Özbəkistan mətbuatında
Əbülfəs Qarayevin müsahibəsi dərc olunub
Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin Özbəkistanın
aparıcı "sharh.uz" informasiya agentliyinin saytında
Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Naziri Əbülfəs Qarayevin “Применяется сбалансированный
“подход" ” adlı müsahibəsi dərc olunub.
Salam
News xəbər verir ki, müsahibədə nazir Əbülfəs
Qarayev işğal olunmuş ərazilərdə abidələrin
dağıdılması ilə bağlı beynəlxalq
faktaraşdırıcı missiyanın göndərilməsi
məsələsinin süni şəkildə
uzadıldığını bildirilir.
Nazir
Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və
ətraf ərazilərdə Azərbaycanın mədəniyyət
və dini abidələrinin ermənilər tərəfindən
dağıdılması, məhv edilməsinə yönəlmiş
vəhşiliklər barədə beynəlxalq təşkilatlar
qarşısında bir neçə dəfə məsələ
qaldırıldığını və beynəlxalq təşkilatların
bu məsələyə diqqətlə
yanaşdıqlarını, lakin həmin təşkilatlar tərəfindən
"tarazlıq" yanaşması tətbiq olunması səbəbindən
bölgəyə bugünə qədər
faktaraşdırıcı missiyalarını göndərilməsi
və bu kimi təşəbbüslərin uğurlu nəticələnməməsi
barədə fikirləri məqalədə yer alıb.
Abdullayeva S
525-ci qəzet.- 2014.- 5 sentyabr.- S.4.