Əsərləri
- V cild (1918 – aprel 1920)
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni,ön
sözün müəllifi, lüğətin tərtibçisi
Şirməmməd Hüseynov Transliterasiya redaktorları:
professor Şamil Vəliyev elmi
işçi Samir Xalidoğlu (Mirzəyev)
(Əvvəli
ötən şənbə sayımızda)
“Seym”dən
Parlamana
Azərbaycan Xalq Cümhuriyyətinin surəti-təşəkkülündən
bəhs edərkən əqlən Rusiya inqilabının
1917-ci sənəsi patlayışından sonra açıq və
qəti surətdə meydana qoyulan Azərbaycan muxtariyyəti
şüarının keçirdigi təkamül mərhələlərini
təqib eləmək lazımdır.
Bu şüarın Zaqafqasiya seyminin təşəkkülü
zamanına qədər keçirdigi mərhələləri
məcmuəmizdə mündəric digər xüsusata aid məqalələrdə
dəxi qarelər bulacaqlardır. Buna görə də
məzkur mövzui burada təkrar etməyərək yalnız
Zaqafqasiya seymindən Azərbaycan Parlamanı
açılıncaya qədər cərəyan edən vəqai
təlxis edəcəgiz. Zatən Azərbaycan
Cümhuriyyətinin surəti-təşəkkülünü
daha aydın və yəqin olaraq bu dövr də təşxis
və təyin etmək olur. Bu dövr
heç şübhəsizdir ki, Azərbaycan tarixi-təşəkkülünün
ən mühüm səhifələrini tutacaqdır.
lll
Bolşeviklərin xüruci, Rusiya Məclisi-Müəssisanının
qovuluşu artıq həddi-təbiidən
çıxmış Rusiya imperatorluğunun parçalanmaq məcburiyyətində
olduğunu aşkarən meydana qoymuşdu. Kəndilərini daxildəki
Rusiya hərc və mərcindən, daxili müharibə
keşməkeşlərindən qurtarmaq üçün digər
Rusiya vilayətləri kibi Zaqafqasiya millətləri də Məclisi-Müəssisana
seçkiləri əzanın səvabdidi ilə
Zaqafqasiyanın kəndi kəndini idarə etməsinə
lüzum görmüşlər və bu məqsədlə
1918 sənəsi fevral ayının 25-ci günü Tiflisdə
Zaqafqasiya Seymi ünvanilə bir məclisi-təşriyyə dəvət
eləmişlərdi.
Müsəlman siyasi firqələri dəxi bu məclisə
iştirak eləmişlərdi. Müsəlman firqələri
burada müttəhid, adətən bir firqə kibi hərəkət
ediyor, milli bir siyasət təqib ediyorlardı.
Seymdəki müsəlman fraksiyonlarının müttəhid
fəaliyyətlərini təhlil edə bilmək
üçün əvvəlcə Mavərayi-Qafqas seyminin bu
bir-birlərinə gərək proqram, gərəksə ehtiva
etdigi siyasi firqə etibarilə heç bir münasibəti
olmayan fraksiyonlarını müttəhid olmaya vadar edən bəzi
xüsusi halları qeyd etmək lazımdır. Mavərayi-Qafqas seymi bəklənildigi
kibi demək olur ki, yalnız Qafqasda əksəriyyətlə
yaşayan üç millətin: gürcü, erməni və
türklərin nümayəndələrindən ibarət
idi...
Bu millətlərin iki əvvəlinciləri firqə
etibarilə pək müttəhid bir halda təmsil edilirdi. Əgər
yeganə milli-demokrat Qvazavanın bəzən idxal etdigi təzad
nəzərə alınmazsa, demək olur ki, gürcü millətini
sosial-demokrat fraksiyonu, erməni millətini də
“Daşnaksütyun” təmsil ediyordu. Türk millətini
isə Mavərayi-Qafqas seymində zirdəki dörd firqə təmsil
ediyordu:
1) Türk xəlq ədəmi-mərkəziyyət firqəsi
“Müsavat” və ona ilhaq edən demokrat firqəsiz qrup, 2)
Müsəlman sosialistlər bloku, 3) “Rusiyada müsəlmanlıq
(İttihad)”, 4) Sosial-demokrat (menşevik) firqəsi “Hümmət”.
Deməli, türk milləti dörd firqə tərəfindən
təmsil edildigi üçün seymdə məcburən
yürüdüləcək Mavərayi-Qafqas millətləri
mübarizəsində qayət əlverişsiz bir vəziyyətdə
qalıyordu. Firqələrə bölündügü
üçün türk milləti qomşularının bir
firqədə toplanmış qüvvəti
qarşısında zəif bir müqavimətə malikdi.
Bu xüsusa seymdə türk millətini təmsil
edən mütəəddid firqələr nəzərlərini
cəlb etmiyə bilməzlərdi. Dostanə
əlaqədə bulunmaq bütün millətlərin
şüarı olmuşdusa da, seymin
açıldığı gündən bəri milli mənafe
gözətmə hirsi Tiflis sarayını dolduruyordu.
Filhəqiqə
Mavərayi-Qafqas seymi milli degil, firqə əsası üzrə
dəvət olunmuşdusa da, məəmafiə birinci
iclaslarından başlıyaraq (qeyri-rəsmi də olsa)
üç milli dairəyə təqsimə başladı: erməni,
gürcü və türk millətləri. Bu
dairə kəndi nümayəndələrinin
çıxışlarına yalnız firqə adı verməyə
səy etmələrinə rəğmən, seymdə olan
bütün milli rəqabətləri örtməyə səy
etmələrilə ən sonunda Mavərayi-Qafqas seyminin inhilal
və inqisamına səbəb yenə orada təmsil edilən
millətlərin mənafeyinin münaqişəsi oldu. Mavərayi-Qafqasiya millətlərinin mənafeyinin
etilafı mümkün olmayacağı, aralarında milli
mübarizə olacağı ən əvvəlcədən
gözükürdü.
Bu, gələcək mübarizənin birinci nişanələri
müsəlman siyasi firqələrini proqram və əsasi-siyasiyyələrinin
ayrı olmasına rəğmən aralarında bir saziş
(modus vivendi) hüsulə gətirib təmsil etdikləri
türk millətini kəndilərindən daha müntəzəm
qomşuları qarşısında müdafiəyə vadar
etdi. Binaənileyh
Mavərayi-Qafqas seymində olan bütün müsəlman firqələri
– hətta sosialistlər belə kəmalınca
anlaşılmış milli əsasın tərəqqi bəşəriyyətə
zidd degil, biləks sosializm, tərəqqi və milli əsasın
yekdigərini icab etdigini etiraf etmiş olmalıdırlar ki, – bütün
milli siyasətə aid məsələləri bahəm
müzakirəyi müvafiq gördülər. Yalnız
ufacıq müsəlman menşevikləri təşkilatı
“Hümmət” gürcü sosialistlərinin təsiri
altında qalaraq onların milli rənglərini görməməyə
səy ediyorlardı. Ona görə də
seymdə kəndi siyasi əsaslarını gürcü
sosial-demokrat firqəsilə birlikdə elan etdilər. Fəqət bəyannamələrdən işə
keçilərkən gürcü sosialistləri kəndi ailə
işlərinə başqaları şəhadət etməsindən
sıxıldıqları kibi, hümmətçilər də
kəndilərini sosial-demokrat arabasının beşinci
çarxı hökmündə zaid gördükləri
üçün fəaliyyətlərini başqa müsəlman
müttəhid fraksiyonları ilə yaklaşdırmaya
başladılar. Sonralar bəzi hümmətçilər
bu səy nəticəsində ikən mərkəz arasında
fırlamaq məcburiyyətində qaldılar. Müttəhid müsəlman fraksiyonu daxil olmuş hər
bir firqəyə böyük əsasi məsələlərdə
müstəqil xətti-hərəkət həqqi verdigi bunu
daha da kolaylaşdırdı.
İnqilab
qəhrəmanı Seretelinin “sosial-demokrat fraksiyonu Mavərayi-Qafqas
millətlərinin mənafeyini bir çox milli firqələrdən
daha mükəmməl gözlədigi”ni
mübəyyin atəşin nitqindən sonra Borçalı qəzasında
məzkur firqənin qırmızı ordusu Almaniya imperator
qoşunu ilə bərabər müsəlman əhalisini qətl
və qarət edəcəklərini həqiqət bin firqələr
iləricədən də görə bilirdilər.
Bəlkə
Mavərayi-Qafqas Seymi sonradan ixtiyar başına keçdikdən
sonra birlikdə yaşamaq şəraiti tərtib edəcək,
Mavərayi-Qafqas bütün vətəndaşların
hüququ bilafərq milliyyət müsavi gözləniləcək
bir vətən yapmaya müvəffəq olardı, fəqət
böylə az bir müddətdə buna
nail olamadı. Mavərayi-Qafqas həyatına tətbiqdə
seym ümumi təşri bir müəssisə olacağı
yerdə Mavərayi-Qafqas millətləti konfransına dönərək
hər millət kəndi mənafeyini həqqilə müdafiəyə
məcbur oldu. Bu şərait daxilində təbii,
Mavərayi-Qafqas islamlarının hüququnu müdafiə etmək,
hər növ təcavüzdən məsun saxlamaq burada
bütün iştirak edən müsəlman siyasi firqələrinin
vəzifəsiydi. Ələlxüsus ki,
bütün ictimai qüvvələr buraya toplandıqları
üçün tamam müsəlman əhalisi gözlərini
buraya dikmiş və bir çox mühüm məsələlərin
həllini bəkliyorlardı.
Bunların fəaliyyətini ifadədən iləri məzkur
firqələr siyahısını təqdim ediyorum. Türk
Demokrat Ədəmi-Mərkəziyyət “Müsavat” firqəsi
və ona iltihaq edən demokrat firqəsiz qrup, demokrat firqəsiz
qrup “Müsavat”la birlikdə siyahıya düşən müsəlman
cəmaət xadimləridir ki, onlar milli komitələr tərəfindən
bəzi mərkəzlərdən seçilmişdir. Bu kibi firqəsizlərin ədədi “Müsavat”la
ümumi siyahıda 1/3 təşkil ediyor. Məbuslarının
siyahısı budur:
1) Məhəmmədyusif
Cəfərov, 2) Əlimərdan bəy Topçubaşov, 3) Məhəmməd
Əmin Rəsulzadə, 4) Nəsib bəy Yusifbəyov, 5) Həsən
bəy Ağayev, 6) doktor Xosrovpaşa bəy Sultanov, 7) Məhəmməd
Həsən Hacınski, 8) Mirhidayət Seyidov, 9) Fətəli
xan Xoyski, 10) Xəlil bəy Xasməmmədov, 11) Qazi Əhməd
Məhəmmədbəyov, 12) Aslan bəy Qardaşov, 13) Şəfi
bəy Rüstəmbəyov, 14) Cavad Məlikyeqanov, 15) Mustafa
Mahmudov, 16) Mehdi bəy Hacıbababəyov, 17) Hacı Molla Səlim
Axundzadə, 18) Mehdi bəy Hacınski, 19) Xudadat bəy Məlik-Aslanov,
20) Müseyib Axıcanov, 21) Lütfəli bəy Behbudov, 22)
Firudin bəy Köçərli, 23) İbrahim bəy Ağavəkilov,
24) Həmid bəy Şaxtaxtinski, 25) Rəhim Vəkilov, 26)
Əliəsgər bəy Mahmudbəyov, 27) Yusif Əfəndi
Əfəndizadə, 28) Mirzə Cəlal Yusifzadə, 29) doktor
Məhəmmədrza Vəkilov, 30) İslam bəy Qabulov.
Müsəlman
sosialistlər bloku heyəti: 1) İbrahim bəy Heydərov, 2)
Əli xan Qantəmir, 3) Aslan bəy Səfikürdiski, 4)
Əhməd Cövdət Pepinov, 5) Bağır Rzayev, 6) Camo
Hacınski, 7) Məhəmməd Məhərrəmov.
Rusiyada
müsəlmanlıq “İttihad” firqəsi heyəti: 1) Sultan Məcid
Qəniyev, 2) Miryaqub Mehdiyev, 3) Heybətqulu Məhəmmədbəyov.
Müsəlman
menşevik “Hümmət” firqəsi heyəti: 1) Cəfər
Axundov, 2) İbrahim Əbilov, 3) Əkbər ağa
Şeyxülislamov, 4) Səməd ağa Ağamalov.
Firqələrin bu heyətləri seymin 28 şubat 1918
iclasında təsdiq olunmuşdusa da, sonradan bəzi təbəddülata
uğradı.
Bütün-bütünə çıxanlar və
bir firqədən başqasına keçənlər də
vardı.
Məsələn, Qazi Əhməd Məhəmmədbəyov
əvvəlcə “Müsavat” firqəsi və firqəsiz
demokrat siyahısında idisə də, sonradan “Rusiyada müsəlmanlıq”
firqəsinə keçdi. Ailə işləri cəhətinə
İslam bəy Qabulov büsbütün seymdən və
“Müsavat” və firqəsiz demokratlar qrupu heyətindən
çıxdı. Müsavatçı
hesab olunan Xosrovpaşa bəy Sultanov seym fəaliyyətinin
sonunda “Müsavat”dan çıxaraq firqəsiz olmaq etibarilə
iştirak ediyordu. Firqəsiz iltihaq edənlərdən
Mustafa Mahmudov “Müsavat”a daxil oldu. C.Axundov
sosial-demokrat firqəsindən xaric edildi, əzadan bəziləri
məhəllərdə çalışdıqları
üçün fraksiyon işlərinə iştirak edəmədilər.
Bəziləri zəruri şərait daxilində
iştirak edəmədilər. Məsələn,
Əlimərdan bəy Topçubaşov və Məhəmmədrza
Ağavəkilov Bakı qanlı hadisələri və dəmiryolun
qapanması nəticəsilə seym işlərinə
iştirak edəmədilər. Məlum
olduğu üzrə Əlimərdan bəy Topçubaşov
Bakıda bolşeviklər tərəfindən həbs edilərək,
doktor Məhəmmədrza Ağavəkilov isə ancaq seym fəaliyyətinin
sonunda məşəqqətlə Bakıdan Tiflisə gələ
bildi.
Bundan maəda
fraksiyonların bəzi heyət hissəsi bəzi mürəxxəsələrdə
və səfərdə bulunduqları üçün müsəlman
fraksiyonlarının müttəhid iclaslarının
nisabında az adam iştirak ediyordu.
Müttəhid iclasların divani-rəyasəti bütün
firqələrin razılığı ilə “Müsavat” və
firqəsiz demokratlar qrupu divani-rəyasəti, yəni zeyldəki
heyət hesab olunurdu: rəis Məhəmməd Əmin Rəsulzadə,
rəis müavini Məhəmmədyusif Cəfərov və Nəsib
bəy Yusifbəyov. Katiblər M.Mahmudov və Rəhim
Vəkilov.
Müttəhid müsəlman fraksiyonunun fəaliyyəti
mahiyyət etibarilə qayət əlvan idi. Təşri
işlərə və məmləkətin ümumi siyasət
gedişinə məşğul olacaqları yerdə
zamanın iqtizası üzərinə öhdələrinə
bəzi əməli işlər götürmək məcburiyyətində
idilər. Bu xüsusda müttəhid
fraksiyonların halı Bakının daşnak-bolşevik hadisəsinə
uğramasından sonra daha da ağırlaşdı. Belə ki, Mavərayi-Qafqas müsəlmanlarını
təmsil edən Mərkəzi Müsəlman Komitəsi dağıldıqdan
sonra tamam müsəlmanların nəzəri seym
fraksiyonlarına dikildi. Mərkəzi Komitə
Bakıda ilğa edildikdən sonra Tiflisdə bir Mavərayi-Qafqas
Müsəlman Şurası ehdas edildisə də bir o qədər
fəaliyyət göstərəmədi. Məzkur
şura əksəriyyətlə fraksiyon əzasından
olduğu üçün fraksiyonların vücudilə
yalnız rəsmi bir mənayı haiz olub yekunu bir ya iki iclas
yapdı. Təbiidir ki, bu şərait
daxilində müttəhid fraksiyonlar hər növ əməli
işlərdən azad olamazlardı. Müsəlman
fraksiyonları ümumməmləkət üçün
möhkəm bir hökumət, bir ixtiyar törətmək
yolunda icrayi-fəaliyyətə başlamadan diqqətlərini
başqa mədxəlsiz məsələlərə cəlb
etməli oldular. Əvvəlcə onlar cəbhədən
qayıdaraq Tiflisdən Bakıya gedən eşalon (müfrəzə)lərin səlamət getməsinə diqqət
etməyə məcbur oldular. Şamxor hadisəsindən
sonra cəbhədən bolşevik ruhilə qayıdaraq bəzi
qara ünsirlər tərəfindən təşviq edilən
eşalonları Gəncə vilayətinin intizamsız əhalisi
arasından səlamət keçirmək yüngül bir məsələ
degildisə də müvəffəqiyyətlə bitdi. Müsəlman fraksiyonu delegeləri tərəfindən
müşayiət edilən sonuncu eşalinlar Tiflis-Bakı
yolunu əhəmiyyətli münaqişələrə təsadüf
etmədən keçdilər.
Müsəlman fraksiyonlarının diqqətini Mavərayi-Qafqasın
cənub-qərbində vüqu bulan qanlı hadisələr də
cəlb ediyordu. Əvvəlcə Türkiyə tərəfindən
müharibə həqqilə işğal edilmiş yerlərdə
və sonra Kars və İrəvan vilayətlərində
müsəlmanların ermənilər tərəfindən qətliam
edildikləri həqqində biri-birindən dəhşətli
xəbərlər alınıyordu. Zaqatalada
ğələyan qalxaraq Axisxa, Axalkələk və
Borçalı tərəflərdə bəzi millətlər
arasında müsadimələr başlandı. Salqi və Vaçavıstan tərəfin müsəlman
kəndçiləri Tiflisə qaçaraq birincilər rum və
erməni bandalarından, ikincilər isə gürcü dəstələrindən
şikayətlə imdad istiyorlardı. Bakıda
müharibə başlanıyor.
Şərqi
Mavərayi-Qafqasın yarısını düşmənlər
işğal ediyor, müdhiş qaçqın taifələri
gəlməyə başlıyor, məmləkət daxilində
anarşi artıyor, müsəlman ordusu firqəsinin təşkili
iləriləmiyor... Bütün bu yaralara Mavərayi-Qafqas
Seyminin müsəlman fraksiyonları əlac etməli olduqları
üçün hər bir sədaya inikas etməyə səy
ediyorlar. Bütün bu işlərdə məsul olaraq əllərində
möhkəm bir hökumət qüvvəsi və daxildə
qaidə və qanunu müdafiə edərək xaricdən gələn
qüvvələrə qarşı müntəzəm bir
ordusu olmadığından müsəlman fraksiyonları daima
kəndilərini qüvvəsiz hiss ediyor və bir xoş
sözdən, nəsihətdən başqa çarə
bulmuyorlardı. Həqiqətən də
bütün vüquata yalnız sözlər və delege
göndərməklə cavab veriyordular. İntizamı
saxlamaq və təbliğat yapmaq üçün Seym əzasından
Zaqatal, Axisxa, Axalkələk və Borçalı qəzasına,
İrəvan, Gəncə və sairəyə delegelər
göndərildi.
Erməni-bolşevik bandaları Bakıyı bitirdikdən
sonra Kürdəmirə qədər iləriləyərək
keçdikləri yerləri atəş və qılıncdan
keçiriyorlar. Böyük fəlakətin qarşısında yenə
o imdadsızlıq hiss olunuyor. Bir nəhv ilə
balaca bir əskəri qüvvə toplanaraq düşmənin
bir kaç dəfə artıq olan qüvvəsi türklərin
vürudinə qədər tam iki ay saxlanıyor. Bu tərəfdən olan daimi bir təhdid, əvvəlcə
Ərzurum və Kars vilayətində, sonra İrəvan vilayətində
müsəlmanların qitalı müsəlman
fraksiyonlarını əsəbi bir hailəyə sövq
ediyordu. Bu hadisələri az-çox təsvir etmək
üçün müsəlman fraksiyonlarının müttəhid
iclaslarının 15 nisan 1918 tarixli məzbətəsindən
bir nəbzə təqdim ediyoram. Kars vilayətində müsəlmanların
halını rum mühacirləri böylə təsvir
ediyorlar: “Türk ordusu qarşısında ricət edən erməni
əskəri qitələri və müsəlləh erməni
qaçqınları rəhgüzərlərindəki müsəlman
köylərini yer yüzündən silərək hər bir
şeyi atəş və qılıncdan keçiriyor və təsviri
naqabil dəhşət və fəlakətə düçar
ediyorlar. Erməni “qalib” ordusu hərbi qənimətlər,
yəni süngü ucuna taxılmış südəmər
çocuqlarla keçəcəkləri yollar üzərində
müsəlman qadınlarını çıplaq soyunduruyor və
cərgəyə qoyurlar. Rumların rəvayətinə
görə bu cəhənnəm əzabını
görüb, çıldırmış qadın və
çocuqların ürək parçalayan əninlərini,
ixtiyarların ümidsiz nalələrini görmək
üçün qeyri-bəşər bir əsabə malik
olmalıdır. Təxminən 86 köy təsviri naqabil
fəlakətə düçar olmuşdur (Həqiqi
sayısı isə daha çoxdur). Zəngin
Kars vilayəti kapitan Musasyanın və general Areşevin vəhşət
və dəhşətlərilə 1915 sənəsi
ibtidasının fəlakətlərini unutmuşdur.
İrəvan vilayətindən gələn xəbərlər
dəhşətcə bundan əksik degildir. Ricət edən
erməni əskərləri bütün acıqlarının
intiqamını sülhpərvər müsəlman köylərindən
alıyorlar. Top və pulemyot atəşlərilə bir
çox müsəlman köyləri məhv edilərək
yalnız ermənilərlə məskun erməni ərazisi
duruyor. Bu hadisələr Mavərayi-Qafqasın
sair nöqtələrinin müsəlmanlarını əsəbiləşdiriyor,
bu hadisələrdən acıyan Şəki, Gəncə,
Qazax və sair yerlər müsəlmanlarından xəbərdarlıq
teleqramları alınır. Müsəlman
fraksiyonları hökumətə bir sorğu vermək məcburiyyətində
oluyorlar. Seymin 5, 7, 19 və 20 şubat tarixli
iclaslarında İrəvandakı erməni-müsəlman
hadisatı həqqində gurultulu mübahisələr oluyor. Nəticədə yenə həqiqi bir əhəmiyyəti
haiz olmayan beynəlfərq heyəti-mürəxxəsə
göndəriliyor ki, övzai məhəllində tədqiq
etsin. Bu komisyonlar gediyor, tədqiqat
yapıyor, iləricə söylənən amillərin həqiqət
olduğunu şəhadət ediyorlar, fəqət qital yenə
bitmiyor. Yalnız müsəlman
fraksiyonları tərəfindən İbrahim Ağavəkilov
rəhbərligi ilə göndərilən qaçqınlara
müavinət komisyonunun az-çox əməli bir əhəmiyyəti
oldu. Ehtiyacın mühib şəklinə
nisbətlə bu komisyonun etdigi müavinət də bir o qədər
böyük degildi. Məzkur komisyon mayısın
axırında qayıdaraq İrəvan vilayətində 211
müsəlman köyü dağıdılaraq,
qaçqınların sayı yüz minə
vardığını xəbər verdi. Bakı cəbhəsi qaçqınlarına
müavinət üçün ikinci komisyon seym əzası
Şəfi bəy Rüstəmbəyov, M.Məhərrəmov
və X.Məlikyeqanovdan mütəşəkkil oldu. Bu komisyon işə ciddi şüru etdisə də
böyük məhsulu olmadı. Seym tərəfindən
buraxılmış 15 milyon rublə ümuri-xeyriyyə naziri
vasitəsilə daşnakların əlinə keçdi.
Nazir isə bu məbləğin şiranə
bir hissəsini erməni qaçqınlarına sərf ilə
müsəlmanlara yalnız üç milyon saxladı. Bu məbləğ ilə yalnız sürətli və
təcili bir müavinət etmək mümkün idi, onun
üçün müsəlman qaçqınları yenə
yardımsız qaldı. Daxili həyatın
bu qədər ağır və hərc-mərc şəraitinə
baxmayaraq müsəlman fraksiyonları kəndi vəzifələrini
ifa yolunda bədbəxtanə öhdələrinə
düşmüş bu ağır qürəyi çəkməyə
var qüvvələrilə səy ediyorlardı, Avropa dövlətlərinin
bəzi rəsmi və qeyri-rəsmi ajanları bunları Mavərayi-Qafqas
islamlarının yeganə mənbeyi-təmsili hesabla
ayrıca müzakirata girişmək təklifində
bulundularsa da heç nəyə nail olamadılar. Bu barədə müsəlman fraksiyonlarının
ehtiyatkaranə davranmasını tədqiq etməlidir. Avropa dövlətləri ilə oyuna girmənin
qorxulu bir xəyal olduğunu gözəlcə
düşündükləri üçün ondan
qaçıyorlardı. Yalnız Heydər Bamatov,
Tapaçirmoyev və Liyanovdan ibarət delegelər gəldikdən
sonra Şimali Qafqas dağlı qardaşlarımız ilə
rəsmi müzakiratə girişdilər. Məzkur
delegelər Seymin müsəlman olmayan fraksiyonları ilə də
müzakiratə girişdilər. Bu
müzakirat Qafqas millətlərinin beynəlmiləl əlaqəsi
və xarici təhlükələrə qarşı ümumi
tədbirlər ittixazına aid idi. Müsəlman
fraksiyonları federasyon bir dövlətin üzvü
olduqlarını gözəlcə etiraf etdikləri
üçün hər növ ayrı
çıxışlardan imtina ediyorlardı. Bu vəziyyəti onlar hətta Türkiyə ilə
müzakiratda belə saxladılar, halbuki onda onların halı
mütərəddüd idi. Onlar müstəqil
və muxtar Mavərayi-Qafqas tərəfdarı olduqları
üçün hər kəsdən artıq buna lazım olan
şəraiti mühafizəyə
qalxışıyorlardı. Bu məsələnin
və sair mühüm məsailin ən mühüm şərti
beynəlmiləl hüsni-müamilədə olduğunu
müsəlman fraksiyonları hər daim etiraf və müdafiə
ilə vəqtli-vəqtində kəndilərinin Seym bəyannamələrində
də göstərmişdilər. Bu
hüsni-müamilə olmazsa Mavərayi-Qafqas Seyminin işləri
iləriyə getməzdi. Bu
hüsni-müamiləyi müsəlman fraksiyonları Mavərayi-Qafqas
istiqlalı şüarında gördükləri
üçün siyasətlərini də bu yolda
yürüdürdülər.
Nəhayət,
seymin 9 nisan tarixli iclasında elani-istiqlal məsələsi
müzakireyi-yövmiyyədə növbətə qoyularaq
“Müsavat” firqəsi başçısı Məhəmməd
Əmin Rəsulzadənin sol sosial revolyusionerlər və
kadetlərlə mübarizəsi, “daşnakşütyun”un
sükut rizası və sair firqələrin qızğın
yardımilə Mavərayi-Qafqasın istiqlalı elan olundu.
Mavərayi-Qafqas millətləri kəndilərini ixtilalçı Rusiya ilə qayət sıxı rabitədə hiss etdiklərindən üçün məsələyə qayət diqqətli yaklaşıyorlardı və əgər Türkiyə ilə sülh müzakiratı başlanmasa idi, bəlkə də bu məsələ uzun müddət münhəll qalardı. Beynəlmiləl əlaqənin müzakirəsindən əvvəl kəndi beynəlmiləl vəziyyətlərini təyin etməli idilər. Müəyyən bir qanuni həqqə malik olmaq üçün Mavərayi-Qafqas istiqlalını elan etməli idi. Bu xüsusa Türkiyə nümayəndələri də işarə ediyorlardı və buna görə Trabzon sülh müzakiratı uzun sürdü. Mavərayi-Qafqas istiqlalı əqdinin elanı tezliklə sülh etməgə müsaid olduğu kibi bütün Mavərayi-Qafqas və ələlxüsus müsəlman məntəqəsini Türkiyə ilə qeyri-mamül narazılıqdan saxlıyordu. Rusiya imperializmindən irs qalan Türkiyə cəbhəsi müharibəsinin bərtərəf edilməsi məsələsi kəndisinin tez həll edilməsini tələb ediyordu. Hərçənd kəndi talelərini Voronsov-Daşkov siyasətilə müttəhid edənlər müharibənin əvvəlindən Türkiyəyə qarşı ədavətkaranə bir vəziyyətdə bulunurdusa da, müharibə Mavərayi-Qafqas millətlərinin xəbəri olmadan Rusiya imperialistləri tərəfindən açıldığı üçün Mavərayi-Qafqas millətləri bu müharibəyi davam etdirmək fikrində degildilər. Məlumdur ki, müsəlman fraksiyonları bu taktikayı apara bilməzlərdi. Onlar müharibəyi hər nə tövr olursa-olsun bitirmək istiyorlardı. Bu zaman türklərlə münasibat həqqində müsəlman əhali ilə Seym nümayəndələrinin fikri arasında böyük fərq vardı. Mavərayi-Qafqasın türk əhalisi Türkiyə ilə olan qövmiyyət hissi və yuxarıda göstərilən səbəblərə məbni keçirməkdə olduqları vəziyyət sayəsində kəndi nümayəndələrinin dövlət və hökumət fikirlərinə iştirak edəmiyorlardı. Halbuki nümayəndələr qonşu millətlərlə birlikdə iqtizai-hal və siyasət olaraq Mavərayi-Qafqas cümhuriyyəti mənafeyinə diqqət ediyorlardı. Bu siyasət müdhiş bir anarşi içində yuvarlanan xəlqə pək xoş görünmüyordu. Buna binaən müsəlman əhalisi böyük təlaş ilə yeganə hamisi olan Türkiyəyə doğru şitab ediyordu. Türkiyə sülh müzakiratı açılar-açılmaz müsəlman əhalisinin başqa-başqa nümayəndələri əvvəlcə Trabzonu, sonra Batum və İstanbulu dolduruyor və kəndi “ilhaq” şüarlarını meydana atıyorlardı. Seymin müsəlman fraksiyonları bu xüsusa diqqət ediyorlardı və ona görə də Mavərayi-Qafqas Seymi Trabzon konfransından sonra nisanın əvvəllərində Türkiyə ilə müharibəni yeniləmək qərarını çıxarırkən sosialistlər daxil olmamaq üzrə müsəlman fraksiyonlarının əksəri çıxardıqları qərarda bu xüsus inikas etdi. Məzkur qərardad budur: “Türkiyə ilə başlanılan müharibə bütün Mavərayi-Qafqas demokratiyası üçün daxili həyatın şəraiti-hazirəsinə məbni çox fəna nəticələr verəcəgindən müharibənin davamı məsuliyyətini öhdəsinə götürməyərək, “Müsavat” firqəsinin fraksiyonu, bitərəflər qrupu və Rusiyada müsəlmanlıq “İttihad” firqəsi müharibə davamının başda olan firqələr tərəfindən müsbət bir şəkildə qət edildigini nəzərə alaraq bu məsuliyyətli imtahanda Mavərayi-Qafqasın sair millətlərinə müharibənin əlverişli surətdə bərtərəf edilməsinə səy etməklə yardım edəcəklərdir”. Seymin 31 mart qərardadına görə Mavərayi-Qafqas Seyminin böyük bir hissəsini təşkil edən müsəlman məntəqəsinin bitərəf qalmasına rəğmən Trabzon müzakiratı qət edilərək Türkiyəyə yenidən elani-hərb edildi. Məmləkət müdafiəsi üçün üç kişidən ibarət fövqəladə bir komisyon təşkil edildi: 1) rəisi-vükəla (və hərbiyyə naziri) Qeçeçqori, 2) daxiliyyə naziri N.Ramişvili, 3) maliyyə naziri – Qarçikyan. Elani-hərblə əlaqədar olaraq Seym iki həftəlik buraxıldı. Bu, müsəlmanlara əhəmiyyət verməmək və onları işdən uzaqlaşdırmaq niyyətilə olduğundan müsəlmanlar qomşularla bərabər və birlikdə yaşamaq fikrinə ayıq nəzərlə başmaya başladılar. Məlum olduğu üzrə, müharibə Brest-Litovsk müahidəsinin Batum, Ərdahan və Kars sancaqlarının Türkiyəyə verilməsi maddəsinə gürcü və erməni fraksiyonları razı olmadıqlarından iləri gəldi. Yalnız sülh heyəti-mürəxxəsəsi rəisi, Seym əzası Çxenkeli Türkiyəyə müqavimətin bica və əbəs olduğunu bildigini sülhcuyana siyasət tərəfdarı idi. “Türklərin tələbatı qayət ciddi və qəti olduğundan Mavərayi-Qafqas heyəti-mürəxxəsəsi əsaslı güzəştlərdə bulunmaq məcburiyyətində idi. Heyətin müsəlman hissəsi isə bir tərəfdən gürcülərlə əlaqəyi pozmamaya və digər tərəfdən onları güzəştdə bulunmaya vadar etməyə səy ediyordu. Çxenkeli Tiflisə çəkdigi teleqramında Batum sancağının Batum iskələsindən maəda türklərə tərk edilməsini diyordu. Bu teleqramın məzmunu heyətin erməni əzalarını çox təəccübləndirdigindən onlar tamamilə Brest-Litovsk müahidəsinin qəbulunu təklif etdilər. Bu kibi təklif heyətin müsəlman əzası və Çxenkeli tərəfindən hüsni-tələqqi edildi. Bu barədə türk nümayəndələrinə xəbər verilərək işlər tamam olduğu nəzərə gəliyordu.
Fəqət ertəsi gün səbahlin Jordaniya, Sereteli və N.Ramişvili tərəfindən Çxenkeli naminə çəkilən şifrəli teleqramda Batumun güzəştini kəndiləri üçün milli və firqə intiharı ədd etdiklərini söylüyorlardı. Başqa bir teleqram yenə Tiflisdən çəkilərək tezliklə Trabzondan çıxlmalarını tələb ediyordu. Türkiyə ilə əlaqəyi qətiyyən kəsməmək üçün Çxenkeli Trabzondan övdətini türk nümayəndələrinə başqa bir rəngdə tələqqi etdi. “Mavərayi-Qafqas hökumətindən alınan dəsturüləmələ görə heyət geri dönməlidir” dedi.
(Trabzon sülh konfransı əzasından Xəlil bəy Xasməmmədovun Seymin bütün müsəlman fraksiyonları hüzurunda verdigi məruzədən).
(Ardı var)
Məhəmməd Əmin Rəsulzad
525-ci qəzet.-
2014.- 6 sentyabr.- S.26-27.