QARIŞDI
Bahar fəsli ötdu keçdi ömürdən,
Payız gəldi, yağmur qara qarışdı.
Xəzəl oldu könlüm
bağı yamanca,
Bülbül küsdü, güllər
xara qarışdı.
Mən həsrətə, kədər
mənə qovuşdu,
Könlum küsdü, ruhum sənə qovuşdu.
Hicran seli, gözum sənə qovuşdu,
"Segah" dindi, kaman tara
qarışdı.
Şən ülfət dolandım,
yetimlər kimi,
Üşüdu, titrədi qəlbimin simi.
Əlacıma çağırsam da
həkimi
Ümid soldu, ağa qara qarışdı.
İSTƏYİR
İçim tufan, üzdə
həzin mehəm mən,
Kür də mənə rəqib olmaq istəyir.
Könlüm buzdu, sözüm buzdu, nədənsə?
Qış da məndən soyuq almaq istəyir.
Zərrə sevincim də məndən qəm çəkir,
Könlümün havası qəmdən nəm çəkir.
Mən taleyə, ruhum mənə çəmkirir
Mənə baxan gül də solmaq istəyir.
Bumu həyat,
bumu sevgi, məhəbbət?!
Alışıb həsrətdən yanır
səadət.
Nifrət,
kədər məndə
görür rəqabət
Əzrayıl ruhumu çalmaq istəyir.
Şeirlərim qəmdən çıxa
bilmədi,
Qələmin gözyaşı vərəq
silmədi.
Şair
şöhrət oldu,
üzü gülmədi,
Cansız torpaq altda qalmaq
istəyir.
MƏN
Yanır,
xilas edin qəlbimi qəmdən,
Aylardı hicrana, qəmə yaram mən.
Ruhuma sevinci tanıtmaq ücün
Sinəmdə könlümü gərək
yaram mən?!
Gülmədi gözlərim: nurum
çəkildi,
Yoluma hicrandan
körpu tikildi.
Həsrətəm sevincə gör
neçə ildi,
Məhəbbət gəzənə aşikaram
mən.
Açmamış çiçək də,
vədəsiz solmaz,
Ürəyi olmayan ağlamaz,
dolmaz!
Şairin
dərdinə dağ da yar olmaz
Sevgi-məhəbbətdə bəxti daram mən.
Mehman Rasimoğlu
525-ci qəzet.-
2014.- 29 oktyabr.- S.8.