Şair harayı: "Dünya,
qapını aç..."
Mərhum
şair, Əməkdar
incəsənət xadimi
Məmməd Alimin
"Dünya, qapını
aç.." kitabı işıq üzü görüb. Kitabın tərtibçisi və redaktoru şairin ömür-gün yoldaşı
Tamilla Məmmədovadır.
Kitaba müəllifin
son illərdə yazdığı
şeir, poema və tərcümələri
ilə yanaşı, əvvəllər yazılmış
bir sıra seçmə şeirləri
də daxildir. Həmin əsərlərdə
şairin dünya və yaşam haqqındakı düşüncələri,
insan və cəmiyyətdəki yeri,
Vətən və doğma xalq qarşısında borcu poetik boyalarla öz əksini tapıb. Bu poetik
duyğuları fəlsəfi
ümumiləşdirmə bacarığı,
vətəndaşlıq yanğısı
səciyyələndirir. Kitabın ön söz müəllifi T. Məmmədova "Ölümü
ilə barışa bilmirəm" yazısında
şairin yoxluğundan
duyduğu ağrını
qələmə alıb:
"O, 65
illik ömür yolunun ləyaqətlə yaşadı. Sadəcə
"Alim" deyə müraciət etdiyim - Azərbaycan Yazıçılar
Birliyinin Gəncə bölməsinin sədri, Dövlət İdarələri
və İctimai Xidmət İşçiləri
Həmkarlar İttifaqı
Gəncə şəhər
Komitəsinin sədri,
şair, dramaturq, tərcüməçi, publisist,
beynəlxalq Rəsul Rza ədəbi mükafatı laureatı,
əməkdar incəsənət
xadimi Məmməd Alim şərəfli, dözümlü, heç
kəsə baş əymədən əsl kişi ömrü yaşadı. Hər bir sənətkar
zamanının övladıdır,
deyirlər. Məmməd Alim nəinki öz zamanının övladı idi, o hətta zamanı qabaqlamışdı. Onun həyat
yolu ilə yaradıcılıq yolu bir-birinə calanıb hörülmüş bir ömür idi".
Kitabda şairin yaradıcılığı
"Azərbaycanım", "Yuva qurdum söz
içində", "Sənin
gözəlliyin gözlərindədir",
"Dərdini danışma
dağa", "Həyat
saat deyil", "Keçib gedər",
"Mədinəm-nəvəm mənim", "Poemalar"
və "Tərcümələr"
başlıqlarında təqdim
olunub.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2014.- 29 oktyabr.- S.7.