Yenə də Məcnun...
Qələmlə yox, Leyli, sənin adını
Yazanda yazıbdı qanıyla, Məcnun .
Bütün zamanların yol yoldaşıdır,
Bircə
can... bircə an... saniyə Məcnun!
Qaçanlar
verdiyi sözündən qaçır,
Bu adam
qaçanda özündən qaçır.
Bu adam
sevgisi üzündən qaçır,
Oxşamır
gördünmü hamıya, Məcnun!
Batırır
batırsa yasa özünü,
Heç
kimi yox, istər asa özünü.
Qana bilmir
gəzə-gəzə özünü,
Anlamır
anlaya-anlaya, Məcnun!
Bax, sədəf
budu, bu, yerə düşsə də,
Bax, hədəf
budu, bu, köksü deşsə də...
Bax, sədəf
budu, bu, min il keçsə də,
Bəzəkdir
həm yerə, həm göyə, Məcnun!
Aşiqi
yaşatsa bil ki, yaşadır,
Bu yerlə
bir xətir, göylə bir xətir!
Günəşlə
bir doğur, Ayla bir batır,
Yaşayır
pərvanə, şamıyla, Məcnun!
Bir sən
də ağzına bir su al, durub,
Sən
durmusan, axar bu sular durub.
Min ildi
cavabsız br sual durub:
“Sən
niyə, Leylisən, sən niyə Məcnun?!”
Sönürlər...
soyuqdan donurmuş kimi,
Gülürlər
sevgini danırmış kimi.
Ay Barat,
Allahı tanırmış kimi
İstəyir
sevgini tanıya Məcnun!
Kəndir
Qardaş,
mənim üçün hər söz söz deyil,
Qardaş mənim üçün cəngi
sözü var.
Ölsəm
də qalstuk taxa bilmərəm
Mənim
boğazımda kəndir izi var!
Ölsəm
də qalstuk taxa bilmərəm,
Onda qəzəbinə
gəlmiş olaram,
Mən
öz əcdadımın, köhnə nəslimin.
Mən
onda üzünə baxa bilmərəm,
Nə Həllac
Mənsurun, nə Nəsiminin?!
Mən
neynim, sevmirəm bəzək- düzəyi,
Mən də
qaraçıyam, belə qaraçı.
Qalstuk-
malstuq neynirdi onda,
Bir kəndir
var idi...
bir dar
ağacı?!
Qalstuk
vurana düşmən deyiləm,
Yox, mən
qalstuku sonulamıram.
Yox, mənim
sözümün canı başqadı,
Mən
bunu demirəm...
bunu demirəm...
Zaman istər
məni dəyişik salsın,
Qalstuk hərisi
bir yantamaqla.
Nə
iş qalstukla düzələn deyil,
Nə mən
qalstuku sonulamaqla!
Saxlasam əyilməz
baş saxlamışam...
Uymayıb
taleyin qara tacına...
Mən
öz boğazımı boş saxlamışam,
Mən
yer saxlamışam dar ağacına!!
Ürəyim
özümdə, başım özümdə,
Yoxdu əlacım
da, var əlacım da!
Kəndirim
özümdən, başım özümdən,
Elə
özümdəndi dar ağacım da!?
Mən
ölüm taxanam yaz, boğazıma,
Qalstuk
taxmaqla məşhur deyiləm.
Mən kəndir
doğuram öz
boğazımdan,
Kəndir
böyüdürəm öz boğazımda!
Mən kəndir
boğuram öz boğazımda,
Qalstuk
boğmaqla məşğul deyiləm!
İnsan
ki, yenilməz, ərinməz olur,
Ondan əsrlərlə
bəhs etmək olar.
Mən
deyən kəndirlər çürüməz olur,
Ondan
qalstuk da düzəltmək olar!
lll
Bəlkə
xəbərim yoxdu
Mən
bir vaxt Çöl olmuşam?
Yoxsa niyə
mən Çölə
Bir belə
vurulmuşam,
Bir belə
gül olmuşam?!
Gedirəm
öz-özümü
Çöldə
yoxlamağa mən.
Gedirəm,
öz-özümü
Bəlkə
ağlamağa mən?!
Niyə
evə sığmıram,
Niyə
Çölə qaçıram?
Molla Nəsrəddin
kimi
Nağdı
verib canımı,
“Çala-çala”
qaçıram,
Nə
varmış ki, dünyada?
Bir
çölmüş... görəcəyəm
Gümanım
çoxdu yaman,
Ölmüş
doğmalarımı
Çöldə
baxıb uzaqdan
Dirilmiş
görəcəyəm!?
...Məcnun
düşüb çöllərə,
Başı
qan-qadalıymış.
Deyirlər,
Leylini yox,
Allahı
axtarırmış...
Asılmayıb...
gedibdi
Çölə
dönə Nəsimi!
Axtarıb
öz-özünü,
Axtarıb
Allahını,
İnanıram,
axtarıb,
Çölə
dönənə kimi!
Kim
Çölü çox sevirsə,
Çölə
dönür axırda.
Onçün
Çölə varmışam
Allah
Çöldü, deyirlər,
Allah,
bağışlarmısan?!
Yol
Adi yol
deyildir mən dediyim yol,
Bu yol dərviş
yolu, bu yol ər yolu!
Arifə
bəllidi, Aşiqə agah,
Qələndər üçündü qələndər
yolu!
Əsl
yoldaşıdı yol Ərin axı!
Deyir
yolsuzlardan yol ərin, axı!
Yolların
qibləsi, yolların şahı
Ərənlər
yoludu, ərənlər yolu!
Zər
ziba –içində batırar bizi,
Azaltmaz,
daima artırar bizi!
Tanrı
dərgahına çatdırar bizi,
Aşıq
Alı yolu, Ələsgər yolu!
“Ələst”
aləmində Ney dolu camdı,
Yaranır,
yaşadır, meyid olur, camdı.
“Bəli”
kəlməsidi, Mey dolu camdı,
İçiblər
gedənlər, gələnlər yolu!
Qədim
Nuh tufanı, daşqını- yolum,
Ömrün
beş əsrlik beş günü- yolum!
Mən
etmişəm Allah eşqini yolum,
Yol hesab
eyləməz Barat hər yolu!
Mən səndən
öyrəndim yazı yazmağı...
Günəş
sübh çağından gen düşməz, Tanrım,
Musa Tur dağından
gen düşməz, Tanrım!
Alma
budağından gen düşməz, Tanrım,
Mən səndən
öyrəndim yazı yazmağı!
Ürək
diri ola, göz diri ola,
Gəlsə
haqdan gələ, Söz diri ola!
Gərək
sirrimin də öz sirri ola,
Mən səndən
öyrəndim yazı yazmağı!
Mənim
qarşımdaydı hamıdan əvvəl,
Məktəb
lövhəsindən əvvəlki Lövhə!
Heç
vaxt yol vermərəm bir zərrə səhvə...
Mən səndən
öyrəndim yazı yazmağı!
Mən
qışa qış dedim, yazı yaz yazdım,
Ordan
deyilməsə “yazılmaz!”, yazdım!
Mən əyrini
əyri, düzü düz yazdım,
Mən səndən
öyrəndim yazı yazmağı!
Mən elə
yazdım ki, əbədi olsun,
Sənin
yazdığının mabədi olsun.
Sən
deyən, mən deyən abidə olsun,
Mən səndən
öyrəndim yazı yazmağı!
Görəsən
atdığın addım necədi?
Qarşında
əyilmiş qəddim necədi?
Allahım,
sən Allah, xəttim necədi?
Mən səndən
öyrəndim yazı yazmağı!
Olmasın
Bu mənə
demişəm, mənindən əl çək,
O sənə
demişəm: sənin olmasın!
Bu cana
demişəm, dəyişsin bir az,
Demişəm
həmənki, həmin olmasın!
Əynimdə
elə bil öz dərviş əbam,
Mən hər
gün Çöldəyəm, hər an Yoldayam.
Demişəm,
hər zaman ay Dərviş babam,
Çölsüz,
Yolsuz olan günün olmasın!
Allaha
varmısam qəmim, içimdə,
Olmuşam
özümə əmin, içimdə!
Yanında
durmuşam qəmin içində,
İnsana
demişəm: qəmin olmasın!
QOXU
Allah
göndərdiyi sözdən, surədən,
Ayədən
məhəbbət qoxusu gəlir!
Sevənin
ayağı sayalı olur,
Sayədən
məhəbbət qoxusu gəlir!
Tapdı,
tapmadı ki, qayanı Fərhad,
Öpdü,
öpmədi ki, qayanı fərhad...
Çapdı,
çapmadı ki, qayanı Fərhad,
Qayadan məhəbbət
qoxusu gəlir!
Duydum
köməyini Darda Allahın,
O Yox da
Allahın var da Allahın!
Adı
çəkiləndə harda Allahın,
Oradan məhəbbət
qoxusu gəlir!
Burda qan
tökülür, bir qan izi yox,
Burda qan
tökməzdən bir qansızı yox!
Burda ha
qan axır...qan iyisi yox...
Minadan məhəbbət
qoxusu gəlir!
Məhəbbət
insana verir qol-qanad,
Ondadır
səadət, ondadır həyat.
Taparsız,
görərsiz ordadır Barat,
Haradan məhəbbət
qoxusu gəlir!
lll
Nə zərgərə
yoldaşam,
Nə zər
məni aparır...
Nə
gözəl zəhmətkeşəm,
bu tər
məni aparır.
bax, bu
bahar- yaz məni,
eləyib
muraz məni!
Xəzərə
Araz məni,
Tərtər
məni aparır!
Qədər
məni aparmır,
Kədər
məni aparmır.
Nələr
məni aparmır,
Nələr
məni aparır!
Demə məşəl
sözü nə,
Qoy bir
dönüm gözünə!
Məşəl
elə özünə.
Məşəl
məni aparır!
Səs
veribdi səsimə,
Yaşamaq
həvəsimə.
Hamının
əvəzinə
Məhşər
məni aparır!
Oğlunu
itiribdi,
Köksünü
ötürübdü.
Çiyninə
götürübdü,
Bəşər
məni aparır?!
XIZIR,
MƏNİ TƏRKİNƏ AL
Nağıldan
gəl, dastandan çıx,
Xızır,
məni tərkinə al!
Yollarımın
üstündən çıx,
Xızır,
məni tərkinə al!
İzinən
biz yolundayam,
İnsan-iblis
yolundayam.
Hələb-Təbriz
yolundayam,
Xızır,
məni tərkinə al!
Mindir məni
Söz atına,
Əylə,
minim öz atıma!
Əylə,
minim Boz atına,
Xızır,
məni tərkinə al!
Sən gəlməsən
bu can çıxar,
Axıb
dizəcən qan çıxar,
Əl
uzat, quyudan çıxar,
Xızır,
məni tərkinə al!
Oğulam,
oğul, deyirəm,
Gəlməsən
oğul deyiləm!
Nə
uzunmuş yol deyilən,
Xızır,
məni tərkinə al
Bəlkə
dərkinəm, deyirəm,
Bəlkə
dərkimdən deyirəm?
Bəlkə
tərkindən deyirəm,
Xızır,
məni tərkinə al!
BAX
Ağıl
var elə bil, ağılı yoxmuş,
Könül
var, sən ona ağıl kimi bax!
Nağıl
var, oxusan dastan bilərsən,
Dastan var,
oxuyub nağıl kimi bax!
Ömür
çilik-çilik, bölük- bölükdür,
Yük
var ki, bir tükmüş, tük var ki, yükdür...
İz var
ki, cığırdan, yoldan böyükdür,
Yol var ki,
uzanır cığır kimi... bax!
Su var
ki,özünə yetirər səni,
Xızır
tək tərkinə götürər səni
Sahil var,
ümmantək batırar səni,
Ümman
var, qoynuna sahil kimi bax.
Harda ki,
viranə-xaraba varmış.
Orada
deyirlər bayquş ularmış.
Həyat
dedikləri xaraba- bayquş,
Ölümə
bülbüllər oxur kimi bax!
Eşqə
ki, ay Barat kim can verirmiş,
Bəşərə
o,şöhrət, o, şan verirmiş!
Özünü
gözəllə nişan verirmiş...
Gözələ
Allaha baxır kimi bax!
ÜÇ NÖQTƏ
Dünya dağılammaz... özün sonuna
Üç nöqtə qoymusan axı, ilahi!
Qoymaz yolumuzdan sapmağa bizi,
Heç vaxt yolumuzun sağı, ilahi!
Üç
nöqtə kimidir ümmanlar demək,
Ümman
fəlakətdir, ümman yar demək!
Harda sahil
varsa ümman var, demək,
Harda
ümman varsa, sahil... ilahi!
Burdan
çıxan günəş, o yağan qarsa,
Niyə tələsək
ki, batmağa yasa?!
Var-var gətirirsə,
varımız varsa,
Var demək
yoxun da yoxu, ilahi!
Bu insan
kamala, kama dolubmu,
Haliyəm
sözündən hali olubmu?
Bir
nöqtə könülmü, bir nöqtə ruhmu,
Üçüncü
nöqtəmi ağıl, ilahi?!
Yaradıb
bəndənə qul söyləmisən,
Tutsan, əbədidi
yol söyləmisən.
Axı sən
dünyada “Öl!” söyləmisən,
Axı
deməmisən dağıl, ilahi!
Sən
verib hər şeyə əvvəl can, sonra...
Dedin
Barata da adamsan, sonra...
Mənə
də rəhm edib adımdan sonra
Üç
nöqtə qoymusan, sağ ol, ilahi!
Barat VÜSAL
525-ci qəzet.-
2014.- 25 oktyabr.- S.29.