Litvada Milli icmalar günü bayramı

 

Bu il Vilnüs şəhər Bələdiyyəsinin Ratuşa binasında ölkədə ilk dəfə olaraq Litva Milli icmalar gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Mayın 21-də baş tutmuş rəsmi bayram tədbirində dövlət hökumət institutlarının rəhbərləri, xarici ölkələrin Litvadakı diplomatları, Litva milli icmalarının bir sıra digər QHT liderləri, elm mədəniyyət xadimləri, siyasət adamları, beynəlxalq humanitar təşkilatların fondların təmsilçiləri, etnik azlıqlar siyasəti üzrə mütəxəssislər, KİV-nin nümayəndələri digər şəxslər iştirak ediblər.

Tədbirdə Vilnüs şəhərinin meri Arturas Zuokas, Litva Respublikası Seyminin vitse-spikeri Pyatras Auştryaviçyus, Litva Respublikası Hökumətinin 1-ci vitse-kansleri Remigiyus Motuzas, LR mədəniyyət nazirinin müavini Edvard Truseviç, Vilnüs şəhər Bələdiyyə Şurası Milli İcmalar İnkişaf komitəsinin sədri Olqa Qorşkova milli azlıqları Milli icmalar günü münasibəti ilə təbrik ediblər. Sonra Litva Milli İcmalar Şurasının sədri Qalina Mişkinene Şuranın fəaliyyəti barədə məruzə edib.

Bir sıra Litva milli azlıq təşkilatlarının rəhbərləri, etnik mədəniyyət kollektivləri incəsənət dərnəklərinin üzvləri fəal səmərəli fəaliyyət göstərdikləri üçün, eləcə ölkədə mədəniyyətlərarası dialoqu inkişaf etdirib tolerantlıq ənənələrini gücləndirmək ahəngdar millətlərarası münasibətləri formalaşdırmaq işinə töhfələr verdiklərinə görə Litva Respublikası Baş nazirinin, LR Mədəniyyət nazirinin, Vilnüs şəhər merinin, Vilnüs şəhər Bələdiyyəsi Şurasının Fəxri diplomları ilə təltif olunublar.

Tədbir iştirakçılarının qarşısında Litvanın məşhur "Banchetto musicale" etnoqrafik rəqs qrupu konsert proqramı ilə çıxış edib Ratuşa səhnəsində XIII - XVIII əsrlərdə Böyük Litva Knyazlığında yaşamış müxtəlif xalqların qədim milli rəqsləri ifa olunub.

Tədbirlə bağlı Ratuşanın sərgi zalında "Litva Milli icmaları:  tarixin yolu ilə" adlı ekspozisiya sərgilənib. Sərgidə milli icmaların Litva ilə əlaqələrin qaynaqları, ayrı-ayrı etniklərin ölkədə məskunlaşması tarixi, onların fəaliyyəti gördükləri mühüm işlər, etnokulturoloji irsi Litva mədəniyyət xəzinəsinə verdikləri töhfələr barədə müxtəlif bilgilər görüntülər ehtiva olunub.

Litvada yaşayan həmvətənlərimizi tədbirdə Litva Azərbaycanlıları Cəmiyyəti təmsil edib. Sərgidə Litvanın Mədəniyyət Nazirliyi, Litva Milli İcmalar Evi Milli İcmalar Şurası tərəfindən hazırlanmış "Litva Azərbaycanlıları 25 il tarixin yolu ilə" başlıqlı stend nümayiş etdirilib. Stenddə XV-XVII əsrlərdə Ağqoyunlu Səfəvi dövlətlərinin Böyük Litva Knyazlığı ilə diplomatik əlaqələri haqqında yığcam bilgilər, 1918-1922-ci illərdə Litva-Azərbaycan dövlətlərarası münasibətləri, eləcə 1991-ci ildə Azərbaycanda müstəqilliyin bərpasından sonrakı dövrə aid qısa icmal, həmçinin Cəmiyyətin 1988-2013-cü illərdəki çoxyönümlü fəaliyyətinə dair tarixi faktlar, sənədlər şəkillər yer alıb. Ekspozisiya Vilnüs ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb.

 

Mahir HƏMZƏYEV

Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Respublikası Hökuməti yanında Milli İcmalar Şurasının üzvü

 

525-ci qəzet.- 2014.- 23 oktyabr.