Mehriban Rəcəbli: "Müəllim
təlim və tərbiyənin vəhdətinə nail olmalıdır"
Sabir adına pedaqoji kollecin müəllimi Mehriban Rəcəblinin "525"ə müsahibəsi
Dünən - sentyabrın 15-i Azərbaycanın
orta ümumtəhsil məktəblərində və
ali təhsil ocaqlarında yeni tədris ili başlayır. Bu yerdə
xatırladaq ki, sentyabrın 15-i həm də Azərbaycanda neçə illərdir Bilik günü kimi qeyd olunur.
Həmin günü
ilk dəfə orta məktəb həyatına
qədəm qoyan uşaqlar bir cür, ali
təhsil və orta-ixtisas məktəblərinə qəbul
olunanlar - tələbələr
isə bir cür qarşılayır.
Amma onları birləşdirən bir məqam var ki, bu da onların
həyəcanı və
sevincidir. Biz də bu günlə bağlı olaraq öz həyatını pedaqoji sənətə-müəllimlik
sənətinə həsr
edən, nə az-nə çox, düz 50 il eyni məktəbdə həm tələbə, həm də müəllimə olan Mehriban xanım
Rəcəbli ilə söhbətləşmək qərarına
gəldik.
- Mehriban xanım, Siz həm keçmiş Sabir adına Pedaqoji Texnikumu-indiki Pedaqoji Kolleci bitirmisiniz, həm də- qısa fasilələri nəzərə
almasaq- o vaxtdan bu günəcən orada müəllimlik peşəsi ilə məşğulsunuz. Müəllimlik
peşəsinə bağlılığınız
nədən və nə vaxtdan yarandı, Sizi bu günə kimi həmin sənətdən
ayrılmağa qoymayan
nədir?
- Müəllimlik peşəsinə
sevgim, bağlılığım
uşaq vaxtlarımdan
yaranıb. Belə demək mümkünsə, oyuncaqların
arasında müəllim
olmaq arzusu məndə baş qaldırıb. Yəni, hələ orta məktəbə getməmişdən öncə,
oyuncaqlarla oynayanda belə özünü müəllimə kimi hiss
etməyə başlamışam.
Bir sözlə,məndə
müəllimlik peşəsinə
həvəs lap uşaq
yaşlarımdan formalaşıb.
Uşaq olanda hamı kimi mənim də oyuncaqlarım olub. Nədənsə hər zaman oyuncaqlarla elə rəftar etmişəm ki, sanki onlar şagird
mən də müəlliməm. Uşaqlıq
illəri başa çatandan sonra orta məktəb həyatım başladı.
Orta məktəbdə
oxuyanda müəllim olmaq istəyirdim. O zamanlar Sabir adına Pedaqoji Texnikum var idi.
İndi həmin texnikum kollecdir. Sabir adına texnikum da müəllim
hazırlayırdı. 1964-cü ildə 8-ci sinfi bitirdikdən sonra həmin texnikuma oxumağa getdim. Beləliklə, həmin dövrdən başlayaraq
müəllimlik peşəsini
daha dərindən öyrənməyə başladım...
- Texnikumu bitirdikdən sonra səhv etmiriksə, indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə
(rus bölməsinə)
daxil olmusunuz...
- Tamamilə, doğrudur. Sabir adına Pedaqoji Texnikumu bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakultəsinə daxil oldum. Elə birinci
kursdan başlayaraq tələbə aktivliyim diqqətdən
yayınmadı. Bir hadisə danışım.Texnikumda oxuyanda
Emma Əsəd qızı - biz ona Emma Əsədovna deyə
müraciət edərdik. O, mənim təhsilə, elmə
olan biliyimi nəzərə alıb
sinif nümayəndəsi seçdi. Sonra Emma Əsədovna
çox çalışqan tələbə olduğumu
görüb məni texnikumda laborant saxladı. Laborant işləyərkən
bir gün Emma Əsədovna yanındakı katibə qəfildən
xəstələndi və məni onun yerinə apardılar.
Emma xanım orada direktor işləyəndə
arada dərsi mənə verirdi. Rus dilində onun dərsini
deyirdim. Orada bir il işlədikdən sonra təyinat
komissiyası yarandı və mən həmin il təyinat
komisiyasının üzvü seçildim. Yay aylarında isə qəbul komissiyasında işləyirdim.
Orada da işi çox yaxşı aparırdım. Növbəti ilin sentyabr ayında məni Azad Komsomol Komitəsinin
katibi seçdilər.
-
Haqqınızda onu da eşitmişik ki, həyat yoldaşınız Hadi müəllimə olan
böyük sevginiz Sizin elmi
işinizi yarımçıq
qoymağa səbəb olub, yəni, elmi işdən, alimlikdən daha
çox həyat yoldaşınıza sevginizi hər zaman
üstün tutmusunuz...
-(Gülür)...Təhsilə,
elmə hər zaman sevgim olub. Həyat yoldaşımın
işi ilə əlaqədar da bir müddət Şəkidə
yaşamalı, fəaliyyət göstərməli oldum. Şəkidə
pedaqoji fəaliyyətlə məşğul olanda artıq
elmi işim də hazır idi. O vaxtlar Elmlər Akademiyasının
prezidenti, akademik Eldar Salayev
Şəkidə qonaq idi. Bir gün dedi ki, "eşitmişəm
pedaqogikadan araşdırmaların var, gəl elmi işini
müdafiə et, akademiyada qal, işlə". Hətta, Eldar
Salayev Hadi müəllimə irad tutdu ki, sən nə
konservativ adamsan. Niyə qoymursan, bu xanım elmi işini davam
etdirsin?" Hadi müəllim də demişdi ki, "Eldar
müəllim, heç kim məni doğru anlamaz. Deyərlər
ki, katibin arvadı gedib elmlər namizədi oldu". Hazırda isə qeyd etdiyiniz
kimi, Sabir adına Pedaqoji Kollecdə
müəlliməyəm, metodistəm. Tələbələrlə
ünsiyyətdəyəm. Çalışmışam, bu
gün də çalışıram ki,müəllim
adını uca tutum. Bu işə çox intizamlı
yanaşıram. Bununla belə,
Pedaqoji Kollecdə komsomol komitəsi katibi olanda
"Azdrama"da konfranslar keçirirdim. İşimi çox
zəngin formada həyata keçirirdim. İkinci kursda isə
məni Kommunist Partiyasına üzv seçdilər. Hətta,
sonradan istəyirdilər ki, mənə"raykom"da
instruktor vəzifəsinin icrasını
tapşırsınlar. Allah Hadi müəllimin canını
sağ eləsin,gəlib məni apardı...(gülür). Rəngarəng
müəllimlik həyatımda məndə pedaqoji fəaliyyəti
mən ara verməyərək davam etdirmişəm. Lənkəranda
10 il rayon məktəbində müəllim işləmişəm.
Şəki şəhərində Pedaqoji Texnikumda 5 il müəllimə
işlədim. Sonradan doğma məktəbimdə tədris
üzrə direktor müavini işlədim. Hazırda isə
Sabir adına Kollecdə müəllimə işləyirəm.
Müəllimlik peşəsini elə sevirdim ki, xoşbəxtlikdən
ailə qurduğum mühitdə də müəllimlər var
idi. Qaynanam da müəllimə idi. Hətta, kiçik
baldızlarım mənə baxıb müəllimlik peşəsinə
yiyələniblər. Bizim ailədə elm prioritet mövzu
olub. Düşünürəm ki, müəllim hər bir
uşaqda elmə, təhsilə maraq oyatmalıdır.
- Mehriban
xanım, Sizi bir müəllimə
kimi narahat edən məsələlər varmı və nədir?
- Öncə onu deyim ki, dil bilmək, texniki innovasiya texnologiyalarına yiyələnmək vacib şərtlərdəndir. Müəllim təlim və tərbiyənin vəhdətinə nail olmalıdır. Bütün uğurların əsası bilik, sağlamlıq və mənəvi saflıqdır. Azərbaycanda 90-cı illərin əvvəllərində rus dilinə bir az ögey münasibət sərgiləndi. Hətta, bəzi ailələrdə rus dilinin öyrənilməsinə əngəl oldular. Amma bu doğru yanaşma deyildi. Hər bir uşağın kiçik yaşlarından müxtəlif dilləri öyrənməsinə şərait yaratmaq lazımdır. Həmin dilləri tədris edən müəllimlər də auditoriyaya daxil olanda həmin dildə danışmalıdırlar. 50 ildən çoxdur pedaqoji fəaliyyətlə məşğulam. İndi də dərs başlayanda uşaqlarla rus dilində danışıram. Bu o demək deyil ki, Azərbaycan dilini bilmirəm. Təbii ki, Azərbaycan dilini də mükəmməl bilirəm. Digər məsələ, orta məktəblərdə kişi müəllimlərin sayı azalıb. Bu, da çox ağır məsələdir. Təsəvvür edin, oğlan uşağı ailədə bütün günü ananın qayğısı ilə əhatə olunur. Bağçaya gedir, yenə qadın tərbiyəçinin diqqətində olur. Daha sonra 11 illik orta məktəb həyatı başlayır və burda da dərslərin əksəriyyətini qadın müəllimlər icra edir. Biz cəmiyyətimizdə güclü əsgər, güclü kişi yetişdirmək istəyiriksə, orta məktəblərdə kişi müəllimlərin sayını artırmalıyıq. Hər anın öz tələbləri var. Bəlkə, belə bir təklif irəli sürək: Kişi müəllimlərin tədris yükünü artırıb onların maaşını yüksəldək? Eyni zamanda, universitetə qəbul zamanı pedaqoji ixtisaslarda kişilər üçün keçid balını aşağı salaq? Hansısa imtiyazlar verək? Düşünürəm ki, bu çox aktual məsələdir. Mən inamlı adamam- Hacıxanımam. Xalqımızın milli-mənəvi dəyərlərinə hörmətlə yanaşıram, onları yaşadıram, həm də təbliğ edirəm. Sevinirəm ki, hazırda məktəbin direktoru, professor Nurlana Əliyevadır. O, məktəbdə qızların gəlin, ana kimi mənən saf yetişməsi üçün əlindən gələni əsirgəmir. Müəllim olmaq ucalıqdır, şərəfdir.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.-
2014.- 16 sentyabr.- S.4.