Mənəvi-mədəni irs xəzinəmizin dəyərli inciləri

 

 

Fars-tacik ədəbiyyatının dahi nümayəndəsi, böyük şair, alim, mütəfəkkir Əbdürrəhman Cami (1414-1492) çoxcəhətli yaradıcılığı ilə Yaxın Orta Şərq xalqları ədəbiyyatına, o cümlədən, Azərbaycan ədəbiyyatına təsir etmiş sənətkarlardandır. Şair sağlığında Azərbaycan hökmdarları şeir-sənət adamları ilə həmişə əlaqə saxlayıb. OnunHəqiqitəxəllüsü ilə şeirlər yazan Cahanşah Qaraqoyunlu, Ağqoyunlu hakimləri Uzun Həsən Sultan Yəqub, Şirvanşah Fərrux Yəsar ilə dostluq münasibətlərində olduğunu mənbələr sübut edir. Şairin anadilli Azərbaycan poeziyasının inkişafında danılmaz rolu olan Əlişir Nəvainin ustadı, şeyxi dostu olduğu da məlum faktdır. Bütün bunlarla bərabər, onu da xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanda əsrlər boyu şair yazıçılar, ziyalılar, adi oxucular farsdilli ədəbiyyatın Firdovsi, Xəyyam, Nizami, Cəlaləddin Rumi, Sədi, Hafiz kimi dahiləri sırasında Caminin əsərlərini sevə-sevə oxuyublar. Cami əsərlərinin Azərbaycanda geniş mütaliə edilməsi, tədris prosesində istifadəsi onların əlyazma nüsxələrinin ölkəmizdə yayılmasına, digər sənətkarın əsərlərinə nisbətən sayca çox olmasına səbəb olub. Tacik camişünası, professor Alaxon Əfsahzadın bildirdiyinə görə, Cami 46 adda əsər yazıb ki, bunlardan 40-ı bizə çatıb. Görkəmli alimimiz, professor Cənnət Nağıyeva isə qeyd edir ki, şairin AMEA Əlyazmalar İnstitutunda demək olar ki, dövrümüzə qədər çatmış əksər əsərlərinin əlyazmaları vardır bu əsərlərin nüsxələri başqa müəlliflərin əsərlərinə nisbətən xəzinədə çoxluq təşkil edir. Əlyazmalar İnstitutunun mərhum əməkdaşı Cənnət Nağıyevanın ölkəmizdə istər nəvaişünaslığın, istərsə camişünaslığın inkişafındakı əhəmiyyətli rolunu, Orta Asiya xalqları ədəbiyyatı ilə ədəbi əlaqələrimizin tədqiqindəki xidmətlərini xüsusilə qeyd etmək istərdik. Cənnət xanım Əlyazmalar İnstitutunda saxlanan Əbdürrəhman Cami əlyazmalarının kataloqunu 3 cilddə tərtib edib ki, bu əsərin hələlik yalnız I cildi çapdan çıxıb.

Cami əsərlərinin bir sıra dəyərli, qədim əlyazma nüsxələri Əlyazmalar İnstitutuna görkəmli ziyalılarımızın kolleksiyalarından gəlib. Onun institutda saxlananSühbətül-əbrarməsnəvisinin 1651-ci ildə köçürülmüş nüsxəsi Abbasqulu ağa Bakıxanova məxsus olub. A-287 şifri altında saxlanan əlyazma 104 vərəqdən ibarətdir, ölçüsü 14x20 sm.-dir. Mətn , saya kağızlara nəstəliq xətti ilə, qara mürəkkəblə yazılıb. İki sütunda yazılıb, qırmızı xətlərlə çərçivəyə alınıb. Zərif, ornamentli başlığı vardır. Cildi qəhvəyi meşindəndir. Titul vərəqinin üstündə A.Bakıxanovun möhürü basılıb, kitab haqqında sözləri yazılıb imzası qoyulub.

CamininYusif Züleyxapoemasının B-2275 şifri altında saxlanan nüsxəsi üzərində onun Abdulla Şaiqə mənsub olması barədə qeyd vardır. Əlyazma 83 vərəqdən ibarətdir, 15x21 sm. ölçüdədir. , saya vərəqlərə nəstəliq xətti ilə qara, bəzi ara işarələr yarımbaşlıqlar qırmızı mürəkkəblə yazılıb. Əvvəldən ortadan naqisdir. Əlyazmanın bir hissəsinin (28 vərəq) sətiraltı tərcümə izahları Azərbaycan fars dilindədir. Əsər Əbdürrəhman Xaçmazinin mədrəsəsində Əhməd əfəndi Qarabağinin hüzurunda 1820-ci ildə Əli ibn Qazi Qarabaği tərəfindən Bərgüşadda köçürülüb. Bundan başqa, kitabın yazılması haqqında bir neçə beyt katib qeydləri vardır. Sonra isə bir neçə rübai verilib.

Ə. CamininYusif Züleyxapoemasının B-2039 şifrli 134 vərəq həcmində, 13x21 sm. ölçülü digər əlyazma nüsxəsinin üzərində Abdulla Şaiqin babası Süleyman Talıb oğlunun dördbucaqlı möhürü vardır. , saya vərəqlərə nəstəliq-şikəstə xətti ilə qara, bəzi başlıqlar, tək-tək sözlərin izahı qırmızı mürəkkəblə yazılıb. Medalyonlu qara meşin cildə tutulub. Paginasiyaları vardır. Əlyazmanın bir neçə son vərəqində bəzi ərəb istilahlarının azərbaycancaya tərcüməsi, azərbaycanca-farsca müxtəlif şeir nümunələri, fərdlər s. yazılıb.

Yusif Züleyxapoemasının bir nüsxəsinə Hüseyn Əfəndi Qayıbovun şəxsi kolleksiyasında rast gəlirik. B-628 şifri altında saxlanan bu əlyazma 1857-ci ildə Hüseyn Əfəndinin özü tərəfindən köçürülüb. Kitabın haşiyələrində edilmiş bəzi qeydlər onun mədrəsə tələbələri üçün köçürüldüyünü göstərir. 191 səhifədən ibarət, 16x20 sm. ölçülü mətn, ,saya vərəqlərə qara mürəkkəblə nəstəliq xətti ilə yazılıb. Cildi kartondandır.

Məlumat vermək istərdik ki, Əlyazmalar İnstitutunda CamininYusif Züleyxapoemasının 150 əlyazma nüsxəsi saxlanır.

Abbas Mirzənin dördüncü oğlu, Fətəli şah Qacarın nəvəsi Bəhmən Mirzənin (1811-1884) Əlyazmalar İnstitutundakı kolleksiyasında Ə.Caminin A-365 şifri altında saxlananÇehel hədisəsərinin əlyazması vardır. Cami Məhəmməd Peyğəmbərə istinad edilən hədislərdən qırxını seçib, fars dilində nəzmə çəkib, hər hədisə bir rübai həsr edib. Məlim olduğu kimi, Füzuli bu rübailəri Azərbaycan dilinə çevirib. Mətn , saya vərəqlərə nəstəliq xətti ilə qara mürəkkəblə köçürülüb (ölçüsü: 10x15sm., həcmi: 9 vərəq). Cildi medalyonlu, meşindir. Əsərin üzərindəki ən qədim qeyd 1689-cu ilə aiddir. Onun 1837-ci ilə Bəhmən Mirzənin kitabxanasına daxil olması barədə qeyd vardır.

Ə.Caminin B-80 şifri altında saxlanan 145 vərəqlik, 12x20 sm. ölçülüİnşaəsərinin əlyazması kolleksioner Novruz Ağayevə (1874-1948) mənsub olub. Əsərdə Caminin Sultan Hüseyn Bayqara, Əlişir Nəvai, Qazizadə Rumi, Übeydullah Səmərqəndi başqalarına göndərdiyi məktubların onların cavablarının surətləri toplanıb. Mətn , saya Şərq istehsalı olan vərəqlərə qara, sərlövhə yarımsərlövhələr qırmızı mürəkkəblə, incə nəstəliq xətti ilə köçürülüb. Əlyazma Şeyx Əhməd ibn Məhəmməd tərəfindən 1663-cü ildə köçürülüb, üzərində katibin möhürü vardır. 145 səhifədən ibarətdir, 12x20 sm. ölçüdədir. Sonradan bərpa edilib. Cildi qara meşindəndir. Kolleksionerlərdən Mirzə Şəfi Vazeh, Əbdülqəni Əfəndi Nuxəvi, Novruz Ağayev tərəfindən Cami əsərlərinin üzünün köçürülməsi məlumdur. Əbdülqəni Əfəndi həm şairinCilaür-ruhqəsidəsinə şərh yazıb.

Ə.Cami əsərlərinin Əlyazmalar İnstitutunda saxlanan əlyazmaları bədii tərtibatı ilə seçilir. Onlar Azərbaycan-tacik ədəbi əlaqələrinin sübutu olmaqla bərabər, orta əsrlərdə, sonrakı dövrlərdə Azərbaycan ziyalısının, oxucusunun mütaliə dairəsinin, mənəvi dünyasının da göstəricisidirlər.

Məlum olduğu kimi, Cami Nizami Gəncəvinin “Xəmsə”sinə cavab olaraq “Həft övrəng” adlı 7 poemadan ibarət “Şəb`ə” (“Yeddilik”) yazmışdır. Buraya aşağıdakı əsərlər daxildir: “Silsilət-üz-zəhəb”, “Sələman və Əbsal”, “Töhfət-ül-əhrar”, “Sübhət-ül-əbrar”, “YusifZüleyxa”, “Leyli və Məcnun”, “Xirədnameye-İskəndəri”. Bu toplunun bir neçə dəyərli nüsxəsi Əlyazmalar İnstitutunda mühafizə edilməkdədir. Onlardan D-343 şifrli, 250 vərəqlik (ölçüsü: 20x30sm.) birincisi 1577-ci ildə Şəhabəddin ibn Dərviş Məhəmməd Daşkəndi tərəfindən Daşkənddə nəstəliq xətti ilə müəllif hüzurunda yazılmış nüsxədən köçürülüb. 4 sütunda yazılmışdır. Orta Asiya üsulu ilə hazırlanmış qovluqlu, medalyonlu tünd yaşıl cildə tutulmuşdur. “Həft övrəng”in də Əlyazmalar İnstitutunda qorunan nüsxələri XVI-XIX əsrlərdə köçürülüb. Bunlardan XVII əsrdə köçürülmüş əlyazma toplunun üzərində 1842-ci ildə şamaxılı Hacı Ələsgər ibn Hacı Babanın tapşırığı ilə bərpa olunduğu qeyd edilib.

Caminin “Həft övrəng”inin ayrı-ayrı poemalarının əlyazmaları da institutda mühafizə edilir. Bunlardan “Silsilət-üz-zəhəb” poemasının 1567, 1595, 1828-ci ildə; “Töhfət-ül-əhrar” poemasının 1548-ci ildə; “Sühbət-ül-əbrar” məsnəvisinin 1546, 1574, 1819-cu ildə, “YusifZüleyxa” poemasının 1659, 1683,1690,1787-ci ildə köçürülən nüsxələri xüsusilə diqqətəlayiqdir. Bu əlyazmalar orta Asiyada, eyni zamanda Təbrizdə, Gəncədə, Şəkidə, Qarabağda, Bərgüşadda, Qəbələdə, Qazaxda, Ləkidə, Qudyal kəndində köçürülüb. Bəzi əlyazmalarda Azərbaycan dilinə tərcümə və izahlar verilib.

Əlyazmalar İnstitutunda saxlananİnşa” əsərinin də sayı kifayət qədər çoxdur. Bu dəyərli əsərin institutda 50 əlyazma nüsxəsi saxlanılır. Şairin oğlu Ziyaəddin Yusifə həsr etdiyi “Fəvaid-üz-ziyaiyyə fi şərh əl-kafiyə” əsərinin 120-dən artıq Bakı əlyazma nüsxəsi vardır.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Cami divanlarının on üç dəyərli əlyazma nüsxəsi mühafizə edilir. Bunlardan ən mükəmməli-M-93 şifrli əlyazma “Külliyyat”dır. Professor Alaxon Əfsahzad buraya daxil olan şairin “Fatihət-üş-şəbab” poeması əlyazmasını ən mükəmməl nüsxə adlandırıb, elmi-tənqidi mətnin tərtibində ondan istifadə edib. 412 vərəqdən ibarət 14x33sm. ölçülü əsərin köçürülməsi 1512-ci ilin 21 aprelində tamamlanıb. Burada şairin üç divanı ilə bərabər poemaları da haşiyələrə köçürülüb. Mətni nəstəliq xətti ilə, qara tuşla Mahmud ibn Nurəddin Əhməd köçürüb. Əlyazmanın üzərində 1889-cu ildə Şuşada alındığı barədə qeyd vardır. Görünür ki, kitab bir müddət şuşalı şair Məmo bəy Məmainin ixtiyarında olub.

Caminin ilk “Fatihət-üş-şəbab” poemasının M-453 şifrli 1523-cü ildə köçürülmüş əlyazması 229 vərəqdən ibarətdir, 10x18sm. ölçülüdür. Haşiyələrdə şairin “Sühbət-ül-əbrar”, “Töhfət-ül-ənrar”, “Xirədnameyi-İskəndəri” əsərləri köçürülüb. Katibi əslən Ordubaddan olan Əbülqasim əl-Astrabadidir.

Şairin M-434 şifrli 1575-ci ildə qara mürəkkəblə katib Əli ibn Hacı Şüştəri tərəfindən incə nəstəliq xətti ilə köçürülmüş birinci divanı da nadir nüsxələrindəndir. 13x5sm. ölçülüdür, 296 vərəqdən ibarətdir. “Fatihət-üş-şəbab”ın, şairin digər iki divanı – “Vəsilət-ül-iqd” və “Xatimətül-həyat”ın XVI-XIX əsrlərdə köçürülmüş, hazırda Əlyazmalar İnstitutunda saxlanan nüsxələri böyük maraq doğurur. Caminin “Lüccət-ül-əsrar”, “Cila-ür-ruh”, “Şərhi-bismillah”, “Çu peyvənd” və digər qəsidələrinin əlyazmaları həm divanlarla bir yerdə, həm də ayrıca köçürülüb.

Şairin ayrı-ayrı əsərlərinin şərh və tərcümələrinin, onları yaxşı başa düşmək üçün tərtib edilmiş lüğətlərin də əlyazmalarının mövcud olduğunu görürük. BunlardanCila-ür-ruh” qəsidəsindəki çətin sözlərin Molla Vəli Vidadinin oğlu Osman Əfəndi tərəfindən tərtib edilmiş lüğəti maraq doğurur. Ərəb və fars dilini bilən Osman Əfəndi böyük bir mədrəsə sahibi olub. 137 vərəqlik əsər 1818-ci ildə Şıxlı kəndində köçürülüb.

Əlyazma xəzinəmizdə 300-dən artıq şeir məcmuəsi, cüng saxlanılır ki, bunların əksəriyyətində Cami yaradıcılığından nümunələr var.

Qeyd etmək istərdik ki, Əlyazmalar İnstitutunda  Ə. Cami əsərlərinin elmi-tənqidi mətninə düşməyən bəzi şeirləri, qəsidə, qəzəl, rübai, fərd və müəmmaları da saxlanmaqdadır.

Bildirdiyimiz kimi, Cami əsərlərinin əlyazmalarının Azərbaycanda geniş yayılmasının bir səbəbi onların ziyalılarımız tərəfindən yüksək dəyərləndirilməsi, dönə-dönə oxunmasıdırsa, digər səbəbi, ölkəmizdə bir dərs vəsaiti kimi istifadə edilməsidir.

Əlyazmalar İnstitutunda Əbdürrəhman Cami əsərlərinin 500-dən artıq əlyazması saxlanılır ki, bu göstəriciyə görə heç bir klassik müəllif onunla müqayisə edilə bilməz.

 

 

Paşa ƏLİOĞLU

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor əvəzi

525-ci qəzet.- 2014.- 13 sentyabr.- S.30.