Unudulmaz yazıçı və alim Aslan Qəhrəmanlının
75 illiyi qeyd olunub
Binəqədi Rayon Ziyalılar Cəmiyyətinin
təşkilatçılığı ilə mərhum yazıçı və dramaturq, dəyərli alim Aslan Qəhrəmanlının
75 illik yubileyinə həsr olunan mərasim keçirilib. Mərasim Aslan
Qəhrəmanlının həyat
və yaradıcılığını
əks etdirən sərgiyə baxışla
başlayıb.
Binəqədi Rayon Ziyalılar
Cəmiyyətinin sədri
professor Asəf
Zamanov
mərhum Aslan Qəhrəmanlı ilə
bağlı xatirələrini
bölüşüb, onun
haqqında bioqrafik məlumatları nəzərə
çatdırıb. Bildirib
ki, Aslan Qəhrəmanlı 1939-cu il sentyabr ayının 14-də Ağstafa
rayonunun Yenigün kəndində anadan olub. Orta məktəbi bitirdikdən
sonra Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində
təhsil alıb.
Əmək fəaliyyətinə 1961-ci ildə Elmlər Akademiyasının Hesablama
Mərkəzində başlayıb,
həmin mərkəzin
bazası əsasında
Kibernetika İnstitutu yaradılandan sonra orada müxtəlif vəzifələrdə elmi
tədqiqatla məşğul
olub. 1972-1975-ci illərdə İttifaq NeftMaş Birliyinin xüsusi konstruktor bürosunda laboratoriya rəisi vəzifəsində
çalışıb. 1975-1977-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun
Tətbiqi riyaziyyat kafedrasında baş müəllim işləyib.
Bir müddət Rostov Dəmiryol
Mühəndisləri İnstitutunun
Bakı filialında baş müəllim işlədikdən sonra yenidən indiki Azərbaycan Dövlət Neft Akademiyasına dəyişilib. 1980-ci ildən 2007-ci ilə qədər həmin Akademiyada əvvəlcə
baş müəllim,
sonra dosent vəzifəsində işləyib.
2007-ci ilin sentyabrından
Azərbaycan Universitetinə
keçib, bu universitetin Riyaziyyat və informatika kafedrasının dosenti,
2011-ci ilin fevralından
2012-ci ilin iyununa qədər rektoru olub.
Aslan Qəhrəmanlı
bir sıra elmi əsərlərin müəllifi, iqtisadiyyatda
modelləşdirməyə dair dərsliyin və vergilərə dair dərsliklərin həmmüəllifidir. 2003-cü ildən
nəşrə başlayan
“Azərbaycanın vergi
jurnalı”nın həmin ildən 2010-cu ilə qədər baş redaktoru olub.
Yazıçı kimi özünü
1967-ci ildə “Gənclik”
nəşriyyatında çıxan
“Gənc qələmlər”
almanaxında dərc olunmuş “Dağların mahnısı” adlı ilk hekayəsi ilə sınayıb. Həmin vaxtdan dövri
mətbuatda müntəzəm
çıxış edib.
1985-ci ildən Azərbaycan Yazıçılar
Birliyinin üzvü olub.
Azərbaycan televiziyasının “Müasirlərimiz”
devizi ilə
1986-cı ildə keçirdiyi
ən yaxşı televiziya pyesləri müsabiqəsində “Ürək”
pyesi 2-ci mükafata layiq görülüb. İlk çoxhissəli teletamaşaya
çevrilən “Səni
axtarıram”, “Bağışla”
və “Səndən xəbərsiz” adlı üçhissəli telepyeslərin
müəllifidir. Əsas rollarda
Firəngiz Mütəllimova
və Yaşar Nurinin çəkildikləri
bu tamaşa hələ də sevilə-sevilə baxılır.
Onun radio üçün
yazdığı “Daşa
dönmüşlər şəhəri”,
“Şeytan”, “Ceyran əfsanəsi”, “Tutuquşu”
və sair kimi 13 nağıl-pyesi Azərbaycan radiosu ilə səsləndirilib.
Aslan Qəhrəmanlı
2010-cu ildə “Azərbaycan
Respublikası Vergilər
Nazirliyinin 10 illiyi
(2000-2010)” yubiley medalı
ilə təltif olunub. Ağır xəstəlikdən sonra 19 yanvar 2014-cü ildə vəfat edən A.Qəhrəmanlı
anadan olduğu Ağstafa rayonunda dəfn edilib.
Mərasimdə Aslan Qəhrəmanlının
ailə üzvləri
ilə birgə, akademik Teymur Bünyadov, Azərbaycanın
Yazıçılar Birliyinin
katibi Rəşad Məcid, mərhum yazıçının yaxın
dostları Akif Musayev, Ələddin Hüseynov, Cavad Zeynal, Maarif Soltan, “Ulduz” jurnalının bas redaktor
müavini Təranə
Vahid, “Azərbaycan vergi jurnalı”nın məsul katibi Elşən Əliyev, “Vergilər” qəzetinin baş redaktoru Anar Əliyev iştirak ediblər. A.Qəhrəmanlını ehtiramla yad edən tədbir iştirakçıları onun
həm insan, həm də alim və yazıçı
kimi məziyyətlərini
vurğulayıblar. Xatirələrini
bölüşən Rəşad
Məcid A.Qəhrəmanlını
orijinal xarakterli, yüksək mənəviyyata
malik, yaradıcı ruhlu şəxsiyyət kimi səciyyələndirib:
“Mən Aslan müəllimi gənc yaşlarımdan qiyabi tanımışam. İlk tanışlığımız
rəhmətlik Tofiq Abdinin vasitəsilə olub. Tofiq müəllim çox
tez-tez Aslan müəllim haqqında danışardı. Aslan
müəllimlə görüşəndə
o insanın necə orijinal,
həyat eşqilə
dolu, sadə və böyük ürəyə sahib olduğunu
anladım. Sakit, təmkinli danışığının
arxasında iti yumor hissi, hazırcavablıq
vardı. Təəssüf
ki, görüşlərimiz
az oldu. Aslan müəllim yaratdıqları
ilə yaşayan insanlardandır, onun söhbətlərinin və
əsərlərinin unudulmaz
təəssüratı həmişə
bizimlə olacaq”.
Vəfa MƏMMƏDLİ
525-ci qəzet.- 2014.- 13 sentyabr.- S.16.