Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Gəncənin yerirolu

 

(Əvvəli ötən sayımızda)

Gəncə təkcə tarixi-mədəni abidələrinə görə yox, həm Azərbaycan elminə, incəsənətinə, ədəbiyyatına bəxş etdiyi görkəmli şəxsiyyətləri ilə məşhurdur.

Azərbaycanın görkəmli ictimai-siyasi dövlət xadimi, publisist Nəsib bəy Yusifbəyli  1881-ci ildə Gəncə şəhərində anadan olub. Orta təhsilini Gəncə gimnaziyasında alıb. 1902-ci ildə Novorossiysk (Odessa) Universitetinin hüquq fakültəsinə daxil olub. Amma universiteti bitirə bilməyib. Tələbələrin inqilabi hərəkatından qorxuya düşən çar hökuməti universtiteti müvəqqəti bağladıqdan sonra Nəsib bəy Baxçasaray (Krım) şəhərinə gedib burada İsmayıl QaspiralınınTərcümanqəzetiylə əməkdaşlıq edib. Burada o, özü baş rolda oynamaqla Azərbaycan dramaturqlarının əsərlərini səhnələşdirib. 1908-ci ildə Nəsib bəy İstanbula köçərək publisistik fəaliyyət göstərməklə bərabərTürk dərnəyicəmiyyətinin təşkili ilə məşğul olub. Az sonra Şəfiqə Soltan xanımla ailə həyatı quraraq bir müddət İstanbulda qalıb. 1909-cu ildə Gəncəyə qayıdaraq, şəhər bələdiyyəsində çalışıb. 1911-ci ildəMolla Nəsrəddinjurnalına qəzetlərə məqalələr göndərib. “Müsəlman xeyriyyə cəmiyyəti”, “Müsəlmanların maariflənməsi cəmiyyəti”, “Aktyorlar cəmiyyəti”nin fəaliyyətlərində yaxından iştirak edib. Bu zaman o, Məmməd Əmin Rəsulzadə ilə tanış olubictimai siyasi fəaliyyətə başlayıb.

1917-ci ilin mart ayında Nəsib bəy Yusifbəyli öz yaxınları ilə Gəncədə “Milli Federalistlərin Türk Partiyası”nı yaradıb. Yeni yaradılan partiyanın əsas tələbi Rusiyanın milli ərazi muxtariyyətləri əsasında təşkili idi. 1917-ci ilin iyulunda bu partiya M.Ə. Rəsulzadənin başçılığı ilə “Müsəlman Demokratik Müsavat Partiyası” ilə birləşərək “Müsavat” adlandırılmağa başlayıb və onun proqramlarında millətçi-federalistlərin əsas tələbi – Rusiyanın milli ərazi muxtariyyətləri əsasında qurulması saxlanılıb.

M.Ə.Rəsulzadə Müsavat Partiyasının mərkəzi komitəsinin sədri seçildikdən sonra Gəncədə partiyanın rəhbəri N. Yusifbəyli olub. 1917-ci ildə Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra partiya öz nizamnaməsində dəyişiklik edərək Azərbaycanın tam müstəqilliyini tələb etməyə başlayıb. Nəsib bəy Yusifbəyli Zaqafqaziya Seyminin üzvü, Zaqafqaziya federativ hökumətində – maarif naziri, ADR hökumətində 1918-ci il may ayının 28-dən 1919-cu ilin martına kimi maarif naziri, 1919-cu ilin martından 1920-ci ilin martına kimi hökumət sədri, eləcə də daxili işlər naziri (16 iyun 191922 dekabr 1919) işləyib. 1920-ci ildə Sovet Rusiyası tərəfindən Azərbaycan tutulduqdankommunist rejimi qurulduqdan sonra Nəsib bəy ona qarşı olan təqiblərdən yaxa qurtarmaq məqsədi ilə mühacirətə getmək üçün Bakını tərk edib, lakin 31 may 1920-ci ildə yolda, Yevlaxın Qarxun kəndində qətlə yetirilib.

Azərbaycanın tanınmış geoloqu, geologiya-mineralogiya elmləri doktoru, akademik Mirəli Qaşqay 1907-ci il yanvarın 7-də Gəncə şəhərində anadan olub. 1934-cü ildə “İstisu mineral bulaqlarının geoloji-petroqrafik və geokimyəvi səciyyəsinə dair” namizədlik, 1942-ci ildə isə “Azərbaycanın əsas və ultraəsas süxurları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Akademik M.S. Qaşqay Daşkəsən dəmir-kobalt və alunit filiz yataqlarını öyrənib, Kiçik Qafqazda skarnların alümosilikat süxurların hesabına əmələ gəlməsi, Qafqaz miskükürd kolçedanı yataqlarının mənşəyinin intruzivlə deyil, vulkan püskürmələri ilə əlaqədar olması barədə nəzəriyyələr irəli sürüb. Onun elmi fəaliyyəti çoxcəhətli olub, mineralogiyageologiya, tektonikamaqmatizm, petrologiyametallogeniya, mineral suları və termal sular, stratiqrafiyalitologiya, tikinti materialları və s. elm sahələrini əhatə edib. O, Kiçik Qafqazda və Sibirdə bir sıra metalqeyri-metal faydalı qazıntı yataqlarını, Kəlbəcərdə obsidianperlit yataqları kəşf edib(A. Məmmədovla birgə) və filizəmələgəlmə proseslərinin bir sıra fundamental problemlərini həll edib.

1938-ci ildə Geologiya İnstitutunun, 1945-ci ildə isə Azərbaycan SSR Elmlər Akademiyasının təsisçilərindən biri və Akademiyanın ilk akademik katibi olub. Onun təşəbbüsü və köməyi ilə Bakı Dövlət Universitetində geoloji-coğrafiya fakültəsi, petroqrafiya, mineralogiyakristalloqrafiya kafedrası, geologiya və faydalı qazıntılar muzeyi yaradılıb. Uzun illər ərzində Geologiya İnstitutunda filiz yataqlarının geokimyası və minerologiya şöbəsinə rəhbərlik edibböyük bir məktəb yaradıb. “Azərbaycanın əsas və ultraəsas süxurları”, “Azərbaycan mineral suları”, “Perlitlər və obsidianlar və onların fiziki-kimyəvi xüsusiyyətləri”, “Daşkəsənin petrologiyası və metallogeniyası”, “Alunitlər, onların genezisi və istifadəsi”, “Listvenitlər, onların genezisi və təsnifatı” kimi fundamental əsərlərin müəllifidir. 1977-ci il aprelin 23-də Bakıda vəfat edən akademik Bakıda,  Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın görkəmli rejissoru, aktyorupedaqoqu Adil İsgəndərov mayın 5-də 1910-cu ildə Gəncədə dünyaya gəlib.  1936-cı ildə Akademik Dövlət Teatrına qədəm basan Adil İsgəndərov çox keçmədən bu sənət məbədinə baş rejissor, sonra isə direktor seçildi və 25 ilə yaxın bir dövrdə bu teatrda öz məktəbini yaratdı. Heç təsadüfi deyildi ki, o vaxtlar bu sənət ocağını “Adil İsgəndərov teatrı” adlandırırdılar. Rejissor debütü olanPolad qartal” (1936) tamaşası sənət adamlarında, tamaşaçılarda əsl heyrət doğurmuşdu. Aydın hiss olunurdu ki, teatra əsl sənətkar gəlib. Ona görə də bir-birinin ardınca Adil İsgəndərov “Platon Kreçet”, “Həyat”, “Vaqif” tamaşalarına quruluş verdi. “Vaqifmilli teatr tariximizdə ən uğurlu tamaşalardan idi. Bu tamaşa bizim teatr tarixində əlamətdar hadisəyə çevrildi. “Xanlar”, “Fərhad və Şirin”, “Aydın”, “1905-ci ildə”, “Dumanlı Təbriz”, “Şərqim səhəri”, “Otello”, “Türkiyədə” və s. əsərləri tamaşaya qoyan bu istedadlı rejissor səhnəyə həmişə yeni nəfəs, yeni ruh gətirirdi. Adil müəllimin tamaşaları həmişə teatrsevərlərin ürəyincə olardı. Adil İsgəndərovun rejissor kimi başlıca xüsusiyyətlərindən biritamaşalara aktyor seçmək məharəti idi. Adicə görüşdən aktyorun obraza uyğun gəlib-gəlmədiyini müəyyən edə bilirdi. Aktyorların yaradıcılıq potensialına çox yaxşı bələd idi. 1966-74-cü illərdə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostuduyasında direktor işləyən A. İsgəndərovun kinoda ilk rolu  “O olmasın, bu olsun” filmində qoçu rolu olub. Yaradıcı irsi ilə əsl məktəb yaradan Adil İsgəndərov 68 illik həyatının 42 ilini sənətə həsr edib, bu qüdrətli sənətkarın xatirəsi bizim üçün həmişə əziz və doğmadır. Görkəmli sənətkarın filmoqrafiyasında aktyorrejissor kimi “O olmasın, bu olsun”, “Qara daşlar”, “Bir məhəllədən iki nəfər”, “Uzaq sahillərdə”, “Leyli və Məcnun”, “Əmək və qızılgül”,  “Əhməd haradadır?”, Romeo mənim qonşumdur”, “Zəncirlənmiş adam”, “İyirmialtılar”,  Qanun naminə”, “Axırıncı aşırım”, “Ulduzlar sönmür”, “1001-ci qastrol”, “Aktrisanın təbəssümü”, “Dərviş Parisi partladır”, “Arxadan vurulan zərbə”, “Üzü küləyə”, “Məhəbbətim mənim, kədərim mənim”, “Prima”, “Səhər”, “Ənvər Həsənov”, “Yeddi oğuldan biri”, “Papaq”, “Rənglərdə yaşayan kino” filmləri var.

Tanınmış bəstəkar Qəmbər Hüseynli 1916-cı ildə Gəncədə doğulub.

1925-ci ildə Gəncədəki birinci dərəcəli məktəbdə təhsil almağa başlayanda balaca Qəmbər artıq Seyid Əzim Şirvaninin, Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin bir çox şeirlərini əzbər bilirdi. Gəncənin musiqi mühiti, çal-çağır məclisləri, xüsusilə Qarabağ el şənlikləri və konsertlərə dəvət olunan görkəmli xalq sənətkarlarından Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül, Malbəyli Həmid, Xan Şuşinski, Qurban Pirimov, Məşədi Cəmil Əmirov və başqalarının çıxışları musiqiyə sonsuz marağı olan balaca Qəmbərə böyük təsir göstərirdi. 1927-ci ildə orta məktəbdə oxuya-oxuya Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunur. 1929-cu ildə isə Gəncə pedaqoji texnikumuna daxil olur. Təhsil illərini sonralar Azərbaycanın böyük bəstəkarı olan Fikrət Əmirov və tarzən Zərif Qayıbovla birgə addımlayırdı. “Rast”ı, “Şuru, “Zabul segahı”nı və başqa muğamları tarda məharətlə ifa edən gənc və istedadlı Q.Hüseynli hələ tələbə ikən aşıq və el havalarını toplayıb nota alıb. 1934-cü ildə texnikumun tar sinfini fərqlənmə diplomu ilə bitirən Qəmbər pedaqoji kollektivin qərarı ilə təhsilini davam etdirmək üçün Bakıya göndərilib. Ona Bakı Musiqi Texnikumunun violonçel sinfində təhsil almaq təklif olunanda tərəddüd etmədən razılıq verir. İki il müddətində tanınmış musiqi pedaqoqu A.S.Şvartsın violonçel sinfində təhsil alıb. 1939-cu ildə Qəmbər Hüseynli Şuşa Musiqi Texnikumunda direktor vəzifəsində çalışıb. Sonra Q.Hüseynli filarmoniyanın nəzdində fəaliyyət göstərən Xalq Çalğı Alətləri Orkestrində dirijor köməkçisi vəzifəsində çalışmaqla yanaşı, Üzeyir bəyin tövsiyəsi ilə həmin illərdə yaranan Sazçı Qızlar Ansamblının həm təşkilatçısı, həm də bədii rəhbəri işləyib.

Görkəmli bəstəkarın yaradıcılığında mahnı və romans yaradıcılığı mühüm yer tutur. Unudulmaz sənətkarın romans lirikasının zirvəsi sayılan “Ay işığında”, “Gecələr uzanaydı”, “İlk məhəbbət”, “Düşür yadıma”, “Gülə-gülə”, “Sən-sən” mahnıları ilə yanaşı onu az qala bütün dünyada tanıdan melodiya “Cücələrim”di. “Cücələrim” o vaxtdan indiyə qədər dünyanın 100-dən çox xalqının dilinə tərcümə olunub. Dünyada “Cücələrim” qədər geniş yayılan, yüz milyonlarla uşaqların və böyüklərin – müxtəlif nəsillərdən olan adamların zövqünü oxşayan ikinci bir Azərbaycan mahnısı yoxdur. Sənətşünasların, sənət bilicilərinin yekdil rəyinə görə, indiyə kimi “Cücələrim” qədər öz müəllifini bütün dünyada tanıtdıran ikinci mahnı olmayıb.

(Ardı var)

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 25 oktyabr.- S.28.