Azərbaycanın nümayəndə heyəti Təbrizdə ənənəvi Şəhriyar Günlərində iştirak edib

 

  İranın Mədəniyyət və İslam İrşad Nazirliyinin təşkilatçılığı ilə Təbriz şəhərində ustad Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 108-ci ildönümü ilə əlaqədar növbəti Şəhriyar Günləri keçirilib.

 

Yaponiya, Hindistan, Pakistan, Tacikistan digər ölkələrdən xeyli qonağın iştirak etdiyi tədbirə Azərbaycan nümayəndələri qatılıblar. Mədəniyyət Turizm Nazirliyinin nəşriyyat, reklamın təşkili informasiya şöbəsinin sədri şair Vaqif Bəhmənlinin, Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin təmsil olunduğu nümayəndə heyətimiz əvvəlcə Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə İranın Mədəniyyət İslam İrşad Nazirliyinin Şərqi Azərbaycan şöbəsinin rəhbəri Əli Əkbər Səfipurla görüşüb. Onlar Azərbaycandan apardıqları, Şəhriyarla bağlı kitabları təqdim ediblər.

 

Görüş zamanı Azərbaycanla İran, Bakıyla Təbriz arasında mədəni əlaqələrin daha da genişləndirilməsi mövzusunda fikir mübadiləsi aparılıb.

 

Sonra Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadənin iştirakı ilə nümayəndə heyətimizMəqbərətuş Şüəra”da Şəhriyarın qəbrini ziyarət edib, şairin ev muzeyində olub oğlu Hadi Behcətlə görüşüb.

 

Bundan başqa nümayəndə heyətimizin səfər çərçivəsində Təbriz Milli Kitabxanasında olub Kitabxana rəhbərliyi ilə görüşü olub.

 

Görüş zamanı vurğulanıb ki, Təbriz Milli Kitabxanası M.F.Axundov adına Milli Kitabxana ilə qardaşlaşmaq, əlaqələr saxlamaq, əməkdaşlıq etmək arzusundadır.  Görüşdə bununla bağlı bir sıra müzakirələr aparılıb. 

 

Sentyabrın 18-də isə Azərbaycanın nümayəndə heyəti Təbriz şəhərində ustad şairin xatirəsinə həsr olunmuş beynəlxalq elmi konfransda iştirak edib. Konfransın açılış mərasiminə Azərbaycanın Təbrizdəki Baş konsulu Əli Əlizadə ilə yanaşı digər ölkələrin diplomatik təmsilçiləri qatılıb. 

 

Tədbirdə İranın mədəniyyət islam irşad naziri Əli Cənnəti çıxış edərək bildirib ki, ustad şair Şəhriyar İran poeziyasının tarixində xüsusi yer tutur:

 

Güclü emosional təsirə malik şerləri ilə Hafiz Şirazi kimi böyük şöhrət qazanmış Məhəmmədhüseyn Şəhriyar nəinki İranda, eləcə Azərbaycanda, Türkiyədə digər türkdilli ölkələrdə tanınıb. Onun, yaşadığı məmləkətin sərhədlərini aşaraq, başqa xalqların da qəlbini riqqətə gətirən şeirləri bu gün sevilərək oxunur. Uşaqlığını Heydərbaba dağının ətəyində keçirən Məhəmmədhüseyn Şəhriyar gəncliyində Tehrana köçüb, fars dilini mənimsəyib, bu dildə yazıb-yaradaraq İran mədəniyyətini, ədəbiyyatını dünyaya tanıdıb. Şəhriyar öz yaradıcılığı ilə milyonlarla insanın qəlbində yaşayır yaşayacaq. İran xalqı Şəhriyarı daim xatırlayacaq xatirəsini ehtiramla anacaq”.

 

Mərasimdə İranın Şərqi Azərbaycan Vilayətinin valisi İsmayıl Cabbarzadə, Təbriz şəhərinin bələdiyyə sədri Sadiq Nəcəfi, Azərbaycanın Mədəniyyət Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli başqaları çıxış edərək şairin yaradıcılığından söz açıblar, konfransın işinə uğurlar arzulayıblar.

 

Çıxışlardan sonra ustad şairin şeirləri bədii qiraət ustalarının ifasında səsləndirilib, sözlərinə bəstələnən mahnılar oxunub, aşıq havası dinlənilib səhnəciklər nümayiş olunub.

 

Sonra konfrans öz işini bölmələr üzrə davam etdirib. Elmi konfransın katibliyinə M.Şəhriyarın yaradıcılığı haqqında yazılmış 300-dən çox məqalə təqdim edilib. Şəhriyarşünas alimlərdən ibarət münsiflər heyəti yalnız 40 məqaləni seçərək müəllifləri mükafatlandırıb. Vaqif Bəhmənli Təbriz səfəri Şəhriyar günləri ilə bağlı təəssüratlarını “525-ci qəzet”lə bölüşüb:

 

İndiyədək İranda - Tehranda, Məşhəddə olmuşdum, amma Təbrizə ilk səfərimdi bu. Səfər zamanı Təbriz Milli Kitabxanasında olduq. Orada, Xalq şairi Bəxtiyar Vahabzadə başda olmaqla, görkəmli şair yazıçılarımızın kitablarını görmək bizi çox sevindirdi qürurlandırdı. Görüşümüz zamanı Təbriz Milli Kitabxanası Azərbaycanın Milli Kitabxanası ilə əlaqələrin yaranmasını ətraflı müzakirə etdik. Təbriz Milli Kitabxanasının rəhbərliyi bizdən keçən əsrin əvvəllərində Azərbaycanda nəşr olunmuş mətbu orqanlarının surətlərini xahiş etdilər.

 

Düşünürəm ki, Azərbaycana qayıdandan sonra bununla bağlı araşdırma aparıb xahişlərini yerinə yetirə bilərik.  Təbrizə ilk səfərimin ayrı bir gözəlliyi məhz Məhəmmədhüseyn Şəhriyarın adı ilə bağlı olmasıdır.

 

Mənim təsəvvürümə görə, Azərbaycan Respublikasından kənarda Azərbaycan ədəbiyyatına yaxın olan simalardan iki böyük şairi - Nazim Hikməti Məhəmmədhüseyn Şəhriyarı xüsusilə fərqləndirilməlidir. Müasir Azərbaycan poeziyasına onlar qədər təsir eləyən, bu poeziyanın inkişafında onlar qədər mühüm rol oynayan başqa böyük şairlər tanımıram. Şəhriyar həqiqətən Azərbaycan ədəbiyyatının çox görkəmli nümayəndələrindən biridir. Onun yaradıcılığı, xüsusiləHeydərbabaya salampoemasını ümumən Azərbaycan poeziyasına böyük təsir göstərib. Bu poema bizim qanımıza, iliyimizə işləyib, uşaqlıqdan bunu əzbərləyə-əzbərləyə böyümüşük.Heydərbabaya salampoemasını mən Azərbaycan dilinə, Azərbaycan türkcəsinə,  Azərbaycan tarixinə qoyulan abidə hesab edirəm. Düşünürəm ki, Şəhriyar günlərinin keçirilməsi, ustad şairin anılması çox gözəl bir ənənədir.  Azərbaycanda da belə tədbirlərin keçirilməsi lazımdır. İranın mədəniyyət islam irşad nazirinin iştirakı ilə keçirilən bu tədbir öz möhtəşəmliyi ilə diqqəti çəkirdi. Dünyanın müxtəlif ölkələrindən İranın fərqli yerlərindən şeirsevərlər, Şəhriyar yaradıcılığının vurğunları, şairlər bu tədbirdə iştirak edirdilər. İran mətbuatı da bu tədbirə həssaslıqla yanaşıb. Qəzetlər, televiziyalar Şəhriyar günlərini geniş, yüksək səviyyədə  işıqlandırıb.

 

Ümumiyyətlə, biz Təbrizdə Şəhriyarın adına küçə, xiyaban axtarırdıq, bunların hamısı var. Eyni zamanda qeyd edim ki, Təbrizdə Şəhriyarın heykəlindən başqa heykəl görmədim. Həm bir neçə yerdə. Harda imkan varsa, orada bu böyük şairə heykəl ucaldılıb. Ümumiyyətlə, Təbriz şəhəri Şəhriyarın şəhəridir. Elə bil bütün şəhər Şəhriyarın adınadır, yəni burada ona bu qədər böyük məhəbbət var. Səfərimiz zamanı bir daha inandıq ki, fars türk dilində çox böyük əsərlər yazıb-yaradan, hətta Hafiz səviyyəsində şair hesab olunan, onunla müqayisə edilən Şəhriyara bu tayda -İranda böyük məhəbbət bəslənilir. Şəhriyar təkcə Azərbaycanla İranın ortaq dəyəri deyil, bütün türk dünyası, Şərq aləmi üçün böyük ustaddır onun əsərləri bizim yeni nəsillərə ötürülməli, çatdırılmalı təbliğ edilməlidir”.  

 

Sevinc MÜRVƏTQIZI

525-ci qəzet.- 2014.- 20 sentyabr.- S.11.