Yaşadan əbədi Yaşar” monoqrafiyaının təqdimatı olub

 

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Yaşadan əbədi Yaşar” adlı monoqrafiyanın təqdimatı keçirilib. SİA-nın verdiyi məlumata görə, görkəmli teatrkino aktyoru, xalq artisti Yaşar Nurinin yaradıcılığına həsr olunmuş monoqrafiyanın müəllifi sənətşünaslıq doktoru, professor İlham Rəhimlidir.

 

Kitabda aktyorun yaradıcılıq yolunun əsas estetik səciyyələri araşdırılıb, onun teatr, kinoteleviziyada yaratdığı bir sıra rollar təhlil edilib.

 

Təqdimat mərasimində kitabın redaktoru sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə və Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov çıxış edərək ölməz sənətkarın bənzərsiz sənət dünyasından söz açıb və xatirələrini bölüşüblər.

 

Bildirilib ki, Yaşar Nuri cismən aramızda olmasa da, o, Azərbaycan kino və teatrında yaratdığı bənzərsiz obrazlar qalereyası ilə əbədiyaşarlıq qazanmış sənətkarlardandır.

 

Sonsuz sevgi ilə yazılmış bu kitaba görə İlham Rəhimliyə minnətdarlıqlarını bildirən natiqlər müəllifin əməyini yüksək qiymətləndirərək, onun sözdən əsl sənətkara layiq möhtəşəm abidə yaratdığını vurğulayıblar.

 

Tədbirdə xalq artistləri Eldar Quliyev, Firəngiz Mütəllibova, Hacı İsmayılov və başqaları çıxış edərək unudulmaz aktyorla bağlı xatirələrini bölüşüb, onun bir sənətkar, dost kimi yüksək insani keyfiyyətlərindən danışıblar.

 

Müəllif İlham Rəhimli kitabın 2012-ci ildə yazıldığını diqqətə çatdırıb. O, Yaşar Nurinin kitabın təqdimatını görməməsini təəssüf hissi ilə qeyd edərək, lentə alınmış tamaşalarının, filmlərinin aktyoru əbədi yaşadacağını söyləyib.

 

Mərasimdə aktyorun çəkildiyi filmlərdən, televiziyateatr tamaşalarından fraqmentlər nümayiş olunub.

 

Qeyd edək ki, kitabın elmi redaktoru sənətşünaslıq doktoru, professor, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovdur.

 

S.Abdullayeva

525-ci qəzet.- 2014.- 9 sentyabr.- S.7.