Ogyüst Rodenmüasir heykəltəraşlığın titanı

 

 

 

(Əvvəli ötən şənbə sayımızda)

“Balzak”ın nümayiş etdirilməsi isə böyükxoş bir müzakirəyə səbəb oldu. Xüsusən gənclər entuziazm göstərirdilər, heykəlin onlara verdiyi təəssüratı təsvir etmək üçün şeirlər söyləyirdilər. Yaşlılar isə bu fikrə gəlirdilər ki, bu, gələcəyin heykəlinin simvoludur. Salona gələnlər arasında bir nəfər dəyərli tamaşaçı “Balzak”ın ətrafında iti addımlarla gəzirdi. Bu böyük ingilis dramaturquşairi Oskar Uayld idi (Cinsi orientasiyasına görə dələduz dostunun ucbatından vətənində borc dustaqxanasına düşmüş Oskar Uayld Salonda olduğu vaxtdan iki il sonra elə Parisdə də vəfat etmişorada da Per-Laşez qəbiristanlığında dəfn edilmişdi. Fransa simvolistlərinin ənənəsində yazan şairə həmin ölkədə böyük sevgi var idi). O, bu vaxt vernisaja baxmağa gəlmişdi. Yerə düşmüş mələyin şir başı (Balzak heykəldə iri başı ilə təsvir edilmişdi), geyindiyi mantiya ilə onu valeh etmişdi. Baş dəbdəbəli idi, əynindəki mantiya gipsdə bütünlüklə ölçüyə sığmayan palıd qozası kimi görünürdü. Bəziləri ona münasibətini qəzəblə ulamaqla bildirirdilər.

Əslində “Balzak”ın nümayiş etdirilməsi XIX əsrin sonunun Parisini xeyli dərəcədə həyəcanlandıran dəhşətli sənət münaqişələrindən birinin başlanğıcı üçün siqnal oldu. Rodenin əsərini bu toqquşmada Henri de Roşfor “gipsdə olan qarın və ya ayının yaxşı adamı” kimi unudulmayan sözlərlə qiymətləndirilmişdi. Roden isə bu nankor adamın büstünü düzəltmişdi. Bir sənət işbazı isə daha uzağa gedərək, maskalanmış şar verməklə qonaqlarını qəbul edirdi ki, Rodenin “Balzak”ı kimi  onların bundan zəhlələri getsin.

Roden bu təhqirləri ciddi nəzakət və laqeydliklə qarşılayırdı: “Mən artıq öz heykəlim üçün vuruşmalıyam, uzun müddət ərzində özümü müdafiə etməyə qadir olmalıyam... Mənim həyatım öyrənməyin uzun yollarından biridir. Əgər həqiqət ölməlidirsə, mənim “Balzak”ım gələcək nəsillər tərəfindən qırılıb, parça-parça ediləcəkdir. Əgər həqiqət əbədidirsə, mən proqnoz verə bilərəm ki, mənim heykəlimin özü təkcə öz yolunu müəyyən edəcəkdir”.  Başqa bir dəfə isə bildirirdi: “Estetik qanunvericilər mənim “Balzak”ımın əleyhinədir, ictimaiyyətin və mətbuatın əksəriyyəti də həmçinin. Görən nə olmuşdur? Heykəl xalqın ağlına girmək üçün öz yolunu tapacaqdır, hətta güclə və inandırma vasitəsilə olsa da. Gənc heykəltəraşlar vardır ki, Salona gəlib, onu görürlər, öz ideyalarını axtaran vaxt bu heykəl barədə düşünürlər”.

Parisdəki ümumi münasibətə baxmayaraq, Belçikadan onu bəyənmək barədə hərarətli mülahizələr gəzirdi, bir qrup Belçika sənətsevəri heykəltəraşdan xahiş etdilər ki, həmin sənət əsərini satın almalarına icazə versin. Onların sözlərinə görə, “Balzaka Brüsseldə çox valeh olmuşlar. Heykəl ictimai meydançaların birində qoyulacaqdır. Belə münasibət Parisi də hərəkətə gətirdi. Bir qrup rəssam, yazıçı və sadə həvəskarlar “Balzak”ı müdafiə etmək üçün nəcib bir bəyanat yaydılar. İmza edənlərin sırasına Karrye, Mirbo, Tuluz-Lotrek, Anatol Frans daxil idi. İş Dreyfus məsələsi ilə bir vaxta düşdüyünə görə daha da mürəkkəbləşdi. Ehtiraslar çox qızğın şəkildə qalxanda, belə dəyişmiş şəraitdə Roden mətbuatda ləyaqətli bir bəyanatla çıxış etdi: “Mən bir rəssam kimi birinci növbədə özümə hörmətimi nəzərdə tutaraq sizə elan edirəm ki, öz abidəmi Salondan çıxardıram, o heç bir yerdə qoyulmayacaqdır. Baxmayaraq ki, sonralar iki tunc nümunə töküldü, “Balzak” 1939-cu ilə kimi istifadəsiz qaldı. Hazırkı vəziyyətində isə həmin ili Raspel bulvarında qoyuldu.

Balzak abidəsi” Rodenə çətin bir tapşırıq idi. O, elə bir imic tapmalı idi ki, romançının böyüklüyünü və baxışını ifadə etsin. Bunun üçün o, kitablardakı mənbələrə müraciət edir və romançının anadan olduğu yerə səfər edir. O, hətta Balzaka paltar tikən dərzini tapmışdı və ona sifariş vermişdi ki, bir cüt şalvarjilet tiksin. Müəllifin təklif etdiyi ölçüdə onlar hazırlanmalı idi. Lakin heykəl üzərində bir sıra problemlərlə əhatə olunurdu. Roden özünü şahinə bənzədirdi (şahin ova çıxmalı və tapdıqlarını geri gətirməli idi), cəld olmağa möhtac idi. Başın quruluşu üçün mümkün olan qədər çox sayda modellər hazırladı. Bu vaxt Fransanın Balzakın vətəni olan hissəsinin tiplərindən istifadə edirdi, yazıçı haqqında bol məlumat yığırdı və öz işi barədə yaxşı ümidlə yaşayırdı. Onun tuncda, gildə, gipsdə və mumda olan qırx eskizi qalmışdır. Bunlar göstərir ki, o, demək olar ki, öz qəhrəmanının dərisinin altındakı daxilinə nüfuz etmək, onu əldə etmək istəyir. Heykəli müxtəlif pozalarda, həm də çılpaq şəkildə və paltarlı göstərmək istəyirdi. O, fiqurun eskizlərini, həmçinin onun başının eskizlərini düzəltdi. Bu, qüdrətli, hökmlü adamın görünüşü idi, bu adam demək olar ki, şeytan təbəssümünə malik idi.

Heykələ paltar geyindirmək barədə gəldiyi mülahizə müdrik bir qərar idi. Balzakın yoğun bədəni çılpaq şəkildə təsvir olunmağa uyğun gəlmirdi. Roden deyirdi ki, romalıların paltarı universal olmaqla, bütün  zamanlar üçün yararlı idi, belə bir düşüncədə ki, insan bədəninin gözəlliyini korlamırdı. Orta Əsrlərin də paltarlarının çoxu həmçinin yaxşı təsir bağışlayırdı. Ona görə də heykəltəraş Balzakı soyundurmadı, çünki onun mantiya geyinmiş növdəki işləməsi sahəsindəki adəti heykələ sərbəst qaydada xalat geyindirmək imkanı verdi. Bu, zamanından asılı olmayaraq heykələ yaxşı xətlər və profillər verməyə kömək etdi.

Roden özü Misir sənətinin böyük pərəstişkarı olduğundan ümid edirdi ki, onun yaratdığı abidə faraonların heykəlləri kimi qara qranitdə həkk olunacaqdır. Həm də o, ağlında xüsusən Luvrda nümayiş etdirilən Hammurabi Kodeksini nəzərdə tuturdu.

Onu da qeyd etmək lazımdır ki, “BalzakRodenin yaratdığı ən yaxşı heykəllərdən biri idi. O, böyük romançının son imicini onun geyindiyi mantiyada təsvir etdi və heykəltəraşın çox mənada özünü Balzakla eyniləşdirməsi, onun plaşa bürünmüş qaydada bir fotoşəklinin mövcud olması ilə daha da möhkəmlənmişdi. Heykəltəraşı və romançını bir çox cəhətlər bağlayırdı. Hər ikisi yorulmayan zəhmətkeş idi, hər ikisi öz dolanışığını qazanmaq üçün əziyyət çəkməyə məcbur olmuşdu və hər ikisi insan təbiətinin oynamasını müşahidə etməkdə və bunları öz əsərlərinə keçirib, ifadə etməkdə müəyyən stimullar tapırdılar. Bununla yanaşı, Roden Balzak romanlarının qızğın məftunu idi. Həmin orijinal heykəldə bu iki şəxsiyyət arasındakı təbii oxşarlıq müəyyən qədər ifadə oluna bilərdi.

Roden yazıçının təbiətindəki kişilik simvolu kimi bir elementi göstərməklə onun universal dahi olduğunu bildirirdi. O, taleyin şəxsiyyəti kimi qalır, insan təbiətində mövcud olan zəiflikdə olduğu kimi, ləyaqətdə də görünən peyğəmbər idi. Rilke bu barədə öz məşhur sözlərini yazır: “Bu o Balzakdır ki, bolluğu ilə seçilən öz məhsuldarlığında nəsillərin banisi, talelərin bədxərci idi. O, elə adam idi ki, gözləri heç bir obyektə ehtiyac duymurdu, baxışı boş olan dünyanı da bəzəyə bilərdi. Bu, o adam idi ki, əfsanəvi gümüş mədənləri vasitəsilə varlı olmaq və əcnəbi qadına məhəbbətli ilə xoşbəxt olmaq istəyirdi. O, Yaradanın özü idi, Balzak fiqurasını qəbul etmişdi, o, görünən formada meydana çıxmalı idi: yaradıcılığın özündən razılığı, lovğalığı, ekstazı, sərxoş etməsi. Arxaya atılan baş onun fiqurasını fəvvarələrin şırnağı üstündə rəqs edən şarlar kimi taclandırırdı. Bütün ağırlıqlar yüngülə çevrilirdi, qalxıb və enirdi”.

Roden 1895-ci ildə Argentinanın paytaxtı Buenos-Ayres şəhərində üç il sonra qoyulacaq prezident Sarmyentonun abidəsinin layihəsini verdi, bu vaxt o, Klod Lorren üçün hazırladığı heykəlinin variantından istifadə etdi. O, şair Bodlerə çox möhkəm hüsn-rəğbət bəsləsə də, heç vaxt ona abidə yaratmadı.

Məhəbbət macərasının ağrıları

Rodenin gur və hissiyyatlı təbiəti onu hökmən qadın düşkününə çevirirdi. Müasiri Edmon de Qonkur demişdi ki, Roden qadın üçün hər şeyə, hər bir cinayətə qadir idi. Həqiqətən də o, bir sıra heykəllərində meydana çıxan kimi qəddar satirə bərabər ola bilərdi. Bir dəfə Klod Mone ilə nahar edəndə, rəssamın dörd qızına elə baxmışdı ki, onlar utandıqlarından bir-birinin ardınca yemək süfrəsini tərk etməli olmuşdular. Başqa bir vaxt bir gənc oğlanla Myodonda gəzərkən, heykəltəraş ona tərəf dönüb demişdi: “Danışırlar ki, mən qadın barədə çox düşünürəm. Lakin bu necə də səfeh sözdür. Düzdür, hər şeydən əlavə, axı bundan başqa hansı daha vacib bir şey vardır ki, onun barəsində düşünəsən”.

Onun eşq macəralarının çoxu təsadüf nəticəsində baş verirdi, hətta onlar qəflətən baş versə də, Rozanın uzun müddət ərzində əzab çəkməsinə səbəb olurdu. Bununla yanaşı, 1883-cü ilə yaxın o, coup de foudre  “ildırım zərbəsi” aldı. Onun həyatında qığılcım kimi parlayan bu qız Kamilla Klodel idi. Alfred Buşenin ona təqdim etdiyi həmin qız nəticədə onun köməkçilərindən və şagirdlərindən birinə çevrildi. Bu gözəl məxluq yazıçı və diplomat Pol Klodenin bacısı olmaqla, 1856-cı ildə anadan olmuşdu, “yeni qadının” tipik nümunəsi idi. Belə qadınlar tezliklə çox sayda müasir romanların və pyeslərin qəhrəmanına çevrilirdilər. Bütöv düşüncədə onun “bacılarının” uğrunda mübarizə apardığı azadlıq arzusu Rodenin də əsərlərində əks olunurdu.

Kamillanı heykəltəraşlıq özünə çəkir, çox cəzb edirdi, onun əsərləri Salona göndərilirdi. Mirbo bir dəfə onu “təmiz şəkildə böyük rəssam – unikal şəxs, təbiət qiyamçılarından biri, “düha qadını” adlandırmışdı. Onun rəssamlıq qabiliyyətinə Rodenin özü də qiymət verərək, bəyan etmişdi ki, “Mən ona qızılın harada olduğunu göstərdim; o, onu tapdı, ancaq bu mənim deyil, onun öz qızılı idi”.

Kamilla Roden üçün çox şey demək idionu ilhamlandırırdı. Roden üçün bu qız yüksək təəssürat doğuranDan yeri”, “Düşüncə” və “Fransakimi əsərlərində model kimi xidmət göstərmişdi. Yunan mifologiyasında Kipr çarı, görkəmli heykəltəraş Piqmalion özünün mərmərdən düzəltdiyi qız olan Qalateyaya vuruldu. Piqmalionun xahişi ilə  ilahə Afrodita onu diriltdiPiqmalion ona evləndi. Poden isə öz “Qalateya”sında virtual deyil, canlı və bütün varlığı ilə sevdiyi Kamillanı vəsf etmişdi. Onun Rodeni necə əsir etməsini başa düşmək asandır. O, rəssam idi, hissiyyatlı və ilham pərisi olan bir qız idi, bir sözlə, Rozaya tam əks idi. Edmon de Qonkur bu qızla 1894-cü ilin martındakı görüşünü təsvir edərək yazır ki, o, üstündə iri yapon gülləri olan komzolda gəlib çıxdı, uşaq başına oxşar başı, gözəl gözləri, kəlməni orijinal qaydada dəyişdirməsi və özünü təqdim etmək üslubu ilə kəndli qadın ağırlığını yada salırdı..

(Ardı var)

 

Telman Orucov

525-ci qəzet.- 2014.- 25 oktyabr.- S.25.