"Qaraçava",
"Kötəl", "Qobu", "Zoğalat" və "Çay
bağça"...
Ağdamın işğal altında
olan ərazisində çoxsaylı toponim
və hidronimlar var. İndinin özündə
şəhər haqqında
söz düşəndə
ilk növbədə məhz
həmin toponimlər də yada düşür.
Bu yazıda biz bir sıra işlək olmuş və bu
gün unudulmaqda olan toponim və hidronimlər barəsində
söz açacağıq.
“Qaraçava”
“Qaraçava” - Ağdamın
yaddaqalan toponimlərindəndir.Seyidli
kəndinin məhəllələrindən
sayılır. “Beşmaşınlıq”
profilaktoriyanın yanındakı
“Ziba” xanımın Su
dəyirmanından başlamış
üzü yuxarı Qiyaslı kəndinin Söyüdlüqol məhəlləsinədək
uzanan hissəsinə
“Qaraçava” deyərdilər.Çökək
ərazi sonradan həyətyanı sahə kimi əhaliyə paylanılmışdı.
Qeyd edək
ki, Qiyaslıdan keçən magistral yol kəndə çatar-çatmaz sol tərəfə
burulurdu. Solda Qaraçava məhəlləsi,
sağda isə Qiyaslı kəndi qalırdı. Təxminən bu ərazidə Zakir və Nadir qardaşlarının yeməkxanası
fəaliyyətdə idi.
Bəzən bu qardaşlara “qaraçava”
Zakir və ya Nadir deyərdilər.
Çökəklik olan bu
ərazinin yuxarı hissəsindən Qar-qar çayından çəkilən “Kötəl arxı”, aşağı hissəsində isə “Qaraçavaarxı” çəkilmişdi.”Qaraçava arxı” Çuxurməhlə
kəndinin üst tərəfindən, Xıdırlı
və Qiyaslı kəndinin altından keçərək “Dəvəbatan”adək
gedib ambara tökülürdü. Ağdamkənd Su ambarına yığılan
su ilə aşağı tərəflərdə
olan Çəmənli,
Zəngişalı, Mahrızlı,
Qaradağlı kəndlərinin
əkin sahələri
sulanırdı.
Söz mənşəcə türk sözü olub iki hissədən ibarətdir. “Qara” böyük “çava” isə əslində “çala” “çökək” mənasını verir. “Çala” sözü işləndikcə təhrif olunmuş və “çava” yazılışı kimi qəbul edilmişdir.
“Qaraçava” arxı Qar-qar çayından çəkilən suvarma kanallarından birincisi idi. Ümumilikdə isə Qar-qar çayından Qaraçava, Kötəl, Qobu, Zoğalat və Xatın arxı çəkilmişdi. Bu kanalların demək olar ki, hamısı “Xanlıq” dövründə Ağdam və aşağı ərazilərin əkin sahələrinin su təminatı məqsədiylə çəkilmişdi. “Xatın arxı” üzü Şelli kəndinə tərəf getməklə Abdal-Gülablı kəndinin altınadək gedirdi. Digər dörd arx isə Ağdam şəhərini bu və ya digər şəkildə kəsməklə sonda Ağdamkənd Su ambarına tökülürdü...
“Zoğalat”
“Zoğalat”- Ağdamın az işlənən və hazırda unudulan hidronimlərindəndir. Qarabağ xanlığı dövründə aşağı əraziləri suvarmaq üçün çəkilən arxlardan biri el arasında belə adlanırdı. Bu arx çəkilən arxların ən kiçiyi idi. Təxminən Əhmədavar kəndinin ərazisindən başlanan arx sonda Qobu arxına qarışıb Qar-qar çayına tökülürdü. Arxın Qar-qardan ayrılan ərazisi zoğallıq olduğundan əhali bura “zoğalat” deyərdi.
Çox güman ki, “Zoğal arxı” ifadəsinin təhrif olunmuş formasıdır.
“Çay bağça”
“Çay bağça”
toponimdir. Əhmədavar kəndindən Əsgərən
rayonuna gedərkən
Qaraağacı qəbiristanlığına
çatmamış yolun
sol tərəfində yerləşirdi.
Böyük bir ərazidən
daim axan Qar-qar çayı, üstəlik Şuşanın
təmiz havası əraziyə əhalinin diqqətini cəlb etmişdi. Ötən əsrin əllinci
illərindən başlayaraqsəksəninci
illərinədək “May bayram”larını
əhali ellikcə burada qeyd edərdi.
Ötən əsrin 60-70-ci illərində
bu addım sanki bir ənənəyə
çevrilmişdi. Əraziylə üzbəüz Qara qaya idi. Bu ətrafa yaxın ərazidə Şelli kəndinə yol
ayrılırdı. Adıçəkilən ərazidə yeni körpü salınmış
və ərazini dəmiryol xətti kəsirdi.
Çay
bağça ərazisində
sıx tut bağı,magistral yola bitişik hissəsində
yeməkxana, daş sexi və Əsgərantərəfə
getdikcə isə Un dəyirmanı var idi.
“Çay bağça” yaşıllıqlarla yanaşı,
həm də müxtəlif kol bitkiləriylə zəngin
idi...
“Kötəl” arxı
“Kötəl” sözü
hidronimdir. Qar-qardan çəkilən arxlardan
yalnız “Kötəl”
suvarma arxı kimi deyil, su
dəyirmanlarını işlətmək
üçün nəzərdə
tutulmuşdu. Arxın Əhmədavar,
Seyidli, Keşdazlı
və Ətyeməzli
kəndindən keçən
hissəsində ondan artıq Su dəyirmanı
var idi. Bu arxda
sonda Ağdamkənd
Su ambarına tökülürdü.Qeyd
edilən arxlardan yalnız “Kötəl”in suyu dəyirmanlar üçün
istifadə edildiyindən
kəsilmirdi.
Maraqlı hal onda idi
ki, Kötəl və Qobunun qarşısını kəsməklə
yayda məktəb yaşlı uşaqlar çimmək üçün
də istifadə edərdilər.
“Kötəl” sözünün
kökü və mənası haqqında hər hansı bilgi əldə edə bilmədik.
“Qobu” arxı
Xanlıq dövründə çəkilən
suvarma kanallarından sayılır. “Qobu” sözü “çökəklik”,
“su axan dərə” və “qurumuş çay yatağı” mənasını
verir. Ancaq Ağdamda çəkilən
bu arx daha
çox “su axan dərə” mənasındadır.
“Qobu” arxı dərə
ilə axaraq şəhərin mərkəzini
kəsirdi. Bu arxda sonda Ağdamkənd
su ambarına qoşulurdu. Lakin altmışıncı illərdə
şəhərin kanalizasiya
xətləri bu arxa qoşulduğundan
1965-ci ildə,Nadir Abbasovun Ağdam RPK-nın birincikatibi olduğu dövrdə, “Qobu”nun üstü bağlandı. Yetmişinci
illərdə isə Ağdamkənd ərazisində
təmizləyici qurğular
inşa edildi...
Vüqar Tofiqli
525-ci qəzet.- 2014.- 25 oktyabr.- S.8.