"Ulduz"
jurnalının oktyabr sayı nəşr
edilib
Bugünlərdə "Ulduz" jurnalının yeni - oktyabr sayı işıq üzü görüb.
Jurnal tanınmış
şairə Sona Vəliyevanın "Ekspert
rəyi yerinə oxucu sözü" yazısı ilə açılır. Müəllif
"Ulduz"a gətirdiyi
dərin məzmuna, ətraflı mövzu rəngarəngliyinə, yeni
poliqrafik formaya görə jurnalın baş redaktorunu təbrik edib və dərginin keçən sayında çıxmış materiallar
haqqında ətraflı
rəy qələmə
alıb:
"...Gənc yazar Fidanla müsahibəni və onun hekayəsini
diqqətlə oxudum. Eşq olsun bugünkü gəncliyə!
Fidanın timsalında
vətəndən kənarda
yaşayan yaradıcı
gənclik Azərbaycanın
həm mənəvi sərvəti, həm də qürur ünvanıdır... "Şeir
vaxtı" bölməsində
Əlizadə Nurinin şeirləri Fidanın qərb havalı nəsrindən sonra içimə ilıq duyğular gətirdi... Xuraman Hüseynzadənin şeir vaxtı saatın əqrəblərini "Oxşarlıq" adlı
şeirə doğru çəkdiyindən mən
də bir şeirin mövzusunda yer alan iki
qadının taleyinə
oxucu kimi müşahidəçi olduğumdan
qulaq müsafiri, göz müsafiri kimi bəzi məsələlərə aydınlıq
gətirməyə çalışdım...
İradə Aytelin
"Qadın", "Qəribəm",
"Evli kişini sevmək" şeirləri
hər sətri belə gileylə, istəklə birgə böyük cəsarəti
nümayiş etdirir...
Pərvinin təqdimatında teatra yer ayırmağınız
ədəbi nəşrdə
ənənələrin ən
gözəli və vacibi kimi diqqətimi
çəkdi. Həyatın, ədəbiyyatın, cəmiyyətin
inkişaf tempi içimizdəki
inkişaf tempi kimi teatrın mövzusunda qovuşduqca həyat daha maraqlı, yaşamaq daha mənalı olur...
Laura Cəbrayıllının "Abi
körpüsü" şair
Tofiq Abdinə həsr olunmuş düşüncələrindən çox duyğulandım...
Yer üzündə insanların ən azı əlli faizi antidepression dərmanlar qəbul edir, səbəbini Gülnarə İlham
"İtim, pişiyim,
tutuquşum" hekayəsində
çox sadə dillə oxucuları ilə dərdləşərək
söyləyir... Lap elə
hər şey "təzə sətirdən,
abzasdan başlasa"
belə, məncə,
şeir yazılacaq. Çünki Tanrının
qapısı açıqdır,
düşünürəm, bəlkə Rəşad Məcid qapısını
ona görə elə açıq qoyur... Məncə, mənim bu yazım
ekspert rəyindən çox ədəbi mühitlə bağlı
ürək boşaltmağa
bənzədi..."
Jurnalda ekspert rəyini Cəlil Cavanşirin özüylə
söhbəti və şeirləri izləyib.
Cəlal Bəydilinin "Ənənəyə
ehtiramla" essesində
modern düşüncə ilə bağlı fikirlər verilib.
Jurnalın "Şeir vaxtı"nda
Elçin Mirzəbəylinin
"Əlvida", "Çərəsizilyin
peyzajı", "Bağışla",
"Sən qoyduğun
küncdə", "Bircə
kəlmə payız",
"Gedəsən", "Bir ömür unut məni", "Qış nağılı",
"Alnıma yazılan
yazı əriyib",
Əli Şirin Şükürlünün "Əlahiddə bacarıq",
"Çiçəkləri sevirdi sevda", "Bir məsələ üç məchul" şeirləri təqdim edilib.
Aslan Quliyevin
tərcüməsində Hayri
Ataşın "Müəllim
necəsiniz", "Sən
arvadsan?", "Mehriban
olaq" hekayələri
nəsrsevərlərin ixtiyarına
verilib.
Professor Vaqif Yusifli "Gənc şairlər, sözüm sizədir"
yazısında Ramil Əhməd, Mətləb
Ağa, Ruslan Dost Əli, Arzu Nehrəmli, Gülşən
Behbud və Nuranə Nurun yaradıcılığı haqqında
düşüncələrini qələmə alıb.
"Ulduz" jurnalı ilə "Ədəbiyyat
qəzeti"nin birgə layihəsi "Variasiya"da Haruki Murakaminin essesinin tərcümələri təqdim
olunub. Layihədə Məti Osmanoğlu, Nilufər Şıxlı,
Şəfiqə Şəfa,
Firuz Abdulla, Günay Səma Şirvan, Günel Eyvazlı, Kifayət Haqverdiyeva, Nərgiz Məhərrəmzadə,
Sultan Mərzili, Ülkər
Həsənova, Xatirə
Lətifova iştirak edib. Layihənin qalibini ekspert qismində Yazıçılar
Birliyinin katibi İlqar Fəhmi müəyyənləşdirib: Məti Osmanoğlu.
Bu yaxınlarda 50 illik yubileyini qeyd edən Elçin İsgəndərzadənin "Qarabağ xronikası"
ilə yanaşı, Xalq şairləri Məmməd Araz, Bəxtiyar Vahabzadə, Xalq yazıçısı
Anar, Çingiz Aytmatov, Yavuz Bülənt Bakilər və Şahmar Əkbərzadənin yubilyar
haqqında fikirləri
də bu sayda dərc olunub.
Vüsal Nuru "Ədəbiyyatın
kor budağı" yazısında fantastika janrı haqqında fikirlərini bölüşüb.
Jurnalda Ceyhun Musaoğlunun "16-cı vaqon"
hekayəsi, Əvəz
Qurbanlının satiraları,
Vasif Süleymanın şeirləri də verilib.
"Yeni imza"
rubrikasında Bəhruz
Niftəliyevin şeirləri
dərc olunub.
Nuranə
Nur "mənim şairim" yazısında Xalq
şairi Məmməd
Arazın yaradıcılığı
haqqında fikirlərini
ifadə edib.
"Dərgidə kitab"
layihəsinin budəfəki
qonağı şair Kənan Hacıdır. Layihədə
şairin "Saxla gedən qatarı",
"Yeni il gecəsi tənha qalanlara", "Uzunömürlü
kədər", "Gecədən
səhərə bir duyğu marşrutu",
"Hardasan", "Səndən
o yana" şeirləri
yer alıb.
S.MÜRVƏTQIZI
525-ci qəzet.-
2014.- 29 oktyabr.- S.7.