Professor Aida İmanquliyeva haqqında yeni kitabın təqdimatı olub

 

Yazıçılar Birliyinin "Natəvan" klubunda filologiya üzrə fəlsəfə doktoru, şairə Xədicə Muradın görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 75 illik yubileyinə həsr etdiyi "Analı günlərin davamı..." kitabının təqdimatı keçirilib.

 

Tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə Aida İmanquliyevanın işıqlı həyatına, mənalı ömür yoluna güzgü tutan bu kitabı yüksək qiymətləndirib:

 

"Professor Aida İmanquliyevanın alim qələmi ilə uğrunda mübarizə apardığı ideya amallar qədər ki, öz aktuallığını itirməyib, onun əsərlərinə müraciət ediləcək gələcək nəsillər onu daim minnətdarlıqla xatırlayacaqlar.

 

Çünki Aida İmanquliyeva Şərq Qərb münasibətlərində çoxtərəfli dialoq əməkdaşlığın olmasını son dərəcə vacib sayıb, mədəniyyətlərin yalnız yalnız qarşılıqlı hörmət, dialoq inteqrasiya yolu ilə inkişafı təkmilləşməsini, eləcə bəşəriyyətin xoşbəxt gələcəyinin yalnız sülhdə, mədəniyyətlərarası dialoqda, elmi-ədəbi mədəni inteqrasiya şəraitində mümkün olduğunu dönə-dönə qələmə alıb".

Redaktoru Xalq şairi Nəriman Həsənzadə olan kitabda böyük şərqşünas alim Aida İmanquliyevanın Ana obrazının qabarıq cizgilərlə tərənnüm edildiyi vurğulanıb.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 29 oktyabr.- S.7.