Ramazan axşamında düşündüklərim

 

 

Ramazan axşamlarında

düşündüklərim

Allahım, min illər

     bundan əvvəl

minlərlə əl

acıq” – deyib Sənə uzandı.

Bilmirəm o ayın adı

     Ramazandı?

  fərqi var,

     zaman elə zamandı.

Onda bəndələrin üçün

Göydən bildirçin

     yağdırdın.

İndi Ramazandı

     Kimin əli sənə uzandı?

Kim mızıldandı...

İndi göydən

İnsan əli, ayağı,

insan döşü, başı yağır,

insan naləsi,

insan göz yaşı yağır.

Allahım, bunu səndən istədilərmi...?

Acıq, bizə yemək ver” – dedilərmi?

Kim səndən icazə aldı?

Göyün yeddinci qatından.

Allahım, Sənin ayağının altından,

Kim təyyarəni vurub saldı,

Bunu bizə deyəcəklərmi?

Bu göydən yağan,

     yanan

İnsan parçaların

     yeyəcəklərmi.

Bir yandan indi kainatda

uçmağı öyrənir insan.

Amma belə vaxtda

 Göydən iyrənir insan.

 Düşündüm şikayət edim.

Səs gəldi:

Kimdən, kimə?

dedim:

... Səndən, sənə!

Düşündüm.

Fikrimdən daşındım.

, şikayət edim

hər gün

Həsəndən Həsənə.

Səmada yer kürəsi səyyarədir.

həm sərnişini olduğumuz

     bir təyyarədir.

İştah diş altındadır deyirlər,

Bəziləri bu iştahla yeyirlər

Yer kürəsini ...

hərə bir parçasını

     qopartmaq istəyir.

Yer kürəsini vurmaq,

     atmaq, partlatmaq

     istəyir.

Allahım, yaxşı fikir ver.

Sənin ətəyindən dartmaq

istəyəcəklər.

başını qatmaq,

     aldatmaq,

Səndən bir şey qoparıb

     satmaq istəyəcəklər.

bu zopba ölkələrin

     dini-iman siyasətdi.

Onlar istəyəndə

Siyasət sərhəddi,

     Səddir.

İstəyəndə nüvə silahıdıSiyasət.

Günahsızların günahıdısiyasət.

Siyasəthər mərtəbədə oyundu.

SiyasətXamelyondu.

SiyasətRezin əmzikdi

Kiçik xalqların ağzında.

Gözəl səslənir deyəndə, yazanda.

Əmziyi var, ağzı doludu, südü yoxdu.

Qarnı acdı,

Siyasət sarıdan gözü toxdu.

Allahım, İnsan

öz yaratdığının əlində

     girovdu, əsirdi.

Havada uçanlar, suda üzənlər,

     Yerdə gəzənlər.

Hamısı bir-biri üçün ovdu,

     hamısı müqəssirdi.

Qaçan daya Allah” – deyir, qovan da

Con daya Allah” – deyir, İvan da.

İvanın Allahdan xəlvət

Allahsızlığı da olur.

Ona görə, arabir haqsızlığı da olur.

Qaçana qapı açarlar,

qaçan neyləsin,

Dəlinin qabağından qaçarlar.

Dünya qəliz olub,

bilmək olmur kimin əlindədir açarlar.

heç kəs sənin kimi tək deyil.

Belə tənhalıq heç kəsə gərək deyil.

Allahım, Sənə deməyə qorxuram,

öz aramızda qalsın.

qoy mən deyim, söz ürəyimi deşir.

söz aramızda qalsın.

Bu dünya zorbaları

Allahı datəkistəmirlər.

hələ ki, qorxurlar, demək istəmirlər.

Dünyanın beş qitəsində

paraları-pulları var.

Saysız-hesabsız

qulluqçuları, qulları var.

hər yana su altından,

yer üstündən yolları var,

hansı qibləyə dönsələr,

gözləyən dulları var.

Kimin istəsə başına quş qondurar,

Kimin istəsə banklarda pulunu,

damarında qanını dondurar.

İstəsə, yer kürəsini

Şəxsi limuzini kimi dayandırar.

Niyə şəxsi Allahı olmasın?

niyə axı olmasın?

Böyük haqsızlıqdı ona qarşı.

Bu dərddən ağrıyır ürəyi,

çatlayır başı.

Allahım, tövbə, bunları mən demədim

yaxşı-yaxşı...

öz aramızda qalsın.

söz aramızda qalsın.

Mən ölüm,

demişəm, deməmiş olum.

Niyə o yazıqlara

mən qəmiş olum.

Yenə gərək

Allahım, Səni görək.

həyatdakı ehtiyaclara,

ac-yalavaclara,

Məhəbbətə, çörəyə möhtaclara

Yenə Sən

Sahib çıxmalısan

Bir az aşağı enəsən.

Bəzi qudurğan qaniçənləri

     Sən yıxmalısan.

Bəlkə Sən tövbə deyib,

     Keçmişinə yenidən baxmalısan.

Bunların arasında

Yetişdirib, bəslədiklərin var.

Lazım olanda səslədiklərin var.

Başları qarışıb,

ağılları çaşıb,

çıxıblar aradan.

Dünyada bir neçə nadan

Özünü yaradan sayır, yaradan!

Hələ tam aydın deyil

dünyanın düzəni.

bəzinin boyu-buxunu,

uzunu-eni məlum deyil.

Heç kəs tək deyil.

Bir qorxaq üstünə gəlirsə,

Bil ki arxalandığı eli-ulusu var.

Bazarda keçi kişmişini yeyirsə,

Qovma,

onun da qoçu Nəcəfqulusu var.

Heç kəs özünə tam arxayın deyil,

Çünkü heç kəs tam xain deyil.

Hərə bir az xaindi. Bunun min bir səbəbi var.

Səbəbyaşanm tarixdi,

     gələcək günü.

Qonşuluq, qohumluqdu,

məzhəbdi, dindi.

Başının üstündəki dərddi,

Torpağın altındakı sərvətdi.

Hansı xalqdı,

     necə millətdi?

İndi üzdə hamı dostdu,

İçində hamı mərdimazardı.

çünki Yer üzü

böyük bir bazardı,

hər şey satılır, alınır.

ən dərin quyunun üstünə

ən gözəl xalılar salınır.

Altından xəbərin olmasa,

Necə keçəsən xalının üstündən.

Deyən yoxdu:

həsiri basma, dolan gəl

nəhənglər qorxur pis gündən.

Bu bazar qanunudu,

     dəllalları yaşadır bazar.

Allahım, mələk göndərsən bura,

     bu bazarda azar.

Siyasətbazlara uduzar.

Keçən əsrdə

İki dünya müharibəsindən

     keçdi zaman.

Atom bombasından,

Nüvə hədəsindən

     Keçdi zaman.

Düşünürdüm insan

Ən ali məxluqdur Yer üzündə

Güc tapacaq özündə.

Qəlbini şumlayacaq, düzləyəcək.

Ruhunu təmizləyəcək.

qayğısız qalmış saflığını,

canıyla, qanıyla

oxşayıb əzizləyəcək,

ürəyində, beynində

haqqa, saflığa yol açacaq.

Saflıqdan insan mələk olacaq.

Səyyarələr arasında uçacaq.

İnsanı uçmağa qoymayan

Öz qəzəbi, kinidi.

Nifrət, qəzəb, kin

İnsanın ayağına bağlanmış

ağır daşlar kimidi.

İnsanı qol-qanad açmağa qoymur.

Yerdən ayrılmağa, uçmağa qoymur.

ümidimin önündə

bir şam yandırmışdım,

özüm-özümü inandırmışdım.

Kim məcbur edə bilər insanı:

Sən boynundan bu ağır daşı as!

İnsan içindəki pislikləri

İkinci minilliyə daşımaz.

Amma daşıdıq, daşıdıq!

Ərəb baharı ilə başladıq.

Sonra rəngbərəng

     inqilablar yaşadıq.

Mələr qoyduq insan balasını,

Ağlatdıq insanın anasını.

insan qanı ilə yuduq

ikinci minilliyin astanasını.

Əlimizi yumamışıq hələ.

Belə görürəm

üçüncü dünya müharibəsinə

gedirik mərhələ-mərhələ.

hamı görməzliyə vurub.

hamı guya sülhün tərəfində durub.

hər kəsin əlindəqoltuğunda,

arxasında güvəndiyi silahı.

xəlvət cinayəti, gizli günahı.

Allahım, Sən yaddan çıxmısan,

hərə bir peyğəmbərin adamıdı.

Biri Məhəmmədin, biri İsanın,

     biri Musanın...

Səma İnsan evinin damıdı.

Bəs adamı yoxdu

İnsan oğlu İnsanın?!

Dininə, dilinə,

     mənzilinə

     mərmi yağır.

“La İlahə İlallahsəsinə

     mərmi yağır.

Hələ dinidili məlum olmayan

     insan körpəsinə mərmi yağır.

Ağrıdan hansı dildə bağırsan, bağır!

Ağrının dili birdi.

Allah səni eşidəcək, duyacaq.

Qorxuram bir gün Allah da

     bizdən cana doyacaq.

Bizdən bezəcək, Allahlığı bir yana

qoyacaq.

Yer üzünü yana-yana qoyacaq.

Sizi cənnətdən qovdurdu

Tamah saldığınız haram bir tikə.

Allah sizi atdı Yer üzünə.

Dedi bəlkə hərə özünə bir bağ sala,

     bir ev tikə.

Yenə gözünüz birbirinizin

     inəyində, atındadı.

     həyətində

     bağındadı.

Suyunda, torpağındadı.

O haram tikə

İçəridən qurd kimi yeyir sizi

Neçə dəfə cəhənnəmə döndərilib,

     viran olub Yer üzü

Ağalar? 

Deməyin ki bu lap olar.

Bu silahlarla

 Səyyarəmizi viran qoymaq olar.

Vaxt varikən yığışın

qayıdın həddinizə,

     öz sərhəddinizə

öz səddinizə sığışın.

Tamahınızdan qaçın

Gözlərinizi geniş açın.

Kainata yaxşı baxın.

Siz ayağının altındasınız

     böyük Allahın.

Özünüzü haqq saymayın,

Özünüzü Allah saymayın!

Durduğunuz yerə enincə, enin.

Ətrafdakı ağlayan,

     gülən insanları

     görüncə enin!

Bizə verilən vaxt Allah amanıdır.

Bir zaman daşları atmaq vaxtı idi,

İndi daşları yığmaq zamanıdır”.

 

29.07.2014

Fikrət Qoca

525-ci qəzet.- 2014.- 13 sentyabr.- S.29.