Qayğılı və duyğulu
şairin “Ümid
kitabı”
Müəllif Ramiz Məmmədzadədir.
Onu 50 ildir tanıyıram.
Keçən əsrin 60-cı illərinin əvvəllərində
Abşeron Rayon Partiya Komitəsinin birinci katibi işlədiyim zaman komsomol, sonra da partiya
işinə götürdüm,
daha sonra o dövrün ən müqtədir təşkilatı
olan Mərkəzi Komitəyə qədər
gedib çıxdı.
Çox
da böyük vəzifədə olmasa da, tanınıb seçilirdi. Səmimiyyətinə, qayğıkeşliyinə görə
çoxsaylı dostlar
qazandığının da
şahidiyəm. 50 illik müşahidələrimə
rəğmən deyə
bilərəm ki, olduğu kimi görünən, göründüyü
kimi olan adamlardandır. Özü
demişkən bir az narahat,
bir az da
nahamvar adamdır (“Özümə oxşayır
yazdığım şeir”).Onunla ünsiyyətdə olanda da, şeirlərini
oxuyanda da nəzərə çarpan
daha çox elə bu narahatlığı
və nahamvarlığıdır.
Düşündüklərini olduğu kimi
bədii boyalarla çatdıra bilir.
Xüsusilə dostlarına
və tanıdığı
adamlara həsr etdiyi şeirlərdə onun narahatlığı və qayğıları daha çox hiss olunur.
Bununla gərək
ki, 10 və ya 12-ci kitabıdır ki, dərc olunur
və demək olar ki, hamısını
da mənə bağışlayıb.Bütün kitablarında uşaqlıqdan
başlayıb bu günə qədər ürəyi riqqətə
gətirən qayğı
və duyğuları
səslənir.Sərbəst şeirə verdiyi üstünlük isə həmin qayğıları
daha sərbəst ifadə etməyə imkan yaradır.Bu vəznin üstünlüyü
də elə bilirəm ki, elə bundadır. Dostlarına, əzizlərinə həsr
etdiyi hər şeirdə yüzlərlə,
minlərlə adamların
qayğıları oxunur.
“Yox, sən gözlə,
ata evim” şeiri Zəhra anasının xatirəsinə
həsr olunsa da, uşaqkən cəbhədə atasını
itirən minlərlə
uşağın “ata”
həsrətindən necə
qovrulduğunun çox
parlaq ifadəsidir:
“Dilimizdə dağ-dağ oldu “ata” kəlməsi,
Gedər-gəlməz oldu “ata” kəlməsi,
Bizim evdən qaçaq oldu “ata” kəlməsi,
Kişi sözü eşidəndə
gözüm dörd oldu”.
Daha sonra:
“Dörd uşaqdıq bir yuvada –
sərçə balası...
Bir ümidə
sığınmışdıq – anam qalası”.
Gözəl tapıntıdır! İstər
–istəməz dimdiyində
yem gətirərkən
ağızlarını gen açıb civildəşən
sərçə balaları
yada düşür.
Mən özüm də
belə bir ağrılı-acılı uşaqlıq
keçirmişəm. Dünyasını tez dəyişən
atamdan sonra 4 uşaqla dağ boyda dərdin altında inləyən anam yada düşür.
Aylarla toxuduğu bir xalını qarğıdalıya
dəyişmək üçün
Balakənə getmiş
anamızı bir həftə idi ki, ac-susuz gözləyirdik.
Xalını 2 pud qarğıdalıya
dəyişib gələn
anamızı görüb
sərçə balalarıtək
civildəşirdik.
Ramiz Məmmədzadə elə
bu səhnəni təsvir edir:
“Xalçaları, gəbələri
satdıq birinə,
Üç otağı bir
elədik, qatdıq birinə,
Dörd
balaydıq, dörd köz idik,
odduq birinə,
Sındırmadı vüqarını
anam mərd oldu,
O xalçalar, o gəbələr
mənə dərd oldu”.
Bu sətirləri oxuyub
kövrəldim. Hər şeyi satıb
(bunlar çox da deyildi) əlacsız
qalan anamın müharibənin birinci ilindəcə şam kimi əriyib yaşı hələ
40-a çatmamış dünyasını
dəyişməyi bizi
daha böyük dərdlərə düçar
elədi.
Ramiz qarabağlıdır. Əksər şeirlərində
Qarabağ dərdi bütün dərdləri
üstələyir.
“Canım Qarabağın zirvəsiyəm mən,
Nisgilli dağların zil səsiyəm mən,
Yurda sədaqətin zirvəsiyəm
mən”
deyən şair
elə bu dərdlə də qocalır, Qarabağ olayları da içalat kimi uzanıb gedir.
Kitabın bir bölümü müxtəlif insanların
xatirələrinə həsr
olunub. Bu şeirlərdən
Nazim Hikmət, Rəsul Rza, Bəxtiyar Vahabzadə, İlyas Əfəndiyev kimi dahi sənətkarlar
boylanır. Arzularından,
xəyallarından nakam
gedən Nazim Hikmətin dililə:
“Bəxt məni aldatdı ki,
Xəyallarım batdı ki,
Əlim
hara çatdı ki,
Nə ağlarsan əlim heyy”
deyən şair,
böyük ülvi məhəbbətin rəmzi
olan Rəsul Rza və Nigar
Rəfibəylinin ömrün
çox dəhşətli
rüzgarı ilə biri-birinin həsrətilə
dünyalarını dəyişməsini
yada salır. O zaman bu iki
böyük sənətkarın
faciəsinin ümumxalq
faciəsinə çevrilməsi
yaxşı yadımdadır.
Şair bu nisgili kövrək duyğularla vəsf edir:
“Sən qızılgül fəslində
gəlmişdin bu həyata
Çiçəkləri qoyub nigaran
ölmək istəməzdin.
Gözü-gözündə
Sözü-sözündə
Qolu qolunda Nigarım”
deyən şairin
həm də bu şeiri Rəsul
Rzanın çox sevdiyi sərbəst vəzndə yazması da diqqətçəkəndir.
Şair
ustad sənətkarımız
Bəxtiyar Vahabzadənin
ruhu qarşısında
onun ölümünü
təbiətin və cəmiyyətin böyük
faciəsi kimi vəsf edir:
“Bozarmış çöllərin
gözü ağardı,
Qarası
çəkildi üzü
ağardı,
Söz dedim, dilimin sözü ağardı,
Sözsüz səhralarda bir
dayan sözüm”
Böyük yazıçı, dramaturq
İlyas Əfəndiyevin
xatirəsinə həsr
etdiyi “Məhəmməd
oğlu İlyas” şeirində bu gözəl sənətkarın
canlı portretini yaradır.
Şairin
poetik istedadı:
Duyğuları şehə döndü
Səpildi
Ömrünün yarpaqlarına-
O istəkli dağların, dərələrin
Büllur bulaqlarına.
– misralarında xüsusilə gözəl
təzahür tapır.
Şairin Dəyirmançı Əşrəf,
Sultan Əhməd, Əmənoğlu
Cabbar kimi bütöv kişilərin
xatirələrinə həsr
etdiyi seirləri xüsusilə ibrətamizdir.
Bu şeirlərdə Qarabağ dərdinin ürəkləri yaxan böyük ağrılarını
görüb sızıldamamaq
mümkün deyil. Şair bu
ağrı-acını köçkünə,
qaçqına dönmüş
bir milyon nəfərin zillətə
çəkilmiş həyatını
ürəkləri parçalayan
bədii lövhələrlə
ifadə edir. Bir zamanlar məşhur
Ağdam bazarının
yaraşığı olan
Əmənoğlu Cabbarın
Ağdam həyatını:
“Toydan, yasdan qalmazdı,
Qəribə, baməzə ovqatı
vardı,
Gülüşündən Günəş
doğardı,
Əmənoğlu Cabbarın”
misralarıyla vəsf
edərək onun Bakı küçələrindəki
qaçqın dövrünün
təsvirinə keçir:
“İşıqfor dirəyinin
kölgəsinə bürünüb,
Keçib gedən maşınlara
Əlini
açan gördüm ”
və:
“Kömürü qocalmış,
Dəmiri
ovulmuş
Əmənoğlu Cabbar”
deyib fəqan edir, onun timsalında
minlərlə Qarabağ
qaçqınlarının acı taleyinə yanıb-yaxılır.
Eyni təzadları
“Sultanəhməd kişi”,
“Dəyirmançı Əşrəf”
və başqa şeirlərində də
oxuyub şairin ürək ağrılarına
şərik çıxırıq.
Onun şeirlərində
ən çox diqqətçəkən insan
amilinin rəngarəngliklərinə
dərin müşahidələrdir. Şeirlərində müxtəlif qəbildən
olan insanların xarakter cizgiləri seçilib oxucunu düşündürür. Məsələn, “Bu kişi” şeirində
canlı bir insan xarakter keyfiyyətləri ilə qarşımızda dayanır.
Şeirin qəhrəmanı
Ramiq Muxtar oğlu comərddir, sir-sifətindən səmimilik
tökülür, həyat
eşqilə qaynayıb
daşır, bəzən
uşaq kimi küsür, dərdi-qəmi,
kədəri dəmir
barmaqları arasına
alıb cəhənəmə
göndərir, dara düşənin yoluna qızıl quş kimi qonur, qaranlığadüşənə
işıq salır, şux qaməti, tunc sifətilə özü boyda sədaqəti, cəsarəti
var bu kişinin.
Əgər Şuşaya, Zəngilana
getmək lazım olsa, gedənlərin önündə olacaq sözlərilə şeiri
tamamlayır. Bir
sözlə real həyatdan
götürdüyü Ramiq
Muxtar oğlunun kiçik bir şerilə elə bitgin obrazını yaradır ki, onu oxuyan hər
kəsə örnək
ola bilər.
Şairin çoxlu satirik şeirləridə vardır. “Yalan” şeirini oxuyarkən ulu Peyğəmbərimizin (s.ə.s.) bu mənfur keyfiyyətə verdiyi qiymət yada düşür. Ondan soruşurlar, ya Allahın Rəsulu, zəhərdən də acı bir şey varmı? Deyir-yalan zəhərdən acıdır.
Şairin “yalanı” dünyanı yıxıb sürüyür, zəhlə tökür, qan qaraldır, yad kişinin yatağından sivişib ər evinə dönən qadının idbar vücuduna bənzəyir. Şair daha irəli gedərək məmləkətin təkcə qibləsini deyil, bütününü yalana oxşadır, onun canavara dönüb dünyanı gəmirməsi, elə dünyanın başdan-başa yalan olmasını söyləməkdən belə çəkinmir.
“Pis adam” şeirində pis adamların iyrənc sifətlərini açıb tökür. Kimdir pis adam? Yaxşı adamın ona verdiyi vəzifəni dəyərdən salır, qurulanı söküb dağıdır, sadə adamlara qənim kəsilib onları işdən qovaraq bir parça çörəyini əlindən alır, yaşlıları “siz köhnəlmisiniz” deyə bayıra atır, hikkəsi-ədası ilə hamını zəhərləyir, yerlibazlıq edir, sözləri kölgəli, xisləti şübhə, hiylə ilə yoğrulmuşdur, arvad-uşağından xəbərsizdir. Şair belə adamları “şahların piyada getdiyi yerlər”ə göndərilməsini tələb edir.
“Qorxulu adam”, “Vəssalam”, “Antipod”, “Çərçivəli sözlər”, “Rüşvət”, “Bağına gedəndə kəndir də götür”, “Satası nəyi qaldı ki” şeirlərində cəmiyyəti korlayan, xalqa qənim kəsilən iyrənc adamlar ifşa olunur. Bunların hamısı hər gün həyatımızda üzləşdiyimiz, cəmiyyətə üfunət yayan, şairin dilində özünə geniş yer tapmış antipodlardır.
Bu kitabda toplanan 123 şeirin, demək olar ki, böyük əksəriyyəti real həyatdan canlı insanların varlığından qaynaqlandığından xüsusilə böyük əhəmiyyət kəsb edir.
Digər bir qismində isə şairin kövrək duyğuları oxucunu ağuşuna alıb dərin düşüncələrə qərq edir.
Mən bu yazını Ramiz Məmmədzadənin 50 ildən bəri izlədiyim yaradıcılığına ötəri bir nəzər kimi yazdım. Və sonda böyük təəssüflə qeyd etmək istəyirəm ki, indi kitab, xüsusən bədii əsər oxumaq, demək olar, yox dərəcəsinə qədər azalıb. Yaxşı yadımdadır, keçən əsrin 80-ci illərində gözəl şairəmiz Mirvarid Dilbazi nəvələri ilə Ağdama, yenicə istifadəyə verilmiş Abdal-Gülablı istirahət mərkəzinin sorağı ilə, mənə zəng edib, qonaq gəlmişdi.
Onunla görüşərkən 50 il əvvəl, yəni uşaqlığımda əzbərlədiyim bir şeirini əzbər dedim. Şairə kövrəldi. O zaman məktəblərdə yaxşı şeir deyənlərin müsabiqəsi keçirilir, qaliblərə mükafatlar verilirdi. İkinci sinifdə oxuyarkən belə bir müsabiqənin qalibi kimi mənə o zamanlar dəbdə olan bir şapkanı mükafat vermişdilər. Yığıncaqda Balay müəllim şələ papağımı qoltuğuma verib şapkanı başıma qoydu. Elə beləcə evə gələndə anam sevincindən ağladı. Bəs belə müsabiqələr indi keçirilirmi? Axı poetik zövqün təbliği gənclərin ümumi inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir.
Bu da yadımdadır: keçən əsrin 70-ci illərində Akademiyanın prezidenti Həsən Abdullayev aspiranturaya imtahan verən məzunlarla sonda söhbət aparar, onlardan əzbər şeir deməyi tələb edər və bunu bilməyənləri qəbuldan kənarlaşdırardı.
Ramiz, əzizim! Kitaba “Ümid kitabı” rəmzi adını seçməyin də gözəldir. Əgər ümid ölməyibsə, demək hər şey yaşayır. Arzu edirəm ki, ümid çırağın sönməsin, tezliklə Zəhra ananın uyuduğu Ağdam torpağına dönüb, orada nəvələrinə toy edəsən.
Sadıq Murtuzayev
525-ci qəzet.-
2014.- 13 sentyabr.- S.24.