Yavuz Axundlu
düşüncələri "Xatirələr
işığında"
Bu yaxınlarda ədəbiyyatşünas
alim Yavuz Axundlunun "Xatirələr
işığında" kitabı nəşr olunub.
Müəllif kitabın girişində
hələ gənclikdən
xatirə ədəbiyyatına
maraq göstərdiyini
vurğulayıb: "...Türkiyə
ilə əlaqələr
yarandıqdan sonra türk dilində bu mövzuda müxtəlif kitablar, o cümlədən Camal paşanın xatirələrini,
Çanaqqala döyüşü
haqqında, genosidə
dair bir neçə kitab oxudum, rəsmi arxiv sənədləri ilə tanış olmaq imkanı əldə etdim. Son illərdə H.Əliyev
haqqında Azərbaycan
və rus dillərində yazılmış
kitabları da maraqla oxumuşam. Bütün bunlar mənim xatirələrimlə bağlı
olmasa da, dünyagörüşümün inkişafına xeyli kömək göstərib.
Xatirələri yazarkən heç
bir mənbədən,
qeydlərdən, kitablardan
istifadə etməmişəm.
Hadisələri yadımda qalan kimi qələmə almışam. Hadisələrin şərhində, izahında yaddan çıxan məqamlar, bəzən səhvlər
olması istisna deyil. Əzbərdən
yazdığım şeir
nümunələrində bəzi
qüsurlar da ola bilər.
Lakin oxucuları əmin edirəm ki, əsərdə təhrifdən
söhbət gedə bilməz".
Kitabdakı materiallar "Səssiz
fəryad", "Elmi
axtarışlar yolunda
ilk addımlar", "Yenidənqurma
oyunu, ölkənin süqutu", "Ziyarətli
günlərim" adlı
fəsillərdə öz
əksini tapıb.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2014.- 29 oktyabr.- S.7.