonaq dəvət olunub, bunların içində böyük rejissorlar da var, aktyorlar da, teatr rəhbərləri , teatrşünaslar da.  Dövlətimiz, cənab prezident İlham Əliyev, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva mədəniyyətimizə, teatrımıza xüsusi diqqət göstərirlər son illər Azərbaycan teatrında görülən işlər, inkişaf göz önündədir. Ona görə mən bu məsələlər haqda bu gün geniş söz açmayacam, sadəcə onu vurğulamaq istəyirəm ki, bu Teatr Konfransının özü teatrımızın təbliği inkişafı istiqamətində görülən böyük işlərdən biridir. Bu mənada mən teatr rəhbərlərimizdən xüsusi fəallıq, işgüzarlıq tələb edirəm. Gələn qonaqlarla səmərəli söhbətlərin aparılması, müəyyən münasibətlərin qurulması, birgə proyektlərin əsasının qoyulması xeyli dərəcədə özümüzdən asılıdır. Bir çox dünya teatrlarında olmuşam tam səmimiyyətlə deyirəm ki, ölkəmizdə bu sahəyə göstərilən qayğı, diqqət heç bir yerdə  yoxdur".

Nazir müavini Konfransın təşkili ilə bağlı bəzi məsələləri, qarşıda duran vəzifələri təşkilat komitəsinin nəzərinə çatdırıb, sualları cavablandırıb.

Qeyd edək ki, Konfrans öncəsi, noyabrın 4-də mətbuat nümayəndələri ilə görüş nəzərdə tutulub. Görüşdə Mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev,  Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov bəzi qonaqlar media nümayəndələrinin suallarını cavablandıracaqlar.

 

PƏRVİN

525-ci qəzet.- 2014.- 24 oktyabr.- S.7.