“...Yazıb-yaratmağıma dəyərmiş”
Tanınmış həkim, şair və bəstəçi, məşhur hərbi-vətənpərvərlik mahnılarının müəllifi Şahin Musaoğlu ilə müsahibə
– Bu yaxınlarda cəbhədə
atəşkəs pozulanda
siz, gərək ki, xaricdə idiniz. Bu ərəfədə
sosial şəbəkələrdə
çox paylaşılan,
televiziyalarda verilən
iki mahnı vardı; “Cənab leytenant”, “İgid əsgər”. Bu mahnıların müəllifi
kimi onların tarixçəsindən danışardınız.
Bu mahnılar hansı şəraitdə
yazılıb?
- Hər iki mahnının
həm sözləri,
həmdə musiqisi mənə aiddir. Təkcə sözlərin və ya bəstənin mənə aid olduğunu düşünənlər üçün
aydınlıq olsun ki, nəinki bu iki mahnının
Ş.Əlizamanlının ifa etdiyi mahnıların
böyük əksəriyyətinin
həm sözlərinin
həm də musiqisinin müəllifiyəm.
Konkret bu iki mahnıdan
söz düşmüşkən
onu deyə bilərəm ki, bu mahnıların yaranması mənim Müdafiə Nazirliyi ilə əməkdaşlıq
etdiyim dövrə təsadüf edir. Müharibə şəraiti...cəbhəyə ezamiyyətlər...gərgin döyüşlərin
getdiyi şəhid xəbərlərinin gəldiyi
vaxtlar...qələbə
sevinci, məğlubiyyət
acısı daddığımız
zaman...Evdə rahat divanda, televiziya qarşısında,
çay içə-
içə düşüncələrə
dalıb nə belə sözləri, nə də belə mahnıları yazmağı mümkün
deyil.
“İgid əsgər “ mahnısı
ilkimdi. Ordu təzə-təzə formalaşırdı, könüllərdən
ibarət batalyonlar yaradılırdı. İlk olaraq
yaranan batalyon “birinci batalyon” oldu. O uşaqlar Azərbaycan ordusunun canlı tarixləridir...O vaxt onlar Şəhidlər
Xiyabanında and içərək
birbaşa cəbhəyə
yollanırdılar. Mən də
orada idim. Əksəriyyət xüsusi təlim
keçmiş əsgər
və zabitlərdən
ibarət idi. Qürurverici
anlar yaşayırdım.
Heç
kəs ölüm haqda fikirləşmirdi.
Hamı qələbədən,
zəfərdən danışırdı...
“ İgid əsgər möhkəm dayan” şeirini o dönəm yazdım. Oxudum razı qalmadım, yenidən yazdım. Yenə razı qalmadım. Elə bil nəsə çatmırdı tamamlamağa.
Xeyli çək-çevirdən sonra
gitarama sarıldım.
Melodiya özü barmaqlarımın arasından
süzülməyə başladı . Və alındı. Bu mənim ilk bəstəm idi. Və mən musiqiyə
gəlirdim. Böyük,
nəhəng və zəngin musiqi dünyasına...
Başa düşdüm ki mən şeirlərimdə
anlada bilmədiyim hisslərimi, düşüncələrimi
musiqi ilə ifadə edə bilərəm. Belə də oldu.
Əksər mahnılarımın sözlərinin mənə
aid olmasının səbəbi
də budur. Bəstəni Xalq artisti Faiq Ağayevə verdim. Lakin onun Sankt-Peterburq
şəhərinə qastrol
səfəri yazılma
prosesini yubandırdı.
Ona görə də mahnını Ş.Əlizamanlı
oxumalı oldu.
- Müdafiə Nazirliyi
ilə əməkdaşlığınız
necə baş tutmuşdu?
- 1991-94-cü
illər ərzində
mən Müdafiə Nazirliyinin bir neçə idarəsi ilə əməkdaşlıq
etmişəm. İlk əməkdaşlıq
etdiyim idarə tibb idarəsi idi. Ağır döyüşlər gedirdi. Ön xətdən
çoxlu yaralılar
gəlirdi. Onların hansı xəstəxanada
və ya hospitalda yerləşdirilməsi
ilə bağlı məlumat və informasiya almaq mexanizmi yox idi.
Yaralıların valideynləri, yaxınları
Müdafiə Nazirliyinin,
baş qərargahın,
tibb idarəsinin, respublikanın şəhər,
rayon xəstəxanalarının qapısı qarşısında
saatlarla vaxt itirir, ən xırda məlumatı belə ala bilmirdilər.
Məhz
o zaman bu məqsədlə operativ qərargah yaradıldı.
Mən həmin qərargaha rəhbərlik etdim.
Biz o dönəmdə ilk hərbi tibbi arxivi yaratdıq. Sonralar yaradıcılıq
əlaqələri məni
Müdafiə Nazirliyinin
“ Hərbi sənədli filmlər kino – tele studiyası”-
na gətirib çıxardıb. Mən
orada bu studiyanın qurucuları olan Seyidağa Mövsümlü, Şəmistan
Əlizamanlı, Nəriman
Əbdülrəhmanlı, Nizami Abbas, Rahib
Qərib, Nadir Diridağlı
və sairləri ilə birlikdə çalışdım. Bununla
yanaşı həm də Müdafiə Nazirliyi HET (Hərbi Elmi Tədqiqatlar) idarəsi
ilə əməkdaşlıq
edirdim. “Hərbi
bilik” jurnalı, “Azərbaycan ordusu” qəzetlərində yazılarla,
reportajlarla çıxış
edirdim.
– “Cənab leytenant”
mahnısı necə
yazıldı?
– Bu mahnı mənim yeddinci mahnımdı. Bu mahnı da
öz duyğu və hisslərimdən doğan daxili sifarişim əsasında
yazılıb.
– Bizdə hərbi vətənpərvərlik mahnılarının
olmamasından gileylənirlər.
Siz necə düşünürsünüz?
- Bu, içdən gəlməlidir . Bu janrda işləmək məsuliyyət
və professionallıq
tələb edir.
Bu tip mahnılarda bir tərəfdən zəfər,
qələbə, savaş,
qisas ruhu, digər tərəfdən
isə qan-qadaya, ölümə meydan oxumaq, sülhü tərənnüm etmək
xətti var. Ona görə vətənpərvərlik
mahnıları deyiləndə
təkcə marşlar
yada düşməməlidir.
Vətəni tərənnüm edən, onun dağı, daşı, təbiətini vəsf edən hər hansı melodiya da vətənpərvərliyə
aiddir. Bu sahədə xeyli populyar mahnı və marşlarımız
var. Təkcə mənim
yaradıcılığımda 30-a yaxın mahnı var ki, bunların
hamısı sırf hərbi-vətənpərvərlik mahnılarıdır.
- Hərbi vətənpərvərlik verilişləri sizi qane edirmi? Hazırlanma səviyyəsi, mövzu seçimi qaneedicidirmi?
- Bu sahə üzrə ekspert olmadığım üçün sadəcə öz fikirlərimi bölüşəcəm. Rahib Qəribin hazırladığı veriliş məni qane edir. Yəqin ki, bu da onun bu sahədəki təcrübəsindən və professionallığından irəli gəlir.
- Kitabınız çap olunubmu?
- Bir kitabım çap olunub. “ İgid əsgər möhkəm dayan” şeirlər kitabıdır.
- Şeir yazmağa nə vaxt başlamısınız?
- Uşaqlıqdan. 2-3 sinifdə oxuyarkən Azərbaycan radiosunda “Çapar” adlı uşaq verlişi vardı. İlk şeirimi orda oxumuşam.
- Azərbaycan Yazıçılar Birliyinə necə üzv oldunuz?
- Mənim “İgid əsgər möhkəm dayan” kitabım çap olundu, “İgid əsgər” şeiri dördüncü sinif dərsliyinə salındı. On bir mahnım radionun qızıl fondunda və on yeddi əsərim silahlı qüvvələrin tədris proqramına salındı. Bütün bunlardan sonra üzvlüyə qəbul aktuallaşdı.
- Təbabət və incəsənət... Bu əməkdaşlıqda siz hansına daha çox önəm verirsiniz?
– Mən 27 ildir ki, həkim işləyirəm. Bu 27 ilin bir ili belə yox, heç bir günü boş, mənasız keçməyib. 27 ilin 27-si də dop-dolu. Maddi durumumdan, vəziyyətimdən asılı olmayaraq işimi sevmişəm. Həkimlik işimi sevə-sevə icra etmişəm. İncəsənət isə bu işdə mənə yardımçı olub...
Təbabətlə incəsənətim ittifaq tarixi çox qədimlərə gedib çıxır. Əvvəla Yunan əsatirlərin də təbabətin və incəsənətin Allahı eynidir- Apalon. Bu onu deməyə əsas verir ki, əməkdaşlığın tarixi qədimdir. Təbabətin obyekti insandır. İncəsənətin də obyekti insandır. Təbabət həyat uğrunda elmdir, incəsənət də həyat haqqında elmdir. Təbabət xilaskarlıq, fədakarlıq sənətidir. İncəsənət də xeyirxahlıq, insan taleyinə münasibət timsalında mərhəmətlik, qayğıkeşlik, gözəllik sənətidir. Yəni məqsədi, arzusu, obyekti, amalı eyniyyət təşkil edir. Hər ikisinin xarakteri də eynidir – sosial. İnsanın həyatını incəsənətsiz təsəvvür etmək mümkün deyil. O ki, qaldı mənə mən bir insan kimi incəsənətin vurğunuyam. Musiqi, şeir mənim mənəvi qidamdır. O mənim professional həkim kimi formalaşmağımda əvəzsiz rol oynayıb. Mən bəlkə də şeir yazmasaydım, musiqi bəstələməsəydim, nə həkim kimi əsl həkim, nə də insan kimi insan olardım.
- Müharibə vaxtında hərbidə olmusunuz. O illərlə bağlı yaddaqalan hadisələr varmı?
- Çox hadisələr olub. Məsələn, mənim yadımdadır ki, Müdafiə Nazirliyinə bir qadın gəlmişdi. Kənar adamları buraxmırdılar nazirliyə. Onu Şəmistan Əlizamanlı qəbul elədi , dərdini danışdı. Sonra bizə dedi ki, “verin mənim oğlumu”. Dedi ki, axşam sənin “ İgid əsgər” mahnına qulaq asdı, sonra getdi döyüşə və bir daha geri qayıtmadı. O zaman başa düşdüm ki, çox ağır bir yükün altındayam. İndi oğlum əsgər yaşındadır və bu məsuliyyəti layiqincə daşımalıyam.
- Şəmistan Əlizamanlı deyir ki, “Cənab Leytenant” mahnısından sonra xeyli gənc, zabit olmaq, hərbçi olmaq həvəsinə düşüb...
- Bu məni çox sevindirir. Əgər doğurdan belədirsə, demək yazıb-yaratmağıma dəyərmiş. Yaradıcı adama bundan böyük alqış, bundan böyük mükafat nə ola bilər ki?
- Yeni kitab haqqında düşünürsünüz?
- Mahnılardan ibarət söz və musiqi yazılı – partitur kitabım üzərində işləyirəm. “ Çərçivə” adlı şeir , esse və hekayələrdən ibarət fəlsəfi lirik mövzuda işlədiyim kitabı tamamlamaq üzrəyəm.
Cəlil CAVANŞİR
525-ci qəzet.- 2014.- 6 sentyabr.- S.16.