“Sən
həmişə mənimləsən”in
Avropa premyerası
Böyük Britaniyanın paytaxtı
Londonda Azərbaycanın
Xalq yazıçısı
İlyas Əfəndiyevin
“Sən həmişə
mənimləsən” pyesi
əsasında hazırlanmış
eyniadlı tamaşanın
Avropa premyerası keçirilir.
Tamaşa görkəmli nasir və dramaturq, “Şöhrət” ordenli ədibimiz İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubileyinə həsr olunub. Tamaşa Londonda fəaliyyət
göstərən Aloff
Teatrının təşkilatçılığı
ilə ilk dəfə
olaraq ingilis dilində nümayiş etdirilir. Britaniyalı aktyorlar tərəfindən
ifa olunan tamaşanın quruluşçu
rejissoru Filiz Özcan, tərcüməçisi
Aloff Teatrının prodüseri Sənan Əliyevdir.
İlk dəfə
1964-cü ildə səhnələşdirilən
tamaşanın rezonansları
bu gün də müasir dövrün tələbləri
ilə səsləşir.
Özünün incə təhlilində pyes həyatın müxtəlif mərhələlərində
sevginin necə müxtəlif formalar aldığını və
dünyanın buna reaksiyasını göstərir. Tamaşanın
təşkili və pyesin səhnələşdirilməsi
haqqında məlumat
verən əsərin
tərcüməçisi Sənan
Əliyev hazırlıq
prosesinin uğurlu keçdiyini bildirib. İlyas Əfəndiyevin əsərlərinin
xarici auditoriya tərəfindən sevildiyini
vurğulayan S.Əliyev,
pyesin Londonda səhnələşdirilməsinin mədəniyyətimizin təbliği
baxımından əhəmiyyətini
qeyd edib.
Tamaşa sentyabrın 27-dək nümayiş
etdiriləcək. “Sən
həmişə mənimləsən”
pyesi əsasında hazırlanmış tamaşanın
Avropa premyerasının
uğuru bir daha təsdiqləyir ki, İlyas Əfəndiyevin zəngin
ədəbi irsi Azərbaycan ədəbiyyatında
yeni mərhələnin
təşəkkülünə böyük təsir göstərib.
Danılmaz faktdır ki, Azərbaycanda milli teatrın, teatr səhnəmizin müasir simasının formalaşmasında
İlyas Əfəndiyev
dramaturgiyasının özünəməxsus
yeri var. Onun ədəbiyyatımızda, mədəniyyətmizdə
oynadığı mühüm
rol dövlət tərəfindən hər
zaman yüksək qiymətləndirilib və
ədibin xatirəsi daima əziz tutulub.
Ümummilli lider Heydər Əliyevin sərəncamı
ilə yazıçının
xatirəsi əbədiləşdirilib,
İçərişəhərdəki küçələrdən birinə
və nüfuzlu “Elitar” Gimnaziyaya İlyas Əfəndiyevin adı verilib. “Sən həmişə mənimləsən”in uğurla
keçən London tamaşası
İlyas Əfəndiyev
irsinin öz aktuallığını təkcə
Azərbaycanda deyil, dünya miqyasında da qoruyub saxladığının
aydın təzahürüdür.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2014.- 20 sentyabr.- S.17.